Jorj Sand
Görünüş
Jorj Sand - fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.
B
[redaktə]- Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.
E
[redaktə]- Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər.
- Evlilik evlənənə qədər çox gözəl olur.
F
[redaktə]- Fikirlərinin yaşını heç kimə açma.
H
[redaktə]- Həqiqət həmişə sadədir, di gəl ki, ona doğru bir çox ağır maneələrdən keçib-getmək lazım gəlir.
- Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.
- Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.
- Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
- Həyatda bir sevinc var – sevib sevilmək.
- Həyatda dostluqdan gözəl bir şey çətin tapılar.
- Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.
İ
[redaktə]- İnsan qəlbi heç vaxt dərinliyinə nüfuz edilməmiş və nüfuz edilməyəcək iztirablar yeridir.
- İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər?.[1]
K
[redaktə]- Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.
Q
[redaktə]- Qoy başqaları bir-birinə tənbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.
M
[redaktə]- Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.
- Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
- Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.
- Musiqi sahəsi emosional həyəcandır. Musiqinin məqsədi bu duyğuları həyəcanlandırmaqdır və özü də onlardan ilham alır.
S
[redaktə]- Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb.
- Sevgisiz evlənmə ömürlük katorqadır.
- Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır.
- Sevmək iki dəfə yaşamaqdır.
- Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.
- Sıxıntılardan qurtulmaq istəyirsənsə, daim işləyin.
Ş
[redaktə]- Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.
Y
[redaktə]- Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim.
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.244