Tofiq Bakıxanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tofiq Bakıxanov
Tofiq Əhmədağa oğlu Bakıxanov
Tofiq Bakıxanov 2010-cu ildə
Tofiq Bakıxanov 2010-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi (93 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əhməd Bakıxanov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi aləti skripka
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2015 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2010
"Şərəf" ordeni — 2021 "Şöhrət" ordeni — 2000 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Əmək veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983).

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.

Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir.

Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.

T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir.[1][2][3] 2002-ci ildən prezident təqaüdçüsüdür.[4] Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.

Musiqili komediyalar
  • "Altılardan biri"
  • "Məmmədəli kurorta gedir" — həmmüəllif N. Məmmədov
  • "Qız görüşə tələsir" — həmmüəllif N. Məmmədov
Baletlər
Simfonik əsərlər
  • BSO üçün 5 simfoniya
  • Türk simfoniyası (6-cı simfoniya)
  • Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası[6]
  • Skripka və fortepiano üçün 5 konsert
  • Tar və simfonik orkestr üçün 4 konsert
  • Violonçel və simfonik orkestr üçün 2 konsert
  • Klarnet və simfonik orkestr üçün konsert
  • BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları
  • çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.
  1. Aşıq Veysəl (film, 2001)
  2. İşgüzar səfər (film, 1982)
  3. Tofiq Bakıxanov (film, 2000)
  4. Əhməd Bakıxanov (film, 2003)
  1. Abdullayeva, S. Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib: [Bəstəkarlar İttifaqında] //525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7.
  2. Bakı Xoreoqrafiya Akademiyası tələbələrindən bəstəkarın yubileyinə töhfə: [Akademik Opera və Balet Teatrında qala-balet gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.3.
  3. Fərəcov, S. Musiqi festivalı çərçivəsində elmi konfrans: [Bəstəkarlar İttifaqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
  4. Hüseynov, F. Tofiq Bakıxanovun 85 illik yubileyi qeyd olundu: [Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
  5. Təhmirazqızı, S. Böyük nəslin laiqli davamçısı: Tofiq Bakıxanov //Respublika.- 2015.- 15 dekabr.- S.6.
  1. "Bakı Musiqi Akademiyası — Tofiq Əhmədağa oğlu Bakıxanov". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
  2. "Tofiq Bakıxanov". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-18.
  3. "C. Həsənova-İsmayılova — Tofiq Bakıxanov 70". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
  5. "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
  6. "Musiqinin xan sülaləsi. Xalq Cəbhəsi.- 2012.- 13 aprel.- S.13". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]