40°38′ şm. e. 113°28′ q. u.HGYO

Böyük Duzlu Göl səhrası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Hövzə səhrası
ing. Great Salt Lake Desert
Ümumi məlumatlar
Sahəsi 10 360 km²
Yerləşməsi
40°38′ şm. e. 113°28′ q. u.HGYO
Yerləşdiyi yer Şimali Amerika
Ölkə  ABŞ
Böyük Hövzə səhrası xəritədə
Böyük Hövzə səhrası
Böyük Hövzə səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Duzlu Göl səhrası[1] (ing. Great Salt Lake Desert) — Böyük Duzlu göldən qərbdə, Yuta ştatının şimalında yerləşir.

Səhra dördüncü dövr buzlaşmasından sonra qurumuş Bonnevil gölünün yerində formalaşmışdır. Göl ətrafları sıldırımlı qalalıqlarla əhatələnmişdir. Sahəsi Böyük Hövzə ərazisində formalaşmışdır.

Səhra 10 360 km² sahəyə malikdir. Səhra qurumuş gölün səthini təşkil etdiyindən duzla örtülmüşdür. Bu səbəbdən ağ rəngdədir. İl ərzində cəmi 13 mm yağıntı düşür. Yanvar ayının orta temperaturu -3 °C, iyul ayında isə 27 °C təşkil edir. Səhrada Uendovere və Daque yaşayış məntəqələrində ümumilikdə 1 500 nəfər yaşayır. Səhranı şərqdən qərbə I-80 şossesi və dəmir yolu kəsir.

  1. Соединенные Штаты Америки: Общегеографическая карта / сост. и подгот. к изд. ПКО «Картография» в 2005 г.; гл. ред. Г. В. Поздняк; ред. Г. Ф. Кравченко. — 1:6 000 000, 60 км в 1 см. — М., 2005 (М.: ПКО «Картография»). — ISBN 5-85120-228-9. — 200 экз.