Böyük Qumlu səhra
Böyük Qumlu səhra | |
---|---|
Great Sandy Desert | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 289 m |
Sahəsi | 360,000 km² |
Yerləşməsi | |
20°00′00″ c. e. 125°00′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Qumlu səhra (ing. Great Sandy Desert) və ya Qərbi səhra — qum və şoranlıqdan ibarət olan səhra Avstraliyanın şimal-qərbində (Qərbi Avstraliya ştatı) qərarlaşır.
Səhra 360 000 km² sahəyə malik səhra, Kanninq hövzəsi kənarındadır[1]. Qərbdən 900 km şərqdə Səkkizmillik çimərlikdən Hind okeanı sahillərindən Şimal ərazisindəki Tanami səhrasına keçir.
Cənub hissədə hündürlük 400–500 m, şimalda isə 300 metrdir. Ərazisinin bir hissəsini Dyunlar təşkil edir. Burada dyunların orta hündürlüyü 10-12 metr, maksimal hündürlük isə 30 metrdir. Bəzi dyunların uzunluğu 50 km qədər uzanır. Ərazidə şoranlıqlar geniş sahə tutsa da, bu soran-göllər nadir hallarda dolur: cənubda Disappoyntment, şərqdə Makkay, şimalda Qreqori. Şoran göllər Stert-Krik çayı ilə qidalanır.
Böyük Qumlu səhra Avstraliyanın ən isti regionudur. Dekabrdan fevral ayına qədər temperatur 35 °C, qışda isə 20-15 °C təşkil edir. Şimalı mussonların təsirinə məruz qaldığından yağıntının miqdarı 450 mm təşkil edir. Cənubda doğru quraqlıq artır və yağıntının miqdarı 200 mm olur.
Səhra başdan başa qırmızı qumla örtülüdür. Krerofit bitkilər ərazinin böyük hissəsini əhatə edir. Dyunlar arası gilli suxurlar üstünlük təşkil edir. Şimalında Evkalipt, cənubunda isə Akasiya bitkilərinə rast gəlmək olar.
Səhranın demək olar ki, daimi əhalisi yoxdur. Bircə aborigen karaderi və nqina qəbilələri istisnadır. Səhrada faydalı qazıntıların olması ehtimalı yüksəkdir[2]. Səhranın mərkəzində Rudal-River, cənubundə isə YUNESCO Ümumdünya irsi siyahısına daxil olan Uluru-Kata Tyota Milli Parkı yerləşir.
Səhranı ilk dəfə şərqdən qərbə keçən avropalılar 1873-cü ildə Piter Eqerton Uorbertonun rəhbərliyi ilə keçmişlər[1]. Səhradan Kanninq sürü yolu keçir (ing. Canning Stock Route). Vulf-Krik meteoriti səhranın şimal-şərqində yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Great Sandy Desert (desert, Australia) Arxivləşdirilib 2015-04-28 at the Wayback Machine — Britannica Online Encyclopedia
- ↑ "Great Sandy Desert". 2004-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-09.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Map of Great Sandy Desert (desert), Western Australia, Australia Arxivləşdirilib 2009-04-30 at the Wayback Machine — World Atlas — MSN Encarta
- Rangelands Overview — Great Sandy Desert Arxivləşdirilib 2009-06-09 at the Wayback Machine
- Böyük Qumlu səhra[ölü keçid]