UEFA Çempionlar Liqası 2020/2021

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
UEFA Çempionlar Liqası 2020/2021
Final matçının keçirildiyi Draqao Stadionu
Final matçının keçirildiyi Draqao Stadionu
Yarış məlumatları
Tarix Təsnifat mərhələləri:
8 avqust – 30 sentyabr 2020
Qrup mərhələsi və finala doğru gedəcək oyunlar:
20 oktyabr 2020 – 29 may 2021
Başlama tarixi 8 avqust 2020
Bitmə tarixi 29 may 2021
Komanda sayı 32 (qruplarda)
79 (ümumi)
Yekun nəticəsi
Çempion İngiltərə Çelsi (2-ci dəfə)
İkinci İngiltərə Mançester Siti
Yarış statistikası
Oyun sayı 125
Qol sayı 366 (matç başına: 2.93)
Tamaşaçı sayı 180049 (matç başına: 1440)
Mükafat sahibləri
Bombardir(lər) Norveç Erlinq Haaland (10 qol)
Ən yaxşı oyunçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UEFA Çempionlar Liqası 2020/2021UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.

Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.

Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi.[5] İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.[6]

Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.

Qatılacaq klubların müəyyənləşməsi

[redaktə | mənbəni redaktə et]

2020–21 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:

  • 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
  • 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub.
  • 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda.
  • 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
  • Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması

[redaktə | mənbəni redaktə et]

Ölkələrin toplam xalları 2014–15-ci il mövsümündən 2018–19-cu illər mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[7]

2020–21 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqi
Sıra Assosiasiya Xal Komanda
1 İspaniya İspaniya 103,569 4
2 İngiltərə İngiltərə 85.462
3 İtaliya İtaliya 74,725
4 Almaniya Almaniya 71.927
5 Fransa Fransa 58,498 3
6 Rusiya Rusiya 50,549
7 Portuqaliya Portuqaliya 48,232 2
8 Belçika Belçika 39,900
9 Ukrayna Ukrayna 39,900
10 Türkiyə Türkiyə 34,600
11 Niderland Niderland 32,433
12 Avstriya Avstriya 31,250
13 Çexiya Çexiya 28,675
14 Yunanıstan Yunanıstan 27,600
15 Xorvatiya Xorvatiya 27,375
16 Danimarka Danimarka 27,025 1
17 İsveçrə İsveçrə 26,900
18 Kipr Kipr 24,925
19 Serbiya Serbiya 22,250
Sıra Assosiasiya Xal Komanda
20 Şotlandiya Şotlandiya 22,125 1
21 Belarus Belarus 21,875
22 İsveç İsveç 20,900
23 Norveç Norveç 20,200
24 Qazaxıstan Qazaxıstan 19,250
25 Polşa Polşa 19,250
26 Azərbaycan Azərbaycan 19,000
27 İsrail İsrail 18,625
28 Bolqarıstan Bolqarıstan 17,500
29 Rumıniya Rumıniya 15,950
30 Slovakiya Slovakiya 15,625
31 Sloveniya Sloveniya 15,000
32 Lixtenşteyn Lixtenşteyn 13,500 0
33 Macarıstan Macarıstan 10,500 1
34 Şimali Makedoniya Şimali Makedoniya 8,000
35 Moldova Moldova 7,750
36 Albaniya Albaniya 7,500
37 İrlandiya İrlandiya 7,450
Sıra Assosiasiya Xal Komanda
38 Finlandiya Finlandiya 7,275 1
39 İslandiya İslandiya 7,250
40 Bosniya və Herseqovina Bosniya və Herseqovina 7,125
41 Litva Litva 6,750
42 Latviya Latviya 5,625
43 Lüksemburq Lüksemburq 5,500
44 Ermənistan Ermənistan 5,250
45 Malta Malta 5,125
46 Estoniya Estoniya 5,000
47 Gürcüstan Gürcüstan 4,750
48 Uels Uels 4,125
49 Monteneqro Monteneqro 4,125
50 Farer adaları Farer adaları 4,000
51 Cəbəllüttariq Cəbəllütariq 4,000
52 Şimali İrlandiya Şimali İrlandiya 3,875
53 Kosovo Kosovo 2,500
54 Andorra Andorra 1,831
55 San-Marino San-Marino 0,666

Klubların bölgüsü

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.[8]

Bu turda mübarizəyə başlayacaq klubların sayı Bir öncəki turdan gələn klubların sayı
İlkin mərhələ
(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)
  • 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionu
Birinci təsnifat mərhələsi
(34 klub)
  • 18–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)
  • İlkin mərhələdən gələn 1 klub
İkinci təsnifat mərhələsi Çempionlar
(20 klub)
  • 15–17-ci sıralarda yerləşən 3 ölkənin çempionu
  • Birinci təsnifat mərhələsindən gələn 17 klub
Çempion olmayan
(6 klub)
  • 10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisi
Üçüncü təsnifat mərhələsi Çempionlar
(10 klub)
  • İkinci təsnifat mərhələsindən gələn 10 klub
Çempion olmayan
(6 klub)
  • 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi
  • İkinci təsnifat mərhələsindən gələn 3 komanda
Play-off turu Çempionlar
(8 klub)
  • 12–14-cü sıralarda yerləşən 3 ölkənin çempionu
  • Üçüncü təsnifat mərhələsindən gələn 5 çempion komanda
Çempion olmayan
(4 klub)
  • 6-cı sırada yerləşən ölkə üçüncüsü
  • Üçüncü təsnifat mərhələsindən gələn 3 çempion olmayan komanda
Qrup mərhələsi
(32 klub)
  • 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu
  • 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
  • 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü
  • 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
  • Play-off turundan gələn 4 çempion komanda
  • Play-off turundan gələn 2 çempion olmayan komanda
1/8 Final
(16 klub)
  • Qruplarında birinci yeri tutan 8 klub
  • Qruplarında ikinci yeri tutan 8 klub
Tur Komandalar
QM Almaniya Bayern MünhenÇL-Ç(1.) İspaniya Real Madrid (1.) İspaniya Barselona (2.) İspaniya Atletiko Madrid (3.)
İspaniya SevilyaAL-Ç (4.) İngiltərə Liverpul (1.) İngiltərə Mançester Siti (2.) İngiltərə Mançester Yunayted (3.)
İngiltərə Çelsi (4.) İtaliya Yuventus (1.) İtaliya İnter Milan (2.) İtaliya Atalanta (3.)
İtaliya Latsio (4.) Almaniya Borussiya Dortmund (2.) Almaniya RB Leypsiq (3.) Almaniya Borussiya Münhenqladbax (4.)
Fransa Paris Seyn-Jermen (1.) Fransa Olimpik Marsel (2.) Fransa Renn (3.) Rusiya Zenit (1.)
Rusiya Lokomotiv Moskva (2.) Portuqaliya Porto (1.) Belçika Brügge (1.) Ukrayna Şaxtyor Donetsk (1.)
Türkiyə İstanbul Başakşehir (1.) Niderland Ayaks (1.)
PO ÇY Avstriya Red Bull Salzburq (1.) Çexiya Slaviya Praqa (1.) Yunanıstan Olimpiakos (1.)
Rusiya Krasnodar (3.)
T3 Portuqaliya Benfika (2.) Belçika Gent (2.) Ukrayna Dinamo Kiyev (2.)
T2 ÇY Xorvatiya Dinamo Zaqreb (1.) Danimarka Midtyulənd (1.) İsveçrə Yanq Boys (1.)
Türkiyə Beşiktaş (3.) Niderland AZ Alkmaar (2.) Avstriya Rapid Vyana (2.) Çexiya Viktoriya Plzen (2.)
Yunanıstan PAOK (2.) Xorvatiya Lokomotiva Zaqreb (2.)
T1 Kipr Omoniya Nikosiya (1.) Serbiya Srvena Zvezda (1.) Şotlandiya Seltik (1.) Belarus Dinamo Brest (1.)
İsveç Yurqorden (1.) Norveç Molde (1.) Qazaxıstan Astana (1.) Polşa Legiya Varşava (1.)
Azərbaycan Qarabağ (1.) İsrail Makkabi Tel-Əviv (1.) Bolqarıstan Ludoqorets Razqrad (1.) Rumıniya ÇFR Kluj (1.)
Slovakiya Slovan Bratislava (1.) Sloveniya Çelye (1.) Macarıstan Ferençvaroş (1.) Şimali Makedoniya Sileks (2.)
Moldova Şerif Tiraspol (1.) Albaniya Tirana (1.) İrlandiya Dandolk (1.) Finlandiya KuPS (1.)
İslandiya KR (1.) Bosniya və Herseqovina Sarayevo (1.) Litva Süduva Maryampol (1.) Latviya Riqa (1.)
Lüksemburq Fola Eş (1.) Ermənistan Ararat-Armeniya (1.) Malta Floriana (1.) Estoniya Flora Tallin (1.)
Gürcüstan Dinamo Tbilisi (1.) Uels Konnahs Key Nomeds (1.) Monteneqro Buduçnost Podqoritsa (1.) Farer adaları Kİ Klaksvik (1.)
Cəbəllüttariq Avropa (1.)
İM Şimali İrlandiya Linfild (1.) Kosovo Drita (1.) Andorra İnter Eskaldes (1.) San-Marino Tre Fiori (1.)

Turnirin təqvimi

[redaktə | mənbəni redaktə et]

Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[9] Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı.[10] Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.[11]

Bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Play-off turu isə cüt ayaqlı olacaq. Qrup mərhələsindəki tək-tük oyunları və turnirin finalını çıxsaq bütün matçlar tamaşaçısız oynandı.[12]

Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişilməsinə qərar verdi.[13]

2020–21 UEFA Çempionlar Liqasının təqvimi
Mərhələ Tur Püşk tarixi Birinci oyun İkinci oyun
Təsnifat mərhələləri İlkin mərhələ 17 iyul 2020 8 avqust 2020 (yarı final turu) 11 avqust 2020 (final matçı)
Birinci təsnifat mərhələsi 9 avqust 2020 18–19 avqust 2020
İkinci təsnifat mərhələsi 10 avqust 2020 25–26 avqust 2020
Üçüncü təsnifat mərhələsi 31 avqust 2020 15–16 sentyabr 2020
Play-off Play-off turu 1 sentyabr 2020 22–23 sentyabr 2020 29–30 sentyabr 2020
Qrup mərhələsi 1. oyunlar 1 oktyabr 2020 20–21 oktyabr 2020
2. oyunlar 27–28 oktyabr 2020
3. oyunlar 3–4 noyabr 2020
4. oyunlar 24–25 noyabr 2020
5. oyunlar 1–2 dekabr 2020
6. oyunlar 8–9 dekabr 2020
Finala doğru gedilən mərhələlər 1/8 Final 14 dekabr 2020 16–17 & 23–24 fevral 2021 9–10 & 16–17 mart 2021
1/4 Final 19 mart 2021 6–7 aprel 2021 13–14 aprel 2021
Yarı Finallar 27–28 aprel 2021 4–5 may 2021
Final 29 May 2021, Draqao Stadionu, Portu

Koronavirus pandemiyasının turnirə təsiri

[redaktə | mənbəni redaktə et]

COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar təsnifat mərhələsi və play-off turunda keçiriləcək matçlara tətbiq edilir:[14]

  • Hər püşk atılmazdan öncə UEFA səyahət məhdudiyyətləriylə bağlı məqalə dərc edir. Bütün klublar UEFA-nı öz ölkələrindəki dərc edilmiş məqalədən savayı digər məhdudlaşdırılmalarla bağlı mütləq məlumatlandırmalıdır. Hər hansısa komanda bu qaydaya riayət etməzsə və bunun nəticəsində matç oynanmazsa həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır.
  • Əgər ev sahibi klubun təmsil etdiyi ölkə rəqib komandanın oraya gəlməsinə qadağa qoyursa, həmin klub hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan təklif etməlidir. Əksi təqdirdə onlar avtomatik məğlub sayılır və turnirdən uzaqlaşdırılırlar.
  • Əgər səfərdə oynayacaq klubun ölkədən çıxışına qadağa varsa, ev sahibi komanda hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan önərməlidir. Əksi təqdirdə UEFA bunla bağlı bir qərar verəcəkdir.
  • Əgər püşkdən sonra ev sahibi və ya səfərə çıxan klubun təmsil etdiyi ölkə yeni bir məhdudiyyət tətbiq etsə, həmin ölkənin komandası avtomatik məğlub sayılır.
  • Əgər hər hansısa komanda matçı oynamağa razı deyilsə, həmin klub avtomatik məğlub sayılır. Və yaxud əgər iki komanda da matçın oynanmasına razı deyilsə, onda hər iki komanda da diskalifikasiya edilir.
  • Rəqiblər öz aralarında matçın neytral stadionda oynanmasına qərar verə bilərlər, lakin sonda bunu UEFA təsdiqləməlidir. Ümumiyyətlə, UEFA bütün matçların oynanacağı məkanı dəyişdirmək və gərək varsa təxirə salmaq hüququna malikdir.

Dörd ölkənin (Macarıstan, Yunanıstan, Polşa və Kipr) heç bir məhdudiyyətsiz matçın oynanması üçün neytral stadionlar təmin etmə imkanı var.[15]

İlkin mərhələ

[redaktə | mənbəni redaktə et]

Bu mərhələnin püşkü 17 iyun 2020-ci ildə atıldı. Yarı final matçları 8 avqustda İsveçrənin Nyon şəhərindəki Kolovrey Stadionunda oynandı. Final matçı 11 avqustda oynanmalı idi, lakin "Drita" klubunda iki oyunçunun koronavirus testinin pozitiv çıxması səbəbindən matç keçirilmir. Nəticədə, "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəlir.

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

1. komanda  Hesab  2. komanda
Yarı final mərhələsi
Tre Fiori San-Marino 0–2 Şimali İrlandiya Linfild
Drita Kosovo 2–1 Andorra İnter Eskaldes
1. komanda  Hesab  2. komanda
Final matçı
Drita Kosovo 0–3
(tex.)[upper-alpha 1]
Şimali İrlandiya Linfild
  1. "Drita" ilə "Linfild" futbolçuları arasında 11 avqust 2020-ci ildə final matçı oynanmalı idi, lakin "Drita"dan 2 futbolçunun koronavirus testi müsbət çıxdığından bütün klub heyəti İsveçrəlilər tərəfindən karantinə alınıb və matç oynanmayıb.[16][17] Nəticədə "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[18][19]

Təsnifat mərhələləri

[redaktə | mənbəni redaktə et]

Birinci təsnifat mərhələsi

[redaktə | mənbəni redaktə et]

Birinci təsnifat mərhələsinin püşkü 9 avqust 2020-ci ildə atıldı.[20] Matçlar 18-19 avqust tarixlərində oynandı. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[20]

Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

1. komanda  Hesab  2. komanda
Ferençvaroş Macarıstan 2–0 İsveç Yurqorden
Seltik Şotlandiya 6–0 İslandiya KR
Legiya Varşava Polşa 1–0 Şimali İrlandiya Linfild
Şerif Tiraspol Moldova 2–0 Lüksemburq Fola Eş
Konnahs Key Nomeds Uels 0–2 Bosniya və Herseqovina Sarayevo
Srvena Zvezda Serbiya 5–0 Cəbəllüttariq Avropa
Buduçnost Podqoritsa Monteneqro 1–3 Bolqarıstan Ludoqorets Razqrad
Ararat-Armeniya Ermənistan 0–1 (ə.v) Kipr Omoniya Nikosiya
Floriana Malta 0–2 Rumıniya ÇFR Kluj
Makkabi Tel-Əviv İsrail 2–0 Latviya Riqa
Qarabağ Azərbaycan 4–0 Şimali Makedoniya Sileks
Dinamo Tbilisi Gürcüstan 0–2 Albaniya Tirana
Dinamo Brest Belarus 6–3 Qazaxıstan Astana
Molde Norveç 5–0 Finlandiya KuPS
Flora Tallin Estoniya 1–1 (ə.v)
(2–4 pen.)
Litva Süduva Maryampol
Çelye Sloveniya 3–0 İrlandiya Dandolk
Kİ Klaksvik Farer adaları 3–0
(tex.)[upper-alpha 1]
Slovakiya Slovan Bratislava
  1. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında 19 avqustda keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir işçinin koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb və matç 21 avqusta təxirə salınıb.[21] Yenidən Slovakiya təmsilçisinin bütün oyunçularından koronavirus testi götürülüb, analiz edilib və onlardan birinin testi müsbət çıxıb.[22] Bu səbəbdən matç baş tutmatıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[23][24][25]

İkinci təsnifat mərhələsi

[redaktə | mənbəni redaktə et]

İkinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atılıb.[20] Matçlar 25-26 avqustda oynanılıb. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.

1. komanda  Hesab  2. komanda
Çempionlar
ÇFR Kluj Rumıniya 2–2 (ə.v)
(5–6 pen.)
Xorvatiya Dinamo Zaqreb
Yanq Boys İsveçrə 3–1 Farer adaları Kİ Klaksvik
Seltik Şotlandiya 1–2 Macarıstan Ferençvaroş
Süduva Maryampol Litva 0–3 İsrail Makkabi Tel-Əviv
Legiya Varşava Polşa 0–2 (ə.v) Kipr Omoniya Nikosiya
Çelye Sloveniya 1–2 Norveç Molde
Ludoqorets Razqrad Bolqarıstan 0–1 Danimarka Midtyulənd
Dinamo Brest Belarus 2–1 Bosniya və Herseqovina Sarayevo
Qarabağ Azərbaycan 2–1 Moldova Şerif Tiraspol
Tirana Albaniya 0–1 Serbiya Srvena Zvezda
1. komanda  Hesab  2. komanda
Qeyri-çempionlar
AZ Niderland 3–1 (ə.v) Çexiya Viktoriya Plzen
PAOK Yunanıstan 3–1 Türkiyə Beşiktaş
Lokomotiva Zaqreb Xorvatiya 0–1 Avstriya Rapid Vyana

31 avqust 2020-ci ildə üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan dərhal sonra əlavə xüsusi bir püşk atıldı. Bu püşk ikinci təsnifat mərhələsində mübarizəni dayandıran 10 klubdan 2-sini Avroliqanın play-off turuna birbaşa vəsiqə qazandıracaqdı. Həmin püşkün nəticəsinə görə "Tirana" və "Ludoqorets Razqrad" klubları bu şansa nail oldular.[26]

Üçüncü təsnifat mərhələsi

[redaktə | mənbəni redaktə et]

Üçüncü təsnifat mərhələsinin püşkü 31 avqust 2020-ci ildə atılıb.[27] Matçlar 15-16 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.

1. komanda  Hesab  2. komanda
Çempionlar
Ferençvaroş Macarıstan 2–1 Xorvatiya Dinamo Zaqreb
Qarabağ Azərbaycan 0–0 (ə.v)
(5–6 pen.)
Norveç Molde
Omoniya Nikosiya Kipr 1–1 (ə.v)
(4–2 pen.)
Serbiya Srvena Zvezda
Midtyulənd Danimarka 3–0 İsveçrə Yanq Boys
Makkabi Tel-Əviv İsrail 1–0 Belarus Dinamo Brest
1. komanda  Hesab  2. komanda
Qeyri-çempionlar
PAOK Yunanıstan 2–1 Portuqaliya Benfika
Dinamo Kiyev Ukrayna 2–0 Niderland AZ Alkmaar
Gent Belçika 2–1 Avstriya Rapid Vyana

Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 1 sentyabr 2020-ci ildə atıldı.[28] İlk matçlar 22-23, ikinci matçlar isə 29-30 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə etdilər.

Klubların sinifləndirilməsi

[redaktə | mənbəni redaktə et]
Çempionlar Qeyri-çempionlar
Səpələnmişlər Səpələnməmişlər Səpələnmişlər Səpələnməmişlər
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Çempionlar
Slaviya Praqa Çexiya 1–4 Danimarka Midtyulənd 0–0 1–4
Makkabi Tel-Əviv İsrail 2–5 Avstriya Red Bull Salzburq 1–2 1–3
Olimpiakos Yunanıstan 2–0 Kipr Omoniya Nikosiya 2–0 0–0
Molde Norveç 3–3 (SQ) Macarıstan Ferençvaroş 3–3 0–0
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Qeyri-çempinonlar
Krasnodar Rusiya 4–2 Yunanıstan PAOK 2–1 2–1
Gent Belçika 1–5 Ukrayna Dinamo Kiyev 1–2 0–3

Qrup mərhələsi

[redaktə | mənbəni redaktə et]
2020–21 UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların xəritədə yerləri
Qəhvəyi: A qrupu; Qırmızı: B qrupu; Narıncı: C qrupu; Sarı: D qrupu;
Yaşıl: E qrupu; Mavi: F qrupu; Bənövşəyi: G qrupu; Çəhrayı: Group H.

Qrup mərhələsinin püşkü 1 oktyabrda Cenevrədə RTS kanalının studiyasında atıldı.[29] Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:[30][31]

  • 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2019-cu ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
  • 2, 3 və 4-cü səbətlərdə klublar 2020-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.

Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.

Matçlar 2020-ci ilin 20–21 oktyabr, 27–28 oktyabr, 3–4 noyabr, 24–25 noyabr, 1–2 dekabr və 8–9 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.

14 fərqli ölkənin komandası burada iştirak edir. 26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Krasnodar", "Midtyulənd", "İstanbul Başakşehir" və "Renn" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, Çempionlar Liqası tarixində ilk dəfədir ki, üç rus klubu bu mərhələdə oynama hüququ qazanıb.[32]

1. səbət
Sıra Komanda Reytinq xalı
ÇL-Ç Almaniya Bayern Münhen 136,000
AL-Ç İspaniya Sevilya 102,000
1 İspaniya Real Madrid 134,000
2 İngiltərə Liverpul 99,000
3 İtaliya Yuventus 117,000
4 Fransa Paris Seyn-Jermen 113,000
5 Rusiya Zenit 64,000
6 Portuqaliya Porto 75,000
2. səbət
Komanda Reytinq xalı
İspaniya Barselona 128,000
İspaniya Atletiko Madrid 127,000
İngiltərə Mançester Siti 116,000
İngiltərə Mançester Yunayted 100,000
Almaniya Borussiya Dortmund 85,000
Ukrayna Şaxtyor Donetsk 85,000
İngiltərə Çelsi 83,000
Niderland Ayaks 69,500
3. səbət
Komanda Reytinq xalı
Ukrayna Dinamo Kiyev 55,000
Avstriya Red Bull Salzburq 53,500
Almaniya RB Leypsiq 49,000
İtaliya İnter 44,000
Yunanıstan Olimpiakos 43,000
İtaliya Latsio 41,000
Rusiya Krasnodar 35,500
İtaliya Atalanta 33,500
4. səbət
Komanda Reytinq xalı
Rusiya Lokomotiv Moskova 33,000
Fransa Olimpik Marsel 31,000
Belçika Brügge 28,500
Almaniya Bor. Münhenqladbax 26,000
Türkiyə İstanbul Başakşehir 21,500
Danimarka Midtyulənd 14,500
Fransa Renn 14,000
Macarıstan Ferençvaroş 9,000
Rəng
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər
2020–21 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər
Mübarizəni dayandıranlar
# Klub O Q H M V.Q B.Q ± Xal
1 Almaniya Bayern Münhen 6 5 1 0 18 5 +13 16
2 İspaniya Atletiko Madrid 6 2 3 1 7 8 –1 9
3 Avstriya Red Bull Salzburq 6 1 1 4 10 17 –7 4
4 Rusiya Lokomotiv Moskva 6 0 3 3 5 10 –5 3
  Almaniya BAY İspaniya ATM Avstriya SAL Rusiya LOK
Almaniya BAY   4–0 3–1 2–0
İspaniya ATM 1–1   3–2 0–0
Avstriya SAL 2–6 0–2   2–2
Rusiya LOK 1–2 1–1 1–3  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 İspaniya Real Madrid 6 3 1 2 11 9 +2 10
2 Almaniya Borussiya Münhenqladbax 6 2 2 2 16 9 +7 8
3 Ukrayna Şaxtyor Donetsk 6 2 2 2 5 12 –7 8
4 İtaliya İnter 6 1 3 2 7 9 –2 6
  İspaniya RM Ukrayna ŞAX İtaliya İNT Almaniya MQB
İspaniya RM   2–3 3–2 2–0
Ukrayna ŞAX 2–0   0–0 0–6
İtaliya İNT 0–2 0–0   2–2
Almaniya MQB 2–2 4–0 2–3  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 İngiltərə Mançester Siti 6 5 1 0 13 1 +12 16
2 Portuqaliya Porto 6 4 1 1 10 3 +7 13
3 Yunanıstan Olimpiakos 6 1 0 5 2 10 –8 31
4 Fransa Olimpik Marsel 6 1 0 5 2 13 –11 32
  Portuqaliya POR İngiltərə MS Yunanıstan OLİ Fransa MAR
Portuqaliya POR   0–0 2–0 3–0
İngiltərə MS 3–1   3–0 3–0
Yunanıstan OLİ 0–2 0–1   1–0
Fransa MAR 0–2 0–3 2–1  

Qeydlər:

1, 2 Qarşı-qarşıya matçlarda vurulan səfər qolları: Olimpiakos 1, Marsel 0.
# Klub O Q H M V.Q B.Q ± Xal
1 İngiltərə Liverpul 6 4 1 1 10 3 +7 13
2 İtaliya Atalanta 6 3 2 1 10 8 +2 11
3 Niderland Ayaks 6 2 1 3 7 7 0 4
4 Danimarka Midtyulənd 6 0 2 4 4 13 –9 2
  İngiltərə LİV Niderland AYA İtaliya ATA Danimarka MİD
İngiltərə LİV   1–0 0–2 2–0
Niderland AYA 0–1   0–1 3–1
İtaliya ATA 0–5 2–2   1–1
Danimarka MİD 1–1 1–2 0–4  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 İngiltərə Çelsi 6 4 2 0 14 2 +12 14
2 İspaniya Sevilya 6 4 1 1 9 8 +1 13
3 Rusiya Krasnodar 6 1 2 3 6 11 –5 5
4 Fransa Renn 6 0 1 5 3 11 –8 1
  İspaniya SEV İngiltərə ÇEL Rusiya KRA Fransa REN
İspaniya SEV   0–4 3–2 1–0
İngiltərə ÇEL 0–0   1–1 3–0
Rusiya KRA 1–2 0–4   1–0
Fransa REN 1–3 1–2 1–1  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 Almaniya Borussiya Dortmund 6 4 1 1 12 5 +7 13
2 İtaliya Latsio 6 2 4 0 11 7 +4 10
3 Belçika Brügge 6 2 2 2 8 10 –2 8
4 Rusiya Zenit 6 0 1 5 4 13 –9 1
  Rusiya ZEN Almaniya BOR İtaliya LAT Belçika BRÜ
Rusiya ZEN   1–2 1–1 1–2
Almaniya BOR 2–0   1–1 3–0
İtaliya LAT 3–1 3–1   2–2
Belçika BRÜ 3–0 0–3 1–1  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 İtaliya Yuventus 6 5 0 1 14 4 +10 15
2 İspaniya Barselona 6 5 0 1 16 5 +11 15
3 Ukrayna Dinamo Kiyev 6 1 1 4 4 13 –9 4
4 Macarıstan Ferençvaroş 6 0 1 5 5 17 –12 1
  İtaliya YUV İspaniya BAR Ukrayna DKV Macarıstan FER
İtaliya YUV   0–2 3–0 2–1
İspaniya BAR 0–3   2–1 5–1
Ukrayna DKV 0–2 0–4   1–0
Macarıstan FER 1–4 0–3 2–2  
# Klub O Q H M V.Q B.Q ± Xal
1 Fransa Paris Seyn Jermen 6 4 0 2 13 6 +7 12
2 Almaniya RB Leypsiq 6 4 0 2 11 12 –1 12
3 İngiltərə Mançester Yunayted 6 3 0 3 15 10 +5 9
4 Türkiyə İstanbul Başakşehir 6 1 0 5 7 18 –11 3
  Fransa PSJ İngiltərə MY Almaniya LEY Türkiyə BAŞ
Fransa PSJ   1–2 1–0 5–1
İngiltərə MY 1–3   5–0 4–1
Almaniya LEY 2–1 3–2   2–0
Türkiyə BAŞ 0–2 2–1 3–4  

Qrup üçüncüləri

[redaktə | mənbəni redaktə et]

Qruplarını üçüncü yerdə başa vuran komandalar 2020–21-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.

Sıra Qr Komanda O Q H U QT QQ QF Xal
1 H Niderland Ayaks 6 3 1 2 12 6 +6 10 Səpələnmişlər
2 E Avstriya Red Bull Salzburq 6 2 1 3 16 13 +3 7
3 F İtaliya İnter 6 2 1 3 10 9 +1 7
4 G Portuqaliya Benfika 6 2 1 3 10 11 −1 7
5 D Almaniya Bayer Leverkuzen 6 2 0 4 5 9 −4 6 Səpələnməmişlər
6 C Ukrayna Şaxtyor Donetsk 6 1 3 2 8 13 −5 6
7 B Yunanıstan Olimpiakos 6 1 1 4 8 14 −6 4
8 A Belçika Brügge 6 0 3 3 4 12 −8 3
Mənbə: UEFA
Təsnifat qaydaları: 1) Xal; 2) Qol fərqi; 3) Atılan qollar; 4) Səfər qolları; 5) Qalibiyyət; 6) Səfər qələbələri; 7) İntizam xalı; 8) UEFA reytinq xalı (UÇL Tənzimləmələr Məqaləsi 16.04).[33]

Finala doğru gedilən mərhələlər

[redaktə | mənbəni redaktə et]
Rəng
Səpələnmiş klublar
Səpələnməmiş klublar
Qrup Qrup birincisi Qrup ikincisi
A Almaniya Bayern Münhen İspaniya Atletiko Madrid
B İspaniya Real Madrid Almaniya Borussiya Münhenqladbax
C İngiltərə Mançester Siti Portuqaliya Porto
D İngiltərə Liverpul İtaliya Atalanta
E İngiltərə Çelsi İspaniya Sevilya
F Almaniya Borussiya Dortmund İtaliya Latsio
G İtaliya Yuventus İspaniya Barselona
H Fransa Paris Seyn-Jermen Almaniya RB Leypsiq
  1/8 Final 1/4 Final Yarı Final Final (29 may – Portu)
                                         
 İtaliya Latsio 1 1 2  
 Almaniya Bayern Münhen 4 2 6  
   Almaniya Bayern Münhen 2 1 3  
   Fransa Paris Seyn-Jermen (SQ) 3 0 3  
 İspaniya Barselona 1 1 2
 Fransa Paris Seyn-Jermen 4 1 5  
   Fransa Paris Seyn-Jermen 1 0 1  
   İngiltərə Mançester Siti 2 2 4  
 Almaniya Borussiya Münhenqladbax 0 0 0  
 İngiltərə Mançester Siti 2 2 4  
   İngiltərə Mançester Siti 2 2 4
   Almaniya Borussiya Dortmund 1 1 2  
 İspaniya Sevilya 2 2 4
 Almaniya Borussiya Dortmund 3 2 5  
   İngiltərə Mançester Siti 0
   İngiltərə Çelsi 1
 İtaliya Atalanta 0 1 1  
 İspaniya Real Madrid 1 3 4  
   İspaniya Real Madrid 3 0 3
   İngiltərə Liverpul 1 0 1  
 Almaniya RB Leypsiq 0 0 0
 İngiltərə Liverpul 2 2 4  
   İspaniya Real Madrid 1 0 1
   İngiltərə Çelsi 1 2 3  
 Portuqaliya Porto (ə.v) 2 2 4  
 İtaliya Yuventus 1 3 4  
   Portuqaliya Porto 0 1 1
   İngiltərə Çelsi 2 0 2  
 İspaniya Atletiko Madrid 0 0 0
 İngiltərə Çelsi 1 2 3  

1/8 Final mərhələsinin püşkatma mərasimi 14 dekabr 2020-ci ildə keçirildi.[34] İlk matçlar 16, 17, 23 və 24 fevral, ikinci matçlar isə 9, 10, 16 və 17 mart 2021-ci il tarixlərində keçirildi.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Borussiya Münhenqladbax Almaniya 0–4 İngiltərə Mançester Siti 0–2 0–2
Latsio İtaliya 1–6 Almaniya Bayern Münhen 1–4 1–2
Atletiko Madrid İspaniya 0–3 İngiltərə Çelsi 0–1 0–2
RB Leypsiq Almaniya 0–4 İngiltərə Liverpul 0–2 0–2
Porto Portuqaliya 4–4 (SQ) İtaliya Yuventus 2−1 2–3 (ə.v)
Barselona İspaniya 2–5 Fransa Paris Seyn-Jermen 1–4 1–1
Sevilya İspaniya 4–5 Almaniya Borussiya Dortmund 2–3 2–2
Atalanta İtaliya 1–4 İspaniya Real Madrid 0–1 1–3

1/4 Final mərhələsinin püşkatma mərasimi 19 mart 2021-ci ildə keçirildi. İlk matçlar 6-7 aprel, ikinci matçlar isə 13-14 apreldə oynandı.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Mançester Siti İngiltərə 4–2 Almaniya Borussiya Dortmund 2–1 2–1
Porto Portuqaliya 1–2 İngiltərə Çelsi 0–2 1–0
Bayern Münhen Almaniya 3–3 (SQ) Fransa Paris Seyn-Jermen 2–3 1–0
Real Madrid İspaniya 3–1 İngiltərə Liverpul 3–1 0–0

Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 19 mart 2021-ci ildə müəyyənləşdi. İlk matçlar 27-28 aprel, ikinci matçlar isə 4-5 mayda oynandı.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Paris Seyn-Jermen Fransa 1–4 İngiltərə Mançester Siti 1–2 0–2
Real Madrid İspaniya 1–3 İngiltərə Çelsi 1–1 0–2
29 may 2021
23:00 (Azərbaycan saatı ilə)
Mançester Siti İngiltərə 0–1
Hesabat
İngiltərə Çelsi
Qollar Haverts Qol 42'
Draqao Stadionu, Portu
Tamaşaçı: 14110[35]
Hakim: Antonio Matey Laus (İspaniya)
  1. "Champions League Goalkeeper of the Season: Edouard Mendy". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  2. "Champions League Defender of the Season: Rúben Dias". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  3. "Champions League Midfielder of the Season: N'Golo Kanté". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  4. "Champions League Forward of the Season: Erling Haaland". UEFA.com. Union of European Football Associations. 26 avqust 2021. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2021.
  5. "Şampiyonlar Ligi: UEFA finali İstanbul'dan Porto'ya aldı". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  6. [23:00 https://www.ntvspor.net/futbol/2023-uefa-sampiyonlar-ligi-finali-istanbul-da-609e262cf9459c5f10d8ce38 Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine 2023 UEFA Şampiyonlar Ligi finali İstanbul'da]
  7. "Country coefficients 2018/19". UEFA.com. Union of European Football Associations. 3 iyun 2019. 2019-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  8. "Champions League and Europa League changes next season". UEFA.com. Union of European Football Associations. 27 fevral 2018. 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  9. "2020/21 UEFA Champions League match calendar". Union of European Football Associations. 24 sentyabr 2019. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  10. "2020/21 UEFA Champions League: all you need to know". UEFA.com. Union of European Football Associations. 9 July 2020. 18 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.
  11. "Updated UEFA competitions calendar". UEFA.com. Union of European Football Associations. 17 June 2020. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2020.
  12. "Venues for Round of 16 matches confirmed". UEFA.com. Union of European Football Associations. 9 July 2020. 16 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.
  13. "European Club Football Season Kick-Off moved from Athens to Nyon". UEFA. 9 sentyabr 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
  14. "Annex I – Special rules applicable to the qualifying phase and play-offs due to COVID-19" (PDF). UEFA.com. Union of European Football Associations. 4 avqust 2020. 2020-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-07.
  15. "UEFA meets with General Secretaries from its 55 member associations". UEFA.com. Union of European Football Associations. 6 avqust 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  16. "Champions League: Linfield game off over Kosovan opponents' Covid-19 issues". BBC Sport. 11 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  17. "2020/21 UEFA Champions League preliminary round match not taking place due to COVID-19 positive tests". UEFA. 11 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  18. "Champions League: Linfield given bye through to first round after tie with Drita called off". BBC Sport. 12 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2020.
  19. "UEFA Appeals Body renders decision on KF Drita". UEFA. 12 avqust 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  20. 1 2 3 "UEFA Champions League first qualifying round draw". UEFA.com. Union of European Football Associations. 9 avqust 2020. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  21. "ŠK Slovan Bratislava oznámil nový dátum zápasu s KÍ Klaksvík" [ŠK Slovan Bratislava announced a new date of the match with KÍ Klaksvík] (slovak). Šport.sk. 19 avqust 2020. 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  22. "Slovan nebude hrať ani v piatok, o prípadnej kontumácii rozhodne UEFA" [Slovan will not play on Friday either, UEFA will decide on a possible default] (slovak). Šport.sme.sk. 21 avqust 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  23. "UEFA statement on UEFA Champions League first qualifying round match KÍ Klaksvík v ŠK Slovan Bratislava". UEFA. 22 avqust 2020. 2020-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  24. "KÍ víðari í Champions League" [KÍ advance in the Champions League] (Faroese). ki.fo. 24 August 2020. 20 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
  25. "UEFA Appeals Body renders decision on UCL first qualifying round match KÍ Klaksvík v ŠK Slovan Bratislava". UEFA. 24 avqust 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  26. "UEFA Europa League second qualifying round draw". UEFA.com. Union of European Football Associations. 31 avqust 2020. 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  27. "UEFA Champions League third qualifying round draw". UEFA.com. Union of European Football Associations. 31 avqust 2020. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  28. "UEFA Champions League play-off round draw". UEFA.com. Union of European Football Associations. 1 sentyabr 2020. 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-19.
  29. "UEFA Champions League group stage draw". UEFA.com. Union of European Football Associations. 1 October 2020. 17 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2020.
  30. "Champions League: Domestic title winners to receive top-seed status". BBC Sport. 9 oktyabr 2014. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  31. "Champions' bonus for group stage draw". UEFA.com. Union of European Football Associations. 24 aprel 2015. 2015-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  32. "На групповом этапе ЛЧ впервые в истории сыграют три российских клуба" [Three Russian clubs will play for the first time in the UCL group stage] (Rusca). Metro International. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  33. "2019-20 UEFA Çempionlar Liqasının tənzimləmələri" (PDF). UEFA.com.
  34. "UEFA Champions League round of 16 draw". UEFA.com. 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  35. "Full Time Report Final – Manchester City v Chelsea" (PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2021. 31 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2021.