Vim Venders

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
VİM VENDERS
Wim Wenders
Venders 2015-ci ildə Berlin Kinofestivalında
Venders 2015-ci ildə Berlin Kinofestivalında
Doğum adı Vilhelm Ernest Venders
Doğum tarixi (79 yaş)
Doğum yeri Düsseldorf, Almaniya Almaniya
Vətəndaşlığı
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1967-ci ildən günümüzədək
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d],
  • Berlin İncəsənət Akademiyası[d]
Mükafatları
IMDb ID 0000694
wim-wenders.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilhelm Ernest (VİM) Venders (alm. Wilhelm Ernst «Wim» Wenders‎,14 avqust 1945 anadan olub) Alman kinorejissor, fotoqraf, ssenaristprodüser, bir çox görkəmli mükafatın sahibi. 1996-cı ildən — Avropa Kinoakademiyasının prezidenti.

Vim Venders 14 avqust 1945 ildə Düsseldorfda anadan olmuşdur. Vim Vendersin valideynləri atası Henrik Venders və anası Marta ixtisasca həkimdir. 1949-cu ildə ailə Koblecə, daha sonra Oberhauzenə köçmüşdür. Vim Venders arxitektor, sonra keşiş, rəssam olmaq istəmişdir. 1963-cü ildə məktəbi bitirən Vim valideynlərinin yolunu davam etdirərək dörd semestr tibb üzrə təhsil alır (1963-1964) və paralel olaraq Münhendə, Frayburqda və Düsseldorfda psixologiya, fəlsəfə və sosiologiya öyrənir (1964-1965).

1966-cı ilin oktyabrında o Parisə yola düşür və Monmartrda rəsmlər çəkir. Kinoməktəbi İDHEC qəbul olmağa hazırlaşır lakin konkursu keçə bilmir. 1967-ci ilin sentyabr ayınadək qravür emalatxanasında çalışır və ardıcıl olaraq özü üçün kino tarixi və həmçinin alman kinosunu kəşv etdiyi Fransız sinematekasında olur. Almaniyaya döndükdən sonra bir müddət “Yunayted Artistisin” Düsseldorf filialında çalışır. 1967-ci ildə gənc Venders Münhendə yenicə açılmış Ali Kino və Televiziya məktəbinə dinləyici yazılır. Tələbəlik illərində (1967-1970) Venders aktiv olaraq kinotənqidçi kimi fəaliyyət göstərir. Onun film resenziyaları o qədər original və maraqlı idi ki, onları ən avtoritetli jurnallar böyük məmnuniyyətlə nəşr edirdilər. Təhsil aldığı müddətdə, adətən, öz maliyyə dəstəyi ilə çəkdiyi çoxlu sayda qısametrajlı filmi vardır. İlk filmi “Hərəkət yerini” Venders artıq 1966-ci ildə çəkmişdi. İlk tammetrajlı “Şəhərdə yay” filmi isə onun diplom işi idi.

Venders 2011-ci il Berlin Kinofestivalında

1971-ci ildə digər on iki kinomatoqrafçı ilə birlikdə yeni alman filmlərinin istehsalı və icarəsi üçün Filmferlaq der Autorenin şirkətinin (Filmverlag der Autoren) həmtəsisçisi olur.

1972-ci ildə kinoməktəbi bitirdikdən sonra Venders “Qapıçının onbirmetrəlik zərbə öncəsi qorxusu” ilk oyun filmini Peter Xandekinin eyniadlı povesti əsasında ekranlaşdırır. Film həyatda baş verən xoşagəlməz dəyişikliklərə cavab reaksiyası kimi ortaya çıxan insan aqressivliyinin tədqiqinə həsr olunmuşdur.

1973-cü ildə rejissor Nataniel Hotornun ən məşhur romanı əsasında “Qırmızı hərf” filmini çəkir. Film eyniadlı klassik romanın ekran versiyaları arasında ən əhəmiyyətli işlərdən biri sayılır. 1974-cü ildə isə avropa ekranlarına rejissorun əsl kino bioqrafiyasının başlanğıcı sayılan məşhur “Alisa şəhərlərdə” (alm. Alice In Den Stadten) filmi çıxır. Bu filmlə Venders yaradıcılığında yeni mərhələ olan yol mövzusuna (road movie) aid trilogiyasının açılışını edir. Rejissora böyük uğur yol trilogiyasının ikinci filmi olan “Yanlış davranışla” gəlir. Film Hötenin “Vilhelm Meysterin təhsil illəri” romanı əsasında çəkilib. Trilogiyanın sonuncu filmi 1976-cı ildə ekrana çıxan Vendersin ssenarisiz şəxsi hesabına çəkdiyi “Zaman keçdikcə” (alm. Im Lauf der Zeit) filmidir. Beynəlxalq Kann kinofestivalında nümayiş etdirilmiş və Almaniyada böyük seyrici marağına səbəb olmuşdu.

1977-ci ildə Venders ona geniş beynəlxalq şöhrət gətirən Patrisiya Highsmitin “Riplinin oyunları” romanı əsasında “Amerikalı dost” (alm. Der amerikanische Freund) alman-fransız istehsalı olan filmini çəkir. Filmi izlədikdən sonra rejissor və prodüser Frensis Ford Koppola Vendersə “Hammet” (ing. Hammett) filmini çəkməyi təklif edir. 1978-ci ilin martında Venders payızda çəkilişləri başlamağı nəzərdə tutaraq San-Fransiskoya köçür. Lakin filmin çəkilişi müxtəlif səbəblərdən gecikir. Koppola və Venders birlikdə məşhur amerika yazıçısı Deşiel Hammet barədə film çəkirlər. Film üzərində iş dörd il davam edir nəticədə isə rejissor hollivuddakı fəaliyyətindən narazı qalır.

1979-cu ilin yaz və yay aylarında Venders 1979-cu ilin iyun ayında xərçəng xəstəliyi nəticəsində vəfat edən rejissor dostu Nikolas Reey barədə “Nikin filmi” filmini çəkir. Filmin montajını 1980-ci il fevralın 4-də çəkilişi başlayan “Hammetin” çəkilişinə hazırlaşmalı olduğu üçün Venders Peter Pşiqqoda tapşırır. Kann Kinofestivalında nümayiş etdirilən “Nikin filmi”nin montaj işindən narazı qalan rejissor son variant montajını özü edir.

“Hammet” üzərində iş filmin finalı barədə fikir ayrılığı olduğu üçün yarımçıq dayandırılır. Koppola yeni ssenarist dəvət edir və filmin çəkilişi qeyri-müəyyən vaxta kimi təxirə salınır. 1980-cı ilin sonunda Venders Lissabonda “Ərazi” filmini çəkən Raul Ruisa “Nikin filmi” filmindən qalan lent qalıqlarını aparır. Orada rejissor çəkiliş qrupunun problemləri barədə film çəkmək qərarına gəlir. Beləliklə 1981-ci ildə az müddət ərzində Ruisin qrupunun bir çox üzvlərinin də iştirak etdiyi “Əşyaların yeri” (???) filmini çəkir. Film kinonun incəsənət kimi mahiyyəti, rənglər, prodüserin filmin yaradılmasında rolu kimi fikirlərlə zəngindir.

“Hammet”in çəkilişləri 1981-ci il 23 noyabrdan yeni operatorla davam etdirildi. Kann kinofestivalında nümayiş zamanı “Hammet” təmkinlə qarşılandı. Həmin il “Əşyaların yeri” filmi Venesiya kinofestivalında “Qızıl şir” mükafatını qazandı.

1982-ci ilin yayında Zaltsburqda festivalda Venders mətbuatda tənqidi rəylər alan Peter Xandkenin pyesi əsasında “Kəndlərə” tamaşasını səhnələşdirir. Peter Xandekenin tetralogiyasını ekranlaşdırmaq layihəsi maliyyə dəstəyi tapa bilmir.

1983-cü ilin payızında Vim Venders dördüncü amerika filmi olan “Paris, Texas” filmini müstəqil rejissor kimi çəkir. Bu film vahid səslə Kann kinofestivalında “Qızıl palma budağını” qazanır və böyük gəlir əldə edir. Film həmçinin bütün nüfuzlu kinotənqidçilərdən müsbət rəy almışdır. 1984-cü ildə Venders səcdə etdiyi kinorejissor Yasudziro Ozonun həyat və yaradıcılığından bəhs edən sənədli “Tokio-qa” filmini çəkmək üçün Yaponiyaya səfər edir.

1987-ci ildə rejissor 8 ildən sonra vətəni Almaniyaya qayıdır və yaradıcılığının əsas ekran əsərlərindən biri olan “Berlin üzərində səma” filmini yaradır. Rejissor işinə görə Kann kinofestivalı mükafatı da daxil olmaqla bu film bir çox nüfuzlu kino mükafatalarına layiq görülmüş və həmin ilin ən önəmli filmi seçilmişdi. “Berlin üzərində səma” rejissorun ən uğurlu işi sayılır və bir çox kinosiyahılarında ilk pillələrdə yer almaqdadır.

80-ci illərin ikinci yarısı Vim Venders üçün triumf dövrü oldu və o dünya kinomatoqrafiyasında əsas fiqurlardan birinə çevrildi.

1991-ci ildə ekranlara Vendersin fantastika filmi “Dünyanın sonu nə zaman gələcək’’ çıxır. Bundan sonra 1993-cü ildə rejissor “Berlin üzərində səmanın” davamı olan “Nə qədər uzaq, nə qədər yaxın” filmini icarəyə çıxarır. Bundan əlavə o Mikelandjelo Antonioni ilə birlikdə “Buludların arxasında” filmini çəkir.

Daha sonra maestro Amerikaya geri dönür və irland rok-qrupu U2-nin lideri Bononun ssenarisi əsasında baş rollarını Mel Gibson və Milla Yovoviçin paylaşdığı “Hotel Milyon Dollar” filmini çəkir.

Növbəti illərdə rejissor “Zorakılığın sonu” (1997), “Bərəkət torpağı” (2004), “Qapını döymədən daxil olun” (2005), “Palermoda çəkilişlər” (2008), “Torpağın duzu” (2014) və s. filmləri çəkmişdir. Bundan əlavə Venders bir çox sənədli filmin müəllifidir. Müəllifin gözlənilən növbəti filmi “Miso şorbası” filmidir.

Vim Venders “Oskarın” avropa analoqu olan “Feliks” mükafatının təsis olunmasında aktiv iştirak etmişdir. Rejissor 1989-cu ildən Sorbonna Universitetinin fəxri doktorudur.

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Xariçi keçidlər

[redaktə | mənbəni redaktə et]