Tengiz gölü
Tengiz | |
---|---|
qaz. Теңіз көлі | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 305 m |
Eni | 40,2 km |
Uzunluğu | 74,4 km |
Sahil uzunluğu | 470 km |
Sahəsi | 1590 km² |
Həcmi | 58,6 km³ |
Dərin yeri | 7,75 m |
Orta dərinliyi | 2,5 m |
Tökülən çaylar | Kulanotpes, Nura |
Axan çay | Yoxdur |
Şəffaflığı | 0,5-4,0 m |
Yerləşməsi | |
50°26′23″ şm. e. 68°54′00″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tenqiz gölü[1][2] (qaz. Теңіз — "dəniz, böyük göl", Teniz, Denqiz) — Qazaxıstan alçaq təpəliyi, Tenqiz-Kurqal vadisində yerləşən tund-şor göl. Göl Qazaxıstanın Akmola vilayəti ilə Karağandı vilayəti arasında Korqaljın rayonu ərazisində yerləşir. Göl həm də Korqaljın qoruğunun tərkibinə daxildir. Qoruq özü isə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.[3]
Tektonik çökəklikdə yerləşir. Gölün sahəsi 1590 km²; uzunluğu 74,4 km, eni isə 40,2 km təşkil edir. Maksimal dərinliyi 7,75 metrdir. Gölün orta dərinliyi 2,5 metr təşkil edir. Dənz səviyyəsindən 405 metr yüksəkliyə malikdir. Suyunun şəfaflığı 0,5–4,0 metrdir. Suyunun duzluğu isə 18,2‰-dir. Tenqiz gölünə Nura, Kulanotpes çaları tökülür. Müxtəlif illərdə gölün bir hissəsi quruyur. Suyun tərkibində mirabilit vardır.
Adanın sahəsi kifayət qədər iridir. Hətta Boden gölünü belə üstələyir. Göl daxilində çoxlu göllər vardır.
Gölün şimalı, şimal-qərbi, qərbi düzəndir, cənubu və cənub-qərbi isə qumdan təşkil olunmuş 1,5–2 metr hündürlüyə malikdir.
Gölün dibi düzəndir. Cənub və cənub-qərb hissəsinin dibi bərk, şimal və şimal-qərb dissəsinin dibi isə lildən ibarətdir. Göl dekabrın ilk on günlüyündə donur. Buzdan azad olma isə marta təsadüf edir.
Gölün ekosistemi
[redaktə | mənbəni redaktə et]Göl ərazisi 1968-ci ildən dövlət qoruğu, 2008-ci ildən isə Respublika əhəmiyyətli obyekt olan Korqaljın qoruğu ərazisinə daxildir. Gölün minerallaşması 1 litr suya 50–200 mm arasında dəyişir. Böldə balıq yaşamır. Ancaq nadir hallarda belə olsa sahil ərazilərində ölü balıqların cəsədlərini aşkarlamaq mümkündür. Adada 20 ada vardır ki, bəzilərində çəhrayi flaminqolar yuva qurur. Bu çəhrayi flaminqoların qeydə alınan ən şimal yuva qurma ərazisidir. 2006–2011 illərdə bura gələn flaminqoların sayı 45 min baş olmuşdur. 2015-ci il məlunatında isə sayları azalaraq 15 minə çatırdır.
Regionda ümumilikdə 530 növ bitki qeydə alınmışdır. Üstəlik burada 350 quş yaşayır və ya müvvəqəti olur. Onlardan 120 növündən çoxu su quşlarıdır. Yaz payız mövsümündə gölə 5 milyondan müxtəlif növ quş gəlir. Üstəlik burada 45 növ məməli qeydə alınmışdır. Onlar arasında xüsusi ilə sayları azalan Sayqadır.
Qərb, cənub-qərb və cənubdan Qazaxıstan alcaq təpəliyi ilə əhatələnmişdir. Buada isə çöl qartalları yuva qurur.
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]1976-cı Tengiz gölünə kosmonsvtların olduğu kapsul düşmüşdür. Eniş aparatı "Soyuz-23"ekspefisiyasına məxsus olmuşdur. Kapsul gecə radələrində sahildən 2 km gölün daxolinə düşmüşdür. Kosmonavtlar −20 °C teperaturu olan havada 12 saat suyun altında qalmalı olurlar. Xöşbəxtlikdən kosmonavtların olduğu kapsulu helikopterin köməyi ilə sahilə çıxarda bilirlər.[4][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Tengiz" (ingilis). wldb.ilec.or.jp. 2016-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-6-7.
- ↑ "Tengiz. Lake Profile" (ingilis). worldlakes.org. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-6-7.
- ↑ UNESCO. "Saryarka — Steppe and Lakes of Northern Kazakhstan" (ingilis). 2012-03-18 tarixində arxivləşdirilib.
- ↑ "Göldə xilasetmə əməliyyatı". 2007-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ "Tengiz gölündə hadisə". 2008-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.