27°19′ şm. e. 27°58′ ş. u.HGYO

Ağ səhra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağ səhra
Ümumi məlumatlar
Sahəsi 3.010 km²
Yerləşməsi
27°19′ şm. e. 27°58′ ş. u.HGYO
Ölkə  Misir
Ağ səhra xəritədə
Ağ səhra
Ağ səhra
Ağ səhra (Afrika)

səhra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağ səhraSaxara səhrasının şərqində sahəsi təqribi 300 km² (10 km x 30 km) olan, Bahariyə və Farafra vahələri arasındakı yolun üzərində yerləşir. Qahirə şəhərrində 500 km şərqdə yerləşir.

Ağ səhra karst məşəlli təbiət abidələri ilə zəngindir. Milyon illər öncə səhra dənizin dibi olmuşdur. Səhranın ağ olmasına səbəb dəniz mikroarqanizmlərin qalıqlarıdır. Ərazidə baş verək küləklər səhranın səthini sanki başqa planetə bənzədir.

Buradakı qayalar inanılmaz çalarlarla göz qamaşdırır - mavi, çəhrayı, narıncı, günəş batanda xüsusilə təsir edici görünür, gecələr isə qumlar qarı xatırladır. Əgər ərazi isti hava kütləsi ilə əhatə olunmasaydı, Arktikada olduğunuzu təsəvvür etmək tamamilə mümkün olardı.

Beduinlər buranı bəzi qayaların formasına görə "Vadi Qəzar" və ya "Kök Vadisi" adlandırırlar.

2002-ci ildən Ağ səhra Misirin milli parkı elan edilmişdir.

Milli Parkın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 353 m yüksəklikdə olan Əl Qəss Əbu Saiddə, ən aşağı nöqtəsi isə 32 m olan Vadi Hennisdədir. Parkda müxtəlif heyvanlar o cümlədən nəsli kəsilməkdə olan Rhim ceyranı və həssas Dork ceyranı, həmçinin Barbar qoyunları qorunur.