Vayots Dzor mərzi
Vayots Dzor mərzi | |
---|---|
39°45′ şm. e. 45°30′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Keşişkənd |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 7 noyabr 1995 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AM-VD |
Poçt indeksi | 3601–3810 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir.
Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.[2]
Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.[3]
Şəkil | Şəhər (qəsəbə) | Mərz | Salınıb | Sahəsi (km2) | Əhalisi (2011 göst.) |
---|---|---|---|---|---|
Cermuk | Vayots dzor | 13-cü yüzillik | 5 | 5,200 | |
Vayk | Vayoc dzor | ? | 3 | 5,900 | |
Yeğeqnadzor | Vayots dzor | 5-ci yüzillik | 6 | 8,200 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://armstat.am/file/Map/MARZ_10.pdf.
- ↑ Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
- ↑ "RA Vayots Dzor Marz" (PDF). Marzes of the Republic of Armenia in Figures, 2002–2006. National Statistical Service of the Republic of Armenia. 2007. 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-31.