Yunanıstanda vətəndaş müharibəsi
Yunanıstanda vətəndaş müharibəsi | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstanda vətəndaş müharibəsi (yun. Ελληνικός Εμφύλιος Πόλεμος; o Emfýlios Pólemos, «vətəndaş müharibəsi») — 1946–1949-cu illərdə Birləşmiş Krallıq və ABŞ tərəfindən dəstəklənən Yunanıstan hökumət ordusu ilə SSRİ, Yuqoslaviya, Albaniya və Bolqarıstan tərəfindən dəstəklənən Yunanıstan Kommunist Partiyasının (YKP) silahlı qanadı olan Yunanıstan Demokratik Ordusu (YDO) arasında baş tutmuş müharibə. Döyüşlər nəticəsində Yunanıstan ordusu YDO-ni məğlub etmişdir.[1]
Vətəndaş müharibəsi 1943-cü ildə başlayan sağ və sol ideologiyalar arasında yüksək qütbləşmiş mübarizənin nəticəsi idi. 1944-cü ildən qlobal qüvvələr Yunanıstanın Ox dövlətləri tərəfindən işğalının sona çatması nəticəsində yaranan güc boşluğundan istifadə etməyə çalışırdı. 1946-cı ilin yayından etibarən münaqişə kommunist tərəfdarları partizanlarla Birləşmiş Krallıq və ABŞ-nin dəstəyinə yönəlmiş monarxiya rejiminin hökumət qüvvələri arasında vətəndaş müharibəsi şəklini almışdır.[2] Geosiyasi baxımdan Yunanıstanda vətəndaş müharibəsi bir tərəfdən Birləşmiş Krallıq və ABŞ, digər tərəfdən isə SSRİ və onun müttəfiqləri arasında Soyuq müharibənin ilk mərhələsi idi. Sovet İttifaqının yardımı dayandırdığı kommunistlərin məğlubiyyətinin nəticəsində Yunanıstan 1952-ci ildə NATO-ya daxil olmuş və Egeydə ABŞ-nin təsirinin yaranmasına səbəb olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nikos Marantzidis and Giorgos Antoniou. «The Axis Occupation and Civil War: Changing trends in Greek historiography, 1941—2002.» Journal of Peace Research (2004) 41#2 pp: 223—231.
- ↑ Гражданская война в Греции Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine // Athens Info Guide