Məzmuna keç

Sergey Dovlatov



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir kişi üçün ən böyük faciə onun xaraktersizliyi ola bilər.
  • Biz bütün günü yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bu dörd milyon donosu yazan kim idi?
  • Dəvət ediləndə qonaq getmək normaldır. Ən pisi isə çağırılmayanda getməkdir. Amma ən yaxşısı isə, sizi dəvət edirlər, amma siz getmirsiniz.
  • Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq...
  • İnsanların çoxu onları az narahat edən problemlərin həllinin mümkünsüz olduğunu düşünür.
  • İroniya – müdafiəsizlərin sevimli, əsas və yeganə silahıdır.
  • Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram.
  • Mən sizə müraciət etdim, ona görə ki, sizi intellektual insanlar hesab edirəm. Mən özüm intellektual adamam. Bizdən azdır. Açığın desək, bizdən elə az olmalıdır.
  • Məncə, sevginin ölçüsü yoxdur. O ya var, ya da yoxdur.
  • Yazıçının milliyyəti onun yazdığı dillə müəyyən olunur.

İstinadlar

[redaktə]