Vahlkampfiidae

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vahlkampfiidae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Vahlkampfiidae
Beynəlxalq elmi adı

Vahlkampfiidae (lat. - Vahlkampfiidae). İbtidailərin Percolozoa tipinin fəsiləsidir.

İlbizşəkilli amöblərdir. Bəzən ön qurtaracağın yanları ilə sıralanan, bəzən də yan tərəfdən arxa hissəyə yönəlmiş kökayaqların köməyilə hərəkət edir. Nüvənin bölünməsi promitetikdir.[1]

  • Fəsiləyə 4 cins daxildir:

Vahlkampfia

Naegleria

Adeiphamoeba

Tetramitus

  • Azərbaycanda Vahlkampfia və Naegleria cinslərinin nümayəndələri aşkar edilmişdir.

Qeydə alınmış növlər: Vahlkampfia albida Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V. Froschi Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı torpaqlarında; V. Tachypodia Glaeser – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur, Dağlıq Qarabağın şabalıdı torpaqlarında; V.limax Stepanek – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V.magna Iollos – Şirvan düzünün boz torpaqlarında; V. Spinifera Lepsi – Dağlıq Qarabağın şabalıdı torpaqlarında; N.gruberi Lepsi – Dağlıq Qarabağın şabalıdı, Abşeronun boz-qonur torpaqlarında.[1]

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Şizopirenidlər

  1. 1 2 Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.