Laura Rizzotto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laura Rizzoto
Laura Rizzoto
Laura Rizzoto
Ümumi məlumatlar
Doğum adı Laura de Karvalyo Rizzotto
port. Laura de Carvalho Rizzotto
Doğum tarixi (30 yaş)
Doğum yeri Rio-de-Janeyro, Braziliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2009–h.h.
Janr
Musiqi alətləri vokal, gitara, ukulele, piano,
Albom şirkəti Universal Music Brazil
Təhsili
laurarizzotto.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laura Rizzotto (d. 18 iyul 1994, Rio-de-Janeyro, Braziliya) — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Onun 2011-ci ildə Universal Music Brazil albom şirkəti ilə əməkdaşlığı sayəsində Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2014-cü ildə ifaçının ikinci studiya albomu Reason to Stay, 2017-ci ildə isə RUBY adlı mini-albomu satışa buraxılmışdır.

Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Laura Rizzotto 18 iyul 1994-cü ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində anadan olmuşdur. Onun atası Latviya və Braziliyanın ikili vətəndaşıdır. Rizzottonun Portuqal mənşəli Braziliyalı anası isə Latviyanın Liepaya şəhərində anadan olmuş və Riqada böyümüşdür. Onun ailəsi 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən Edina şəhərinə köçmüşdür. Onun uşaqlığı Rio-de-Janeyro və ABŞ-də keçmişdir. Orta məktəbdə təhsilini bitirdikdən sonra Rizzotto Bostonda yerləşən Berkli Musiqi Kollecinə daxil olmuşdur. 2013-cü ildə o, Los-Ancelesə köçmüş və orada Kaliforniya İncəsənət İnstitutuna daxil olaraq, musiqi sənəti üzrə təhsilini dərəcə ilə bitirmişdir. Daha sonra o, Nyu-Yorka köçmüş və 2017-ci ildə Kolumbiya Universitetini musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.[1]

Laura Rizzotto öz musiqi karyerası 2009-cu ildə başlamış və növbəti ildə Universal Music Brazil albom şirkəti ilə anlaşma imzalamışdır. Onun 2011-ci ildə Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2012-ci ildə Demi Lovatonun A Special Night with Demi Lovato turu çərçivəsində Braziliyada keçirdiyi konsertdə Rizotto da səhnə almışdır. 2014-cü ildə ifaçının üzərində özünün tək çalışdığı ikinci studiya albomu Reason to Stay təqdim olunmuşdur. 2016-cı ildən 2017-ci ilə kimi Rizzotto Cennifer Lopes üçün Portuqal dili məşqçisi kimi çalışmışdır.[2] 2017-ci ildə onun RUBY adlı mini-albomu satışa buraxılmışdır.

2017-ci ilin dekabr ayında Laura Rizzottonun "Funny Girl" mahnısı ilə Latviyanın LTV telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir.[3] Fevral ayında baş tutan yarışmada Rizzotto səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Funny Girl" mahnısı ilə Latviyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[4] Uzun sürən çalışmalardan sonra Laura 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 14-cü səhnə almışdır. Nəticədə ifaçı 106 xalla 12-ci yeri tutmuş və müsabiqənin finalına yüksələ bilməmişdir

Albom adı İl
Made in Rio 2011
Reason to Stay 2014
Albom adı İl
RUBY 2017
Mahnı adı İl
"Friend in Me" 2011
"Reason to Stay" 2014
"Teardrops"
"Love It (The World Cup Song)"
"The High" 2017
"Cherry on Top"
"Red Flags"
"Funny Girl"
  1. "Bio". laurarizzotto.com. Laura Rizzotto. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
  2. "Laura Rizzotto - «Supernova 2018» dalībniece" (latışca). LSM. 6 dekabr 2017. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  3. "Latvia: Supernova 2018 Participants Announced". eurovoix.com. Eurovoix. 6 dekabr 2017. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  4. "Laura wins Supernova!". escXtra. 24 fevral 2018. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Əvvəlki:
Triana Park
"Line"
Latviya Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Carousel
"That Night"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]