Udmurt atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamı qırmanca öyrətməzlər.
- Axşam düşündüyün işi səhər gör.
- Ağacın gücü — köküylə, insanın gücü — dostları ilə bilinər.
- Ağacların da hamısı düz boy atmır.
- Ağıl ana südüylə verilməyincə, özgəsindən gözləmə.
- Ağlamayan uşağa layla deməzlər.
- Ağzından yağ tökülən kimi danışır.
- Allah olmasa da yaşamaq olar.
- Almanın bir çürüyü safları da çürüdür.
- Anaları olmasa arılar pətəkdəcə ölər.
- Ananın dili danlayır, ürəyi yanır.
- Arılar da anasız yaşaya bilmirlər.
- Arvadını döyən — özünü döyər.
- Atanın da oğlu ol, elinin də.
- Atəşə daş da dözməz, çatlar.
- Atı dağa çıxanda tanıyırlar, dostu — bərkə düşəndə.
- Atı fit çala-çala suvararlar, qonağı dillə yedirərlər.
- Atı qırmacla yox, yulafla çaparlar.
- Atın dörd ayağı var — oda büdrəyir; insanın bir dili var — necə də səhv etməsin.
- Atın qiyməti yəhərinə görə deyil, insanın hörməti — paltarına görə.
- Ayı gücü ilə dolanır, insan — ağlı ilə.
B
[redaktə]- Bahadır özü ölür, şöhrəti yaşayır.
- Bahar yenə qayıdır, amma deyilən sözü geri qaytara bilməzsən.
- Balıq dərin yer axtarar.
- Balığın səsi eşidilməz.
- Başa ağıl gərəkdir, ağıla da baş.
- Başın ağıla, ağlın başa ehtiyacı var.
- Bəd xasiyyət — qocaldar, xoş xasiyyət — cavan saxlar.[1]
- Bəd tərəfi düşünməsən, yaxşını da görməzsən.
- Bərk qaçan at qoşquda çox qaça bilməz.
- Bir gün tez əkən, bir həftə tez biçər.
- Bir ildə iki dəfə yay olmur.
- Burun iki göz arasında olsa da, oğru gəlsə, onu da oğurlar.
C
[redaktə]- Camaat inanmayan adama inanmaq olmaz.
- Canavar boğazdan yapışar.
Ç
[redaktə]- Çay da öz otağını dəyişir.
- Çınqı balacadır, odu — böyük.
- Çöpçünün xoruzu da yumurtlar.
- Çörək kürk deyil, amma qızındırır.
- Çörək olmasa. ağılla qarın doymaz.
- Çürük ağacın düyünü bərk olar.
D
[redaktə]- Dadmadan, biskvitlərin dadını anlaya bilməyəcəksiniz.
- Dağlar başı dumansız olmaz, insan başı — fikirsiz.
- Deyingən adam bəhanə tapacaq.
- Dəmirçinin əli qızıldır, şairin — sözü.
- Dərd meşələrdə yox, adamlar arasında gəzir.
- Dik sünbülün dəni olmaz.
- Dil ilə görməkdənsə, əl ilə gör.
- Dil sussa da, gözlər danışır.
- Dilin büdrəyincə, ayağın büdrəsin.
- Dilin sümüyü olmaz, xəyalın — intəhası.
- Doğma dilini unudan, doğma anasını da unudar.
- Donuz həmişə çirkab tapacaq.
- Dost olan yerdə həsrət olmaz.
- Dostsuz ziyafət də adamı darıxdırır.
- Dostu bir ilə də tapmaq olmur, bircə dəqiqəyə incitmək olur.
- Dostu qaranlıqda da səsindən tanımaq olar.
- Dostu pulla almaq olmaz.
- Dostu yemək başında yox, iş başında axtar.
- Dostun gərək özündən yaxşı ola.
- Dostun yaxşısı başa salır, yavası xəlvəti-xəlvəti ələ salır.
- Dostunu da qoru, özün də məhv olma.
- Dovşanın qorxanı köpəyin düz üstünə qaçar.
- Durnabalığı öldü, dişləri qaldı.
E
[redaktə]- El işləyəndə işlə, el gəzəndə gəz.
- Eşqin ürəyə gəlməyi asandır, getməyi çətin.
Ə
[redaktə]- Əgər qızıl yəhər atın belini sıyırırsa, onu da at yerə və yandır.
- Əhval yaxşı olanda, iş də asan olur.
- Əyilmiş boyuna minmək asandır.
F
[redaktə]- Fikirləşəndə də, işləyəndə də tələsmə.
- Fırtına qabağı meşə uğuldar.
G
[redaktə]- Gecikən qarğa burnunu təmizlər.
- Gərəkli daş ağır olmaz.
- Göz görmür, ürək inanmır.
- Göz qorxur, işi əl görür.
- Gözəl gözəli tapar.
- Gözlər uzağı görür, ağıl ondan da uzağı.
- Günəş bir gündə iki dəfə çıxmır, insana həyat iki dəfə verilmir.
- Günəş hər dəfə bir cür doğur.
X
[redaktə]- Xəsis bazarda vicdanını da satar.
- Xəsisin barmağından da qan çıxmaz.
- Xəsisin söhbəti "yox"la qurtarar.
H
[redaktə]- Haqq dağı da çevirər.
- Haqq dəryanın dibində də olsa, üzə çıxar.
- Haqqın yolu birdir, yalanınkı — cürbəcür.
- Hamıya yuxarıdan aşağıya baxan özü alçaq olar.
- Həqiqətdən (işıqdan) gizlənə bilməzsən.
- Həm geyindir, həm yedirt, həm də acı sözünü eşit.
- Hər şey köhnəlir, həqiqətdən başqa.
İ
[redaktə]- İncini dağda axtar, ağlı — xalqda.
- İnsanı sözlə də öldürmək olar.
- İstəkli dost yanına gedən yol uzaq da olsa, yaxın görünər.
- İstiotu acılığına görə atmırlar.
- İş qızıldan qiymətlidir.
- İş yerində tərləsəniz , insanlar arasında məşhur olacaqsınız.
- İşə hamıdan tez get, gec qayıt.
- İşi-gücü olmayanın səhvi də olmaz.
- İşsiz olan çörəksizdir.
- İtə çomaq göstərməkdənsə, çörək göstər.
- İtən qızılı tapmaq olar, itən vaxtı — yox
- İtən qoyuna hər yerdə sahib tapılar.
- İtəni göz yaşı ilə qaytarmaq olmaz.
- İynə hara — ip də ora.
K
[redaktə]- Kasıbın uşağı çox olar, varlının quzusu.
- Kasıbın ürəyi kövrək olar.
- Keşiş anbara dartar, keçi — zəmiyə.
- Keşişin paltarının qolu gen olar, cibi — dərin.
- Könlün olsa mümkün olmayanı da mümkün edərsən.
- Külək dağı uçurur, söz xalqı qaldırır.
- Külək haradan əsirsə, yağış da oradan olacaq.
Q
[redaktə]- Qarğa istəyir min dəfə qarıldasın nə xeyri, qaz bir dəfə qaqqıldayır — yaz gəlir.
- Qarğanın uçmadığı yer qalmayıb, heç yerdə də onu qartal sayan olmayıb.
- Qısqanc adamın gözü on iki olar.
- Qoca qarğa boş yerə qarıldamaz.
- Qonaqdan soruşma "sənə toyuq kəsim, yoxsa yox".
- Qonşu dost olsa həmişə kömək istəmək olar.
- Qoyun olsa, qurd tapılar.
- Qurd həmişə ac olar.
- Qurd qüvvətiylə, insan fəndiylə.
- Ourdun göz yaşına inanma.
- Qürbətdə səadət olmaz.
M
[redaktə]- Mahnı oxumaq bir yerdə, danışmaq tək-tək yaxşıdır.
- Məhəbbət ölümdən güclüdür.
N
[redaktə]- Narahat ürəyi piy basmaz.
- Nə qədər yuyunsan da sudan təmiz olmayacaqsan.
- Nənənin özü dişsiz olsa da, sözü "dişli"dir.
O
[redaktə]- Odu su ilə söndürmək olar, məhəbbəti heç nə ilə.
- Oğlu olmayan bir dəfə ağlar, oğlu olan — on dəfə.
- Oğlu olmayan yeddisini oğulluğa götürər.
Ö
[redaktə]- Öz gücünə inanmırsansa — batdın.
- Öz günahını özgənin boynuna atma.
- Özgə ağlı ilə çox dolanmazsan.
- Özgənin eybi güldürər, özününkü — ağladar.
- Özgəyə gülmə, özün gülünc olarsan.
- Özü aldadan özgələrə də inanmaz.
- Özün dəryanın dibində olduqda dostu sahildən köməyə çağırma.
P
[redaktə]- Palıd gec böyüyür, amma möhkəm olur.
- Pis adamın öz-özündən də zəhləsi gedər.
- Pis adamın ürəyi qara olar.
S
[redaktə]- Saatın ayağı yoxdur, amma gedir.
- Sağlam səhhət — sərvətdir.
- Sağsağanla sığırçın bir yuvada yaşamaz.
- Samanın qurusu sınar.
- Savadsız adam — qanadsız quş.
- Səadət göydən düşmür.
- Səadət qocaya gecikməz, cavana tələsməz.
- Səadət pəncərədən girir, dərd qapıdan.
- Səadəti yorğan — döşəkdə gəzməzlər.
- Səbr partlamadı, səbrsizlik partladı.
- Səhv eləməyi bilirsən, düzəltməyi də bil.
- Səmimi sözün hərarəti üç qış bəs elər.
- Sirr sözü heç yastığa da etibar eləmə.
- Siz taleyinizdən qaça bilməzsiniz.
- Sınanmış dostla hər şeyi yarı bölmək olar, təkcə namusdan başqa.
- Soxulcanın da ürəyi var.
- Sürü böyük olanda qurddan da qorxusu olmaz.
Ş
[redaktə]- Şərab olan yerdə şər olar.
- Şərabın nəşəsi bir gecəlik olar, kədəri — bir həftəlik.
- Şirini azca — azca yeyərlər.
- Şum eləyəndə xışı əldən qoyma.
T
[redaktə]- Taledən qaça bilməzsən.
- Tarakanın tələsəni şorbaya düşər.
- Tezdən ayılan sağsağan ac qalmaz.
- Tək ağacı külək tez yıxar.
- Tək arının balı çox olmaz.
- Təklikdə bir bardaq sıyıq aşını yemək də çətin olur, birlikdə daşı da çevirmək asandır.
- Təmiz işi natəmiz əllə görməzlər.
- Təmiz yaşamaq sağlam olmaqdır.
- Tənbəl durduğu yerdə də yorulur.
- Tənbəl həmişə ac olar.
- Tənha ağacı külək yörğalayandaöz budaqları bir-birinə ilişər.
- Təzə qaşıqla yeyilən şorba dadı gələr.
- Torpaq yedirirsə də, özü də yemək istəyir.
- Torpaqdan iyrənmə, torpaqda taxıl bitir.
- Torpağın sahibi insandır.
- Tülkü də toyuğun yanına yaltaq — yaltaq gedir.
- Tülkünün quyruğu başından bahadır.
U
[redaktə]- Udmurt dəyirmandan da mahnı ilə gələr.
- Udmurtlar və marilər bir kökün rişələridir.
Ü
[redaktə]- Ürək ağlayır, baş ağrayır.
- Ürəyi oğurlanan qız səadət tapa bilməz.
- Ürəyin odu var, tüstüsü yox.
V
[redaktə]- Vaxtı at kimi dirəyə bağlamaq olmaz.
- Vaxtında olunan bir kömək ikiqat kimidir.
- Varlıdan istəmə, yoxsuldan istəmə.
- Vurağan inək buynuzsuzunu doğar.
Y
[redaktə]- Yaxşı adamın kefi şərabsız da yaxşı olar.
- Yaxşı arvad evin yarısıdır.
- Yaxşı da olmaq olar, yaman da; varlı da olmaq olar, kasıb da — amma qonşusuz yaşamaq olmaz.
- Yaxşı dostu olmayan özünün pis işlərini başa düşməz.
- Yaxşı əhval — xoşbəxtliyin yarısıdır.
- Yalan tək ayaq üstə durur, həqiqət — iki ayaq üstə.
- Yalan və qorxaqlıq bir cibdə yerləşir.
- Yalanla qorxu bir cibdə olar.
- Yaltaq özü təzim umur.
- Yamana uyma, yamana yaxşı ilə üstün gəl.
- Yana sıçrayan talaşa düşdüyü yerdə tək qalar.
- Yatmaqla ilham gəlməz.
- Yeməyə gecik, əkinə gecikmə.
- Yoxlamamış inanma.
- Yol verən çoxdur, yemək verən yox.
- Yolun kənarı var, nəhayəti — yox.
- Yolun tanışı qısa görünər.
- Yumulu ağıza milçək girməz.
- Yava iş tüstü kimi uzağa yayılar.
Z
[redaktə]- Zəhmət hər cür möhnəti yox edə bilər.
- Zəhmətdən gözəl kim nə tapdı?
- Zəhməti sevəni hamı sevər.
- Zəvzəyin dili döyənək olar.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı,2005