Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır.
Sübh namazının qılınma qaydası
[redaktə | mənbəni redaktə et]- Birinci rükət:
- İkinci rükət:
2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün).
Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.
Həmd-surə:
[redaktə | mənbəni redaktə et]Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla :
- Fatihə surəsi;
- İxlas surəsi oxunur.
Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.
Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim".
2 səcdə:
[redaktə | mənbəni redaktə et]Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. və ya "Rabbənə və ləkəl həmd"
Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan (müstəhəbdir ki sol budun üstə oturasan və sağ ayağı sol ayağının üstə qoyasan). Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən `əbduhu və rəsuluh. Əllahummə səlli `əla Muhəmmədin və ali Muhəmməd".
Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əl-həmdu lillah", yaxud "Bismillahi və billah. Və xəyrul-əsmau lillah" deyəsən.
Salam
[redaktə | mənbəni redaktə et]Vacibi miqdarı - "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".
Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.