Talış tarixi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Talış tarixi |
---|
Xrolonogiya |
Talışlar – Xəzər dənizinin cənub-şərq sahillərində, o cümlədən, talış dağlarının şərq ətəklərindən yaşayırlar. Onların sahib olduğu dil və mədəniyyət bir başa olaraq, onların tarixi ilə bağlıdır.
Qədim dövr
[redaktə | mənbəni redaktə et]Daş dövrü
[redaktə | mənbəni redaktə et]Tunc dövrü
[redaktə | mənbəni redaktə et]Talışların indiki yaşadığı ərazilərdə Tunc dövrə aid Astara rayonunun Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları",[1] Koraoba kəndindəki 3 ədəd kurqanlar var.[2]
Talış dağlarındakı iri daş sərdabələrdə Tunc dövrünə aid toplu ölügömmə adəti qeydə alınmışdır.[3]
Fransalı arxeoloq Jak de Morqan 1886—1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış ərazisində 230-dan artıq qəbir abidəsini tədqiq edib. Burada çıxarılan maddi-mədəniyyət materialları Azərbaycanın tunc və ilk dəmir dövründəki tarixi inkişafı haqqında məlumat verirdi. Jak de Morqan, burada üzə çıxardığı abidələrin ən yaxşı nümunəlirini Parisin Sen Jermen muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar.[4]
Dəmir dövrü
[redaktə | mənbəni redaktə et]Antik dövr
[redaktə | mənbəni redaktə et]E.ə II minilliyin sonu - I minilliyin ilk yüzilliklərində ari tayfaları qeyri-müəyyən səbəblərə görə şərqi avropadan köç etmiş, uzun bir yol qətt edərək, şimali qafqaza və orta asiyaya, ordanda hindistan və iran yaylasına qədər gəlib çıxmışlar.[5] Onlara qədər isə xəzər dənizi ətrafındakı bir çox xalqlar bu torpaqların sakini idi. Onlardan da biri kadusilər hesab edilirdi. Strabonun verdiyi məlumatlara görə, onlar Xəzər dənizinin cənub qərb sahilləri boyu 960 kilometrlik dağlıq ərazidə yaşayırdı.[6] Görkəmli Azərbaycan tarixçisi Q.A.Qeybullayev onların talışların əcdadları olduğu haqqında məlumat verir.
Əhəmənilərin XI satraplığında ilk dəfə kaduslar (kadusilər) haqqında Herodot (III, 92) xəbər verir. Sonralar, onlar haqqında başqa antik yazıçılar da yazmışlar. Kaduslar müasir talışların əcdadlarıdır və onların yaşadıqları vilayət Atropatenaya aid idi.[7]
Onlardan şimalda kaspilər və albanlar, cənubda gellər və hirkanlar və qərbdə amardlar yaşayırdı. Qədim dünyanın məşhur tarixçilərinin əsərlərində tez-tez xatırlanılan kadusilər döyüşkən xalq kimi təsvir olunur. Həmin tarixçilərdən olan, Dionis yazırdı:
Kadusilər qayalıq torpaqlarda yaşayır, qayalarda gəzən çox cəld adamlardır, kamandan ox atan əla atıcılardır.[8]
Kadus kimliyinin mənası haqqında çoxlu fərziyyələr olsa da bunların əksəriyyəti əsasızdır. Bu fərziyyələrdən biri də K'ədüs(t) — K'ə - ev, düs(t) - dost, yəni Ev dostu fərziyyəsidir. Lakin, Kadus adının bu cür məna verdiyi haqqında əsaslı bir fakt yoxdur. İranlı tədqiqatçıların fikrincə isə talışların sahib olduğu adın ilkin variantı Əhəməni kitabələrində Sataquş, daha sonrakı dövrlərdə Taquş, yunan müəllifləri tərəfindən isə bu ad təhrif edilərək, Kadus kimi qeydə alınmışdır. Talışşünas və Tatşünas Əli Əbdoli bu barədə bu cür məlumat verir.
Talış xalqına məxsus adın ilkin formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adın yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxəmənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan sürətdə kadus adı taquş adının qeyd-şərtsiz yunan variantı olacaqdır. Taluş - Talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.[9]
Midiyanın yaranması
[redaktə | mənbəni redaktə et]E.ə 647-ci ildə kadusiyadan cənubda Deyok tərəfindən paytaxtı Ekbatana şəhəri olan Midiya dövlətinin əsası qoyuldu. Madalar irandilli tayfa hesab olnurdu. Lakin, Madanın sərhədboyu ərazilərində qeyri-irani tayfalarda mövcud olmuşdur.[10]
Nəhayət, onu da yaddan çıxarmaq olmaz ki, antik və ellinistlikdən sonrakı dövrdə Midiyada və onunla sərhəd vilayətlərdə qeyri-ari (qeyri-İran) mənşəli qəbilə və xalqlar da yaşayırdı. Onların haqqında Polibi, Strabon, Ptolomey, Plini və başqalarında danışılır. Bu qəbilə və xalqların sırasına güman ki, kadusiləri...aid etmək olar.[11]
Madaların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860-825) onların ölkəsini Amädai adlandırırdı. Madalar daim Aşşurların hücumlarına məruz qalıraq, şəhər və kəndləri qarət edilib, yandırılırdı. Nəticədə, e.ə 673-cü ildə Kaştaritinin başçılığı altında xalq hərəkatı formalaşdı. E.ə 672-ci ildə Aşşurlara qarşı müharibə Madaların qələbəsi ilə nəticələndi. Bundan sonra Kaştariti 19 il müstəqil hakimiyyət sürdü, lakin e.ə 653-cü ildə İskit ordusu ilə döyüşdə həlak olur. Kaşkaritinin ölümündən sonra taxt-taca Kiaksar varis olur. O, Midiyada İskit ağalığına son qoyaraq, dövlətin güclənməsi üçün əsaslı addımlar atır. Kiaksar Babillərlə ittifaqa girərək, e.ə 612-ci ildə Aşşur bəlasına son qoyaraq, e.ə 605-ci ildə Assuriyanı süquta uğradır. Bundan sonra, e.ə 590-cı ildə Midiya Kadusiyanı, Manna və Urartunu, o cümlədən, İskit dövlətini də işğal edərək, Midiya imperiyaya çevrildi.[12]
Midiyanın süqutu. Əhəmənilərin hakimiyyətə gəlməsi
[redaktə | mənbəni redaktə et]Astiaqın hakimiyyət illərində (e.ə 585-550-ci illərdə) Midiyada iqtisadi böhran yaşanaraq, maddi ehtiyatlar tükənir, müharibə vəziyyəti və hakimiyyətin mərkəzləşmə siyasəti isə əhalidə narazılığı gücləndirirdi. Bundan istifadə edən II Kuruş Kadusilərlə ittifaqa girərək, xalqı üsyana qaldırır. E.ə 553-cü ildə hakimiyyət qüvvələri hərbi müxalifətə qarşı mübarizədə məğlubiyyətə uğradı. Astiaq əsir götürülürək, Ekbatana sarayının sərvətləri parsaya daşınır. Beləliklə, Midiya süquta uğrayaraq, hakimiyyət farsların əlinə keçir. Bu qələbədən sonra Kuruş irimiqyaslı hərbi əməliyyatlara əl atdı. On ildən qısa bir müddətə imperiyanın sərhədləri qərbdən aralıq və egey dənizlərinə, şərqdən isə orta asiyaya qədər uzanırdı.[13]
Bu dövrlərdə Kadusilər bütün ön asiya tarixində döyüşlərdəki cəngavərlikləri ilə böyük şöhrət qazanmışdı. Buna baxmayaraq onların dili qafqaz dillərindən ayrılaraq iran dillərinə meyil edirdi.
Quamatanın çevrilişi
[redaktə | mənbəni redaktə et]Farsların qeyri-millətlərə qarşı yürütdüyü vergi siyasətinə qarşı üsyanlar güclənirdi. II Kuruşun vəfatından sonra, hakimiyyət onun oğulları arasında bölüşdürüldü. E.ə. 530-cu ildə Kambizin hakimiyyətə gəlməsi vəziyyəti daha da gərginləşdi. O, Misirin fəthi üçün yollandıqdan sonra, hakimiyyətdə yaranmış boşluq anti-əhəməni hərəkatın başlanmasına Daranın Bağıstan kitabəsidə şahidlik edir.[14]
Sonra isə yalanlar ölkələrdə – həm Parsada, həm Madada, həm də digər ölkələrdə gücləndi.[15]
Üsyana Quamata rəhbərlik edirdi. Onun ideoloji silahı artıq Madada yayılmış, Maqların qəbul etdiyi Zərdüştün dininə əsaslanırdı. Onun apardığı islahatlar xalqın rifahına xidmət edirdi. Yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum etdi, onların əmlakını, qullarını əllərindən aldı, imperiyanın hər bir vilayətinə qasidlər göndərdi, xalqların üç il müddətinə vergilərdən və orduda xidmətdən azad edildiyini bildirdi. O, əsilzadələrə qarşı inadlı mübarizə apardı, amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin qarşısını aldı.
Qaumatanın rəhbərlik etdiyi hərəkat geniş xalq kütlələrinin çıxışı idi. Bu hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində, xüsusilə, Madada Əhəmənilərə qarşı reaksiya xarakteri daşıyan siyasi mübarizə özünün inkişafı prosesində etnik sərhədləri keçmiş, hakim fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş ümumi xalq hərəkatı, etirazı ilə birləşmişdi. Qaumatanın dövründə, geniş xalq təbəqələri güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə etdilər. Dara bu imtiyazları geri almaq istədikdə isə silahlanmış xalq çıxış edərək, bu nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başlamışdı.[16]
E.ə. 522-ci ilin sentyabrında Qaumata öldürüldü. Qaumata öldürülən kimi Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanını başlatdı. Madalılara qədər Elamlılar və Babillər, sonra isə Farslar, Margianalılar, Kadusilər və digər xalqlar çıxış etdilər. Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. İmperiya ön asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü.
E.ə VI əsrin son rübü – IV əsrin birinci yarısında Əhəmənilər dövləti
[redaktə | mənbəni redaktə et]I Dara üsyanları amansızcasına yatırdıqdan sonra, islahatlar apararaq, ölkəni möhkəmləndirir. Artıq imperiyanın sərhədlərini genişləndirmək qərarına gəldi. O, hind vadisini ələ keçirərək, Orta Asiya skiflərinə qarşı yürüşlər etdi. Bundan əlavə, Frakiya və Makedoniya torpaqlarını zəbt edir. Qara dəniz sahillərində yaşayan skifləri itaət altına almaq üçün uğursuz cəhdlər göstərdi, Helladaya kəşfiyyat yürüşlərinə çıxdı. Lakin bütün səylərinə baxmayaraq, öz hökmranlığının son dövründə I Dara xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı ildə Attikaya soxulmuş farsların yunanlarla ilk böyük toqquşması Daranın tam məğlubiyyəti ilə başa çatdı.
Əhəmənilər dövlətini qoruyub saxlayan yalnız güclü hərbi qüvvəsi idi. Məhz, hərbi qüvvənin hesabına xalqlar itaət altında saxlanılırdı. Lakin, ordu zəifləyirdi. Buna görə də hökumət muzdlu hərbi qüvvələrdən istifadə etməyə məcbur oldu. Bu səbəbdən orduda vətənpərvərliyi və nizam-intizamı qoruyub saxlamaq zamanla çətinləşirdi.[17]
Bu şəraitdə iri satraplıqlar imperiyadan ayrılmaq cəhdləri göstərdilər. Ayrı-ayrı satraplıqlar arasında toqquşmalar adi hal almağa başladı. Separatçılıq cəhdləri, hakimiyyət uğrunda çəkişmələr və saysız-hesabsız saray fitnə-fəsadları I Daranın ölümündən sonra daha da artdı. Kserks (Xsajarsan; e.ə. 486 - 465-ci illər) imperiyaya varis olsa da sui-qəsd nəticəsində öldürüldü. Fitnə-fəsad və qətllər nəticəsində I Artskserks (Arsaxaça; e.ə. 465 - 424-cü illər) taxt-taca sahib oldu. Ondan sonra, II Dara (Darayavahuş; e.ə 423 - 404-cü illər) da törətdiyi cinayətlər hesabın hakimiyyətə gəldi. Daha sonra, şah III Artakserks (Arsaxaça; e.ə. 358 - 338-ci illər) qüdrətli saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü.
II Artakserksin (Arsaxaça; e.ə. 404-358-ci illər) ölümü ərəfəsində Əhəmənilər dövlətinin tənəzzülünün və dağılmasının bütün əlamətləri artıq göz qabağında idi. III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah hətta körpələrə də aman verməmişdi.
Bu zamanlar Kadusilər Əhəmənilərin əsəratindən çıxmaq üçün inqilaba can atırdı. Bu inqilab həvəsinin nə qədər güclü olduğu II Artakserksin və III Artakserksin Kadusiyaya etdiyi uğursuz yürüşlərindən məlum olurdu. Bu hadisələr hətta, Pompey Traqonun əsərlərində belə əksini tapmışdı.[18]
Bütün bu yürüşlərə baxmayaraq, Kadusiləri əsarət altına almaq mümkün olmadı. İmperiyanın digər satraplıqlarında da asayişi tam bərpa etmək mümkün deyildi. Eyni zamanda Yunanlarda əsarət altından çıxır, Misirlilərin köməyi ilə Əhəməni torpaqlarına soxulurdu. Satraplar arasında düşmənçilik davam edərək, qanlı çəkişmələrə gətirib, çıxarırdı. Mərkəzi hakimiyyət kiçik şahlar hesab edilən, canişinlərin əlində cəmlənmişdi. Buna görədə təbəələrin bir qism həmin canişinlərə «şah» deyidilər.
Böyük ehtimalla, bu xırda şahların biri də III Artakserksin zamanında hakimiyyət başına gəlmiş Mada satrapı Atropat idi. Həmin dövrdə əsarət altından çıxmış Kadusilər özlərini Atropatın müttəfiqi kimi təqdim edirdilər.[19]
Makedoniyalı İskəndərin şərqə yürüşü
[redaktə | mənbəni redaktə et]E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II Artakserksin hakimiyyətin ilk zamanlarında Kadusiya imperiyadan ayrıldı. Bütün yürüşlərə baxmayaraq, kadusiyanı qaytarmaq mümkün olmadı. Çox keçmədi ki, şahın qardaşı Kiçik Kir ilə müharibə başlandı. II Artakserksin baş sərkərdələrindən biri Mada satrapı Arbak alovlanmış vətəndaş müharibəsində ikibaşlı oyun oynayırdı.
Misir yaranmış vəziyyətdən istifadə edib yenə əsarət altından çıxdı. Bundan sonra Suriya satrapı Ariobarzan üsyan etdi və ardınca, "satrapların böyük üsyanı" başladı, nəticədə qərb satraplarının hamısı imperiyadan ayrıldı.
Dövlətin tənəzzülə doğru getdiyini başa düşən Artakserks öz qohum-əqrəbasını qurban verərək, bir neçə il vaxt qazanmağı bacarır. O, üsyan etmiş tayfa və xalqlarla, həmçinin satraplarla qanlı mübarizəyə başladı. III Artakserks boyun əyməyənləri, üsyan qaldıranları ram edirdi. O, Suriyada, Fələstində, Finikiyada və Misirdə vuruşmuşdu. Onun dövründə dikbaş Kadusilərə qarşı da yürüşlər edilmişdi. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu. Lakin, e.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə öldürüldü.
E.ə. IV əsrin ortalarında Balkan yarımadası Makedoniya dövləti çiçəklənməyə başlayırdı. E.ə 338-ci ildə Xaroneya yaxınlığındakı döyüşdən Makedoniya padşahı Filipp bütün Yunanıstanı özünə tabe etdi. İranın işğalına hazırlaşan Filipp sui-qəsd nəticəsində qətlə yetirilir. Bundan sonra onun oğlu Makedoniyalı İsgəndər (Aleksandr) gənc yaşlarında ikən hakimiyyətə gəlir.[20]
Şah ailəsi tamamilə tələf edildikdən sonra e.ə. 336-cı ildə hakimiyyətə sülalənin yan şaxələrindən olan Kodoman gətirilir. III Dara adını qəbul edən bu şahın hökmranlıq tarixi (e.ə. 330 - 300-cü illər) İskəndərin İranı işğal etməsi ilə bitir.
E.ə. 334-cü ildə Yunan-Makedoniya ordusu Kiçik Asiyaya soxulur. İsgəndər Antik dövrün ən böyük sərkərdələrindən hesab edilirdi. O, bu döyüşdə görkəmli komandirlərini – Antipatr, Ptolemey, Parmenion, Filota, Perdikka və başqalarını öz ətrafına yığmışdı.
Gənc padşahın artıq ilk addımları onun hərbi planlarının geniş vüsətindən xəbər verirdi. Lakin, İsgəndər İran dövlətini tamamilə məhv etmək, ələlxüsus dünyada ağa olmaq haqqında ilk vaxtlar çətin ki, düşünəydi, əvvəllər o, Farslardan "qisas almaqdan" və "Yunanları azad etməkdən", yəni Kiçik Asiyanı fəth etməkdən də irəli getmək fikrində deyildi.
İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ilin mayında Qranik çayının sahilində oldu. İskəndərin ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.
III Daranın özünün başçılıq etdiyi İran orduları ilə İsgəndərin ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniya ordusunun qələbəsi ilə nəticələndi. III Dara hərb meydanından rüsvayçılıqla qaçdı. İsgəndərə xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə apardı. Bu döyüşdə Farslarla birlikdə Madalılar da iştirak edirdilər.
İkinci böyük döyüşdən sonra bütün Kiçik Asiya Makedoniyalı İskəndərin əlinə keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanın bir çox vilayətlərini bürüməsinə, habelə, Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qəzzənin) güclü müqavimət göstərməsinə baxmayaraq, İskəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332-331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, Farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirtdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.
E.ə. 331-ci ilin yayında Mekedoniyalı İsgəndər yenidən Asiyaya qayıdır. Yunan-Makedoniya qoşunlarını Dəclə və Fərat çaylarından keçirərək, Abela yaxınlığındakı Qavqamela kəndi yaxınlığında düşərgə salır. E.ə 331-ci ilin oktaybrın 1-də bu ərazidə Əhəməni ordusu ilə böyük hərbi toqquşma baş verir. Bu döyüş antik dövrün ən iri müharibələrindən biri oldu. III Daranın orduları böyük məğlubiyyətə uğrayır, şah bir neçə satrapı və kiçik bir dəstəsi ilə Madanın paytaxtı Ekbatana şəhərinə qaçdı. Eyni zamanda Yunan-Makedoniya orduları da böyük tələfata düşmüşdülər. Çünki, antik dövrün ən dikbaş xalqlarından bir sayılan Kadusilərlə qarşılaşmışdılar.
İsgəndər Babil və Suzu işğal etdi, daha sonra, Parsaya yürüş edərək iki böyük şəhəri — Pasarqad və paytaxt Persepolu işğal edərək, çoxlu qənimət əldə etdi. Sonra isə Persepol sarayını yandıldı. Buna şahidlik edən III Dara qisas almaq niyyətində idi. Buna görə də Madadan, Kadusiyadan, Albaniyadan və Sakasenadan çoxlu qoşun yığdı.[21]
Makedoniyalı İskəndər öncə Paretakenanı Madadan ayırdı, sonra, Madaya yeni satrap təyin etdi. Məlum oldu ki, Atropat və onun müttəfiqləri sayılan Kadusilər Daranı güdaza verərək, İsgəndərin tərəfinə keçib. Bu ittifaqı görən III Dara imperiyanın şərq vilayətlərinə doğru qaçır və tezliklə orada həlak oldu. Bundan sonra Atropat e.ə 328-ci ildə yenidən öz vəzifəsinə qayıdaraq, Madanın satrapı olur.
Əhəmənilər dövlətinin süqutundan sonra Makedoniyalı İsgəndər özünü İranın varisi elan edərək, Asiyanın bir hissəsinə rəhbərlik etdi.
Ellinistlik dövr
[redaktə | mənbəni redaktə et]Bu dövrün inzibati ərazi bölgüsünə əsasən, Kadusilər, Kaspilər, Pavsiklər, Pantimatlar və Kaspiana satraplığına (və ya XI satraplığa) daxil idilər. Bu satraplıqda titul xalq Kaspilər hesab edildiyi üçün Herodot bəzən Kadusilərlə Kaspiləri səhv salır və ya onları ümumiləşdirirdi. Buna görə də antik müəlliflər Xəzər dənizini Kaspi dənizi adlandırırdılar. Hətta, bəzən coğrafiyaçılar Kadusilərlə Kaspilərin yerini səhv salırdı. Buna görədir ki, Kaspilər bəzən Talışların əcdadları kimi də ələmə alınırdı. Lakin, tədqiqatçıların əksəriyyəti bu barədə Qalışları tədqiq etmir. Bu gün Talışların içində ərimiş Qalışlar Talış dilində danışsalarda onların bir qismi öz milli kimliyini Qalış kimi ifadə edir.
Güman etmək olar ki, Qalışların əcdadları Kaspilərdir. Necə ki, taquş → kadus əvəzlənməsi mövcud idisə, ? → kasp əvəzlənməsidə mövcud ola bilər. Lakin, bu barə də heç bir tədqiqat işi mövcud deyil. Qalışlar barəsində yalnız bir tədqiqat işi mövcuddur: qo — mal + lış — (mənimsəmək nəzərdə tutulur — red.), yəni qolış adının mənası "maldar" kimi yozulur.
Atropatena dövlətinin yaranması
[redaktə | mənbəni redaktə et]Atropatena (Atuarpatakan) dövlətinə mənsub adın mənası "Kiçik Mada" kimi yozulur. Bəzi mənbələrdə bu adın talış dilində Ətü(o):rpot — Atropat + Ə — bitişdirici sait + K'(ə)o:n — evlər, yəni Ətü(o):rpotək'(ə)o:n mənası "Atropat diyarı" deməkdir.
Əhəmənilər dövlətinin zəiflədiyi dövrdə bir çox satraplar özlərini şah adlandırırdı, bu xırda şahlardan biridə Atropat idi. Polibinin qeydlərində Atropatena hələ Əhəmənillərin zamanından mövcud olduğu haqqında deyilir:
Həmin padşahlıq (Atropatena nəzərdə tutulur — red.) hələ Farsların (Əhəmənilərin hakimiyyət dövrü nəzərdə tutulur — red.) zamanından mövcud idi.
Makedoniyalı İsgəndərin hakimiyyət illərində satraplar arasında özbaşınalıq davam edirdi — korrupsiya ölkəyə səfalətlər gətirirdi, xalqlar isə qarətlərə məruz qalaraq, övladları müharibələrin qurbanı olurdu. Gənc padşah İsgəndər Asiyanın dərinliklərinə doğru gedərək, beş ildən uzun bir müddətdə imperiyanın mərkəzi vilayətlərində olmadı.
E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan "Kiçik Mada"nın yüksəliş və inkişaf dövrü idi. Atropat Makedoniyalılarla ittifaqını möhkəmlətmək məqsədi ilə qızını dövrün ən qüdrətli əshabələrindən biri olan Perdikkaya ərə verdi.
E.ə 324-cü ilin yayında yaxın Böyük Madada Bariaks adlı biri Makedoniyalı işğalçılara qarşı mübarizəyə qalxdı. O, Əhəmənilər dövlətinin bərpası məqsədi ilə özünü Mada və Parsanın şahı elan etmişdi. İsgəndər çevriliş cəhdinin qarşısını almaq üçün Madaya yollandı, Lakin Atropat öz qüvvələri ilə üsyanı yatırıb, Bariaksı Makedoniyalılara təhvil verir, bundan sonra, Bariaks Pasarqada aparılaraq, edam edildi.
Makedoniyalı İsgəndər məşhur Bağıstan (Bisütun) vilayətinə baş çəkir. Sonra isə Niseya çöllərində bir ay qaldı. Qədimdə bu çöllərdə 160 min at otlayarmış, lakin Makedoniyalı işğalçıların talançılıq cəhdlərinə görə orada yalnız 60 min at qalmışdı.
Padşahı öz satraplığının sərhədində qarşılamaq məqsədi ilə Atropat Niseya çöllərinə gələrək, bir müddət İsgəndərin yanında qaldı.
Bir müddət sonra İsgəndər qoşunu ilə Ekbatanaya gəlib, əylənməyə başlayır. O, zaman şənliklərin birində Atropat gənc padşahı əyləndirmək məqsədi ilə yüz nəfərlik atlı qadından ibarət dəstə gətirmişdi. Arrianın verdiyi məlumata görə,
Güman edilirdi ki, bunlar "amazon qadınları"dır.
Onların kimliyi dəqiq bilinməsədə Strabona görə, onların vətəni Albaniyadan şimala, indiki Dağıstan və Çeçenistan əraziləri hesab olunurdu.
Makedoniyalı İsgəndər e.ə. 324 - 323-cü illərdə Mada ərazisində yaşayan kassilərə (kosseylərə) qarşı etnik təmizləmə siyasəti apardı. Onları bir-bir qılıncdan keçirərək, şəhər və kəndlərini viran etdi. Şübhəsiz ki, Allah onun əməllərini bağışlamadı və e.ə. 323-cü ildə İsgəndər naməlum bir xəstəlikdən vəfat etdi.[22]
İsgəndərin ölümündən sonra dövlətə naib Atropatın kürəkəni Perdikka təyin edildi. Böyük Mada Pitona verildi, kiçik Mada isə Atropatda qaldı.
E.ə. 321-ci ildə Perdika döyüşlərdən birində həlak olduqdan sonra satraplıqlar ikinci dəfə bölüşdürüldü. Lakin bu bölüşdürülmə Atropata məxsus olan satraplıqa şamil edilmədi. Atropat e.ə. IV əsrin 20-ci illərinin sonlarında yeni dövlətin hökmdarı olur.
Bu dövrdə Atropatena hərbi baxımdan güclü ölkə idi. Strabonun qeydlərində təkcə kadusilərdən ibarət on min süvari və qırx min piyada qoşun meydana çıxara biləcək qədər güclü olduğu təsvir olunur.[6]
Müstəqilliyindən etibarən Atropatena monarxiya idarə etmə üsulundan istifadə edirdisə, bir müddət sonra bu idarəçilik teokratiya ilə əvəzləndi. Bu səbəbdən maqların dövlətdə rolu böyük idi.
Gənc dövlətin paytaxtı indiki Miandob şəhərindən şərqdə Leylan kəndi yaxınlığındakı Qazaka şəhəri (Qanzaka, madalıların dilindəki, "qanza" sözündən götürülmüş, mənası "sərvət, xəzinə" deməkdir) idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Tarixi və memarlıq abidələri haqda məlumat" (az.). azerbaijan.az.[ölü keçid]
- ↑ Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI" (az.). 2 avqust 2001-ci il. 2019-10-22 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Süleyman Əliyarlı, Azərbaycan Tarixi. Bakı, 1996. səh. 30
- ↑ Yusif Səfərov, Qədim Azərbaycan. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1989
- ↑ Young T. Cuyler. The Iranian Migration into the Zagros, Iran, V, 1967.
- ↑ 1 2 Strabon "Coğrafiya"
- ↑ Г.А.Гейбуллаев "К этногенезу Азербайджанцев" (Баку - 1991)
- ↑ Dionis "Məskunlaşmış torpaqların təsviri"
- ↑ Әли Әбдоли "Кадусларын тарихи" (Теһран - 2002)
- ↑ Herzfeld E. Medisch und Parthisch. AMI, VII, 1934.
- ↑ Играр Алиев "История Мидии" (Баку - 1960)
- ↑ Cullican W. The Medes and Peresians. London, 1965.
- ↑ Herzfeld E. Iran in the Ancient East. London, 1941.
- ↑ Herzfeld E. The Persian Empire. Wiesbaden, 1968.
- ↑ III Daranın "Bağıstan" kitabəsi
- ↑ Herzfeld E. Zoroaster and his World, MI. Princeton, 1947.
- ↑ Young T. Cuyler. Survey in Western Iran 1961. JNES, xxv, 4, 1966.
- ↑ Tit Livi "Mark Yunian Yustinin İxtisarı"
- ↑ Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı, 1984.
- ↑ Ghirshman R. Persia from the Origins to Arexander the Great. London, 1964.
- ↑ Тирацян Г.А. Урартская цивилизация и Ахеменидский Иран. //Историко-филол. журн., 1964, № 2.
- ↑ Ямпольский З.И. Об Атропате - современнике Александра Македонского. ВДИ, 1974, № 2.