Uaskaran Milli Parkı
Uaskaran Milli Parkı | |
---|---|
isp. Parque nacional Huascarán | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 3400 km2 ha |
Yaradılma tarixi | 1 iyul 1975 |
İdarəetmə orqanı | SERNANP |
Yerləşməsi | |
9°20′ c. e. 77°24′ q. u.HGYO | |
Ölkə | Peru |
Yaxın şəhər | Ankaş |
inrena.gob.pe/areasprote… | |
|
|
Rəsmi adı | ing. Huascarán National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii |
Tarixi | 1985 (9-cu sessiya) |
İstinad nöm. | 333 |
Region | Latın Amerikası və Karib hövzəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Uaskaran Milli Parkı (isp. Parque nacional Huascarán) — And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən milli park. Milli park həm də Dünya irsi statusuna malikdir. Perunun ən hündür zirvəsi olan Uaskaran dağı (6.768 metr) bu milli parkdadır. Milli parkda puya raymondi, puma, yaquar, vikunya, taruka, düzənlik tapiri kimi heyvan və bitki növləri yaşayır. Milli park zəngin faunaya sahibdir.
Statusu
[redaktə | mənbəni redaktə et]Uaskarana Milli Parkı 1975-ci[1] ildə Peru hökuməti tərəfindən flora və faunanı, geoloji quruluşları, arxeoloji qazıntı yerlərini (Çavin mədəniyyəti), təbiət mənzərəsini qorumaq, bölgənin mədəni və təbii ehtiyatlarını öyrənmək üçün yaradılmışdır. Milli parkı hər il xeyli turist ziyarət edir. 1985-ci ildə YUNESKO tərəfindən Unaskaran Milli Parkı Dünya irsi siyahısına salınmışdır.[2]
Ətraf mühit
[redaktə | mənbəni redaktə et]Uaskaran Milli Parkında hündürlüyü 2000–6000 metr olan xeyli sayda dağ vardır. Alpamayo və Pisko zirvələrinin yaxınlığında yerləşən və milli parkın adının aldığı Uaskaran dağı 6768 metr hündürlüyü ilə Perunun ən hündür zirvəsidir.
Ərazisi 3.400 km2-dır. Milli parkda 663 qleyzer, 296 göl və 3 əhəmiyyətli çay — Santa, Pativilka və Maranon çaylarının 41 qolu yerləşir.
İqlim
[redaktə | mənbəni redaktə et]Milli parkda iki fəsil hakimdir. Amazon hövzəsindən gələn nəmli, ilıq küləklər dekabr-mart aylarında bolsulu yağışlara səbəb olur. May-oktyabr aylarında gündüzlər havanın temperaturu 25 °C-yə çatdığı halda, gecələr 0 °C-yə düşür.
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Milli parkın şərqində Seçura səhrası, qərbində Peru yunqaları yerləşir.[3] Milli park zəngin flora və faunaya sahibdir. Burada 779 bitki növü, 112 quş növü (And kondoru (Vultur gryphus), And ördəyi (Merganetta armata), Puna gizliquyruğu (Tinamotis pentlandii) və s.) qeydə alınmışdır. Təhlükə altında olan quş növlərinin çoxu Polylepis meşələrində yaşayır. Bunlara ağ damalı kotinqa, düzquyruqlu titrəyən ispinoz, böyük konebill kimi quş növləri də aiddir. 10-dan çox məməli növü müşahidə olunmuşdur. Kolokolo (Oncifelis colocolo), And pişiyi (Oreailurus jacobita), eynəkli ayı (Tremarctos ornatus), taruka (Hippocamelus antisensis), vikunya (Vicugna vicugna) kimi növlər təhlükədədir.
Puya Raymondi
[redaktə | mənbəni redaktə et]Katak ərazisində məşhur Puya Raymondi[ing.] bitkisi bitir. Bu bitki Ankaşda 3 yerdə bitir: Katak dərəsində, Kayamarqulya punalarında və Qişqi dərəsində.
Puya Raymondi onun bitdiyi yerə və onu kəşf edən italyan alimin şərəfinə adlandırılmışdır. Dünyanın ən böyük çiçəkləyən bitkilərindən biridir. Hündürlüyü 10 metrə çatır, üzərində bir dəfəyə 3000 çiçək və 6 milyon toxum olur. Təxminən 40 il yaşayır.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ SERNANP info page about Huascarán National Park Arxivləşdirilib 2015-06-20 at the Wayback Machine (isp.)
- ↑ "21 World Heritage Sites you have probably never heard of". Daily Telegraph. 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.
- ↑ Olson, D. M, E. Dinerstein; və b. "Terrestrial Ecoregions of the World: A New Map of Life on Earth". BioScience. 51 (11). 2001: 933–938. doi:10.1641/0006-3568(2001)051 0933:TEOTWA2.0.CO;2 (#bad_doi). 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25. (#explicit_et_al)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- UNESKO-nun rəsmi saytında
- WCMC Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine