25°02′01″ şm. e. 121°33′53″ ş. u.HGYO

Taybey 101

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Taybey 101
臺北101
Xəritə
25°02′01″ şm. e. 121°33′53″ ş. u.HGYO
Ölkə Çin Xalq Respublikası Tayvan
Şəhər Taybey
Tikilmə tarixi 19992003
Mərtəbə sayı 101
Mərtəbə sahəsi
  • 412.500 m²
Memar CY Lee
Memarlıq quruluşu Postmodern memarlığı
Vəziyyəti Tamamlanıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc XəlifəƏbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yer tutur. 2003-cü ildə tikilən bu bina 6 il ərzində dünyanın ən hündür binası hesab edilmişdi. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir.

Lahiyyəsi 1997- ci ildə hazırlanmış və 1999-cu ildə tikintisinə başlanılmışdır. 2004-cü ildə yeni il gecəsi binanın açılış mərasimi keçirilmişdir. Hal-hazırda bina ticarət mərkəzi funksiyası daşıyır. Binanın tikintisi zamanı yerləşdiyi ərazidə 3 bal gücündə iki zəlzələ qeydə alınıb. Bəzi alimlər ehtimal edir ki, buna səbəb binanın ərazinin qruntuna təsir etməsi olub[1].

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina 101 mərtəbədən ibarətdir. Yer altında isə əlavə 5 mərtəbə var. Tikildikdən sonra bir müddət bəzi göstəricilərə görə dünyada ilk yerdə olmuş. 2010-cu ilə qədər dünyada ən hündür bina hesab olunurdu-508 m. (Bürc Xəlifə tikilənə qədər.) Sonuncu mərtəbənin hündürlüyü 439 metrdir. Bina həm də dünyanın ən qiymətli binasıdır. Dəyəri 1,7 milyard dollardı [2]. Hal-hazırdada Taybeydə dünyanın ən sürrətli lifti fəaliyyət göstərir (16,83 m/s). Bina həm də dünyada ən hündür günəş saatı hesab olunur.

Memarlıq üslubu və simvolika

[redaktə | mənbəni redaktə et]

Bina ənənəvi çin memarlıq üslubuna uyğun tikilib. Binanın xarici divarları yuxarıya doğru genişlənən səkkiz şöbədən ibarətdir. Bina tikintisində xüsusi konsepsiya mövcuddur. Bu konsepsiyanın əsasında səkkiz rəqəminin təkrarlanması dayanır. Binaya dayanaqlıq verən sütunların sayıda səkkizdir. Çin mədəniyyətində bu rəqəmin uğur gətirdiyi hesab olunur.

Mərtəbələrin 101 olmasıda xüsusi simvolika ilə bağlıdır. Tikintisi gedən zaman həm yeni əsirin başlaması (100+1), həm də hər yeni il gecəsindən sonra 1 yanvarı sinvolizə edir (1-01). Bina hər gün fərqli rənglə işıqlandırılır. Və hər rəng həftənin bir gününü simvolizə edir [3].

Gün Bazar ertəsi Çərşənbə axşamı Çərşənbə Cümə axşamı Cümə Şənbə Bazar
Rəng

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Binanın 88-92-ci mərtəbələrində xüsusi qurğu- dempfer yerləşdirilib. Bu qurğu külək və zəlzələ zamanı binanın tərpənməsini nizamlayır[3]. Bu qurğunun qiyməti 4 milyon dollar civarında qiymətləndirilir. Kürə şəklində olan bu qurğu 41 polad hissədən ibarətdir. Ümumi çəkisi 660 tondur.

Binada iki müşahidə meydançası var. 89-cu mərtəbədə olan meydança daxildə, 91-ci mərtəbədə olan meydança xaricdədir. Hər iki meydança dairəvidir və ətrafı 360° boyu müşahidə etmək mümkündür. Bina ənənəvi çin memarlıq üslubuna uyğun tikilib. Buna görədə vizual baxımdan qüllə budda məbədini xatırladır. Ümumi hündürlüyü 508 metrdi [4].

Taybey 101 -də nisbilik formulası
  • 25 dekabr 2004-ci il — binanı " Hörümçək adam " ləqəbli Alen Rober fəth etmişdir. Onun "fəthinə cəmi 4 saat lazım gəlib[5].
  • 19 aprel 2005-ci il — Albert Eynşteynin nisbilik nəzəriyyəsinin 100 illik ildönümü münasbəti ilə bina E=mc² formulası ilə işiqlandırılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
  2. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
  3. 1 2 "Arxivlənmiş surət". 2020-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
  4. "Arxivlənmiş surət". 2012-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.
  5. "Arxivlənmiş surət". 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.