Sındırılmış pəncərələr nəzəriyyəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atılmış kinoteatrın sındırılmış pəncərələri. Sankt-Peterburq, 2011-ci il. 

Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. 

Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir.

Nümunə kimi müəlliflər sındırılmış pəncərələri misal olaraq göstərmişlər: belə ki əgər bir evdə sındırılmış bir şüşə dəyişdirilməsə sonda bu evdə sağlam şüşə qalmayacaq, daha sonra isə soyğunçuluq başlayacaq və həmin ərazidə kriminogen vəziyyət qısa bir zamanda pisləşəcək. Bu nümunə qeyri-rəsmi də olsa nəzəriyyəyə ad verib.

Praktiki tətbiqi

[redaktə | mənbəni redaktə et]

Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-YorkdaABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. 

Eksperimental yoxlanılması

[redaktə | mənbəni redaktə et]

Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.

İlk təcrübə çoxlu mağazalar olan bir küçədə və qroningenlilərin adətən alış-veriş edərkən velosipedlərini park etdikləri divarın yaxınlığında keçirilmişdir. Bu divarda rəsm çəkməyin qadağan olduğunu bildirən gözəgəlimli bir işarə vardı. İlk öncə divar təmiz idi. Təcrübə keçirənlər hər bir velosipedin (velosipedlərin ümumi sayı 77 idi) sükanına üzərində mövcud olmayan bir idman malları dükanının loqotipi və "Sizə xoş bayramlar arzu edirik" sözləri olan kağız asırlar. Araşdırmacılar gizlənərək kənardan velosipedçilərin hərəkətlərini izləyirlər. Küçədə zibil qutusu olmadığından velosipedçilər ya kağızı yerə atmalı, ya digər bir velosipedin üzərinə asmalı, ya da daha sonra atmaq üçün özləriylə götürməli idilər. İlk iki varianta qəbul edimiş normaların pozulması kimi, üçüncüyə isə qaydalara riayət olunması kimi baxılırdı.

77 velosipedçidən cəmi 25-i (33 %) qaydaya riayət etmədi. Daha sonra təcrübəni eyni hava şəraitində və günün eyni saatlarında bir daha təkrarladılar lakin bu dəfə divarda müəyyən rəsmlər çəkilmiş şəkildə. Bu dəfə isə 53 nəfər (69 %) qaydanı pozdu.Beləliklə, divarda rəsm çəkmək qadağasının pozulması insanları digər bir qaydanı da pozmağa stimullaşdırmış oldu.