Apokrif

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Apokrif (yun. άπόχρυφος – gizli, məxfi) – kilsə tərəfindən “müqəddəs” kitablar siyahısına daxil edilməyən və qadağan olunan yəhudi və erkən xristian dini ədəbiyyat əsəri. “A” termini ilk dəfə 4-cü əsrin sonunda papa dekretlərindən birində işlədilmişdir. Orta əsrlərdə Apokrifin yaranması və yayılması çox vaxt antifeodal hərəkat və bidətçiliklə bağlı idi. Rəsmi kilsə Apokrif oxumağı qadağan etmiş, bu məqsədlə “yalançı” kitabların siyahısını düzəldib yaymışdı. Apokrif 3 qrupa bölünür: 1) saxta dini kitablar; 2) qeyri-dini, mövzusuna, quruluşuna, süjet xüsusiyyətlərinə görə dini mətnlərə oxşar kitablar; 3) din əleyhinə yazılmış kitablar. Bəzi klassik yazıçılar Apokrifdən tarixi-ədəbi məxəz kimi istifadə etmişlər (Dante, “İlahi komediya” və s.).[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 575. ISBN 978-9952-441-02-4.