Venadaxili kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir.
Venadaxili kateterlərin rəng kodu. Ölçüləri (Gauge) 24 22 20 18 17 16 14 Rənglər Sarı Göy açıq-çəhrayı Yaşıl Ağ Boz Narıncı xarici diametri
(mm)0,7 0,9 1,1 1,3 1,5 1,7 2,2 daxili diametri
(mm)0,4 0,6 0,8 1,0 1,1 1,3 1,7 buraxma qabiliyyəti
(ml/dəqiqə)13 36 61 103/96 128 196 343 buraxma qabiliyyəti
(l/saat)0,78 2,16 3,66 6,18/5,76 7,68 11,76 20,58 batırılma uzunluğu
(mm)19 25 33 33/45 45 50 50
Qoyulma texnikası
[redaktə | mənbəni redaktə et]-
Venaların dolması üçün bazu üzərinə turniketin qoyulması
-
Dəri dezinfeksiya edildikdən sonra venanın punksiyası
-
Katetr qoyulduqdan sonra steril pflastrla fiksasiyası
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.