Riolit
Bu məqalə qaralama halındadır. |
Riolit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur.[1]
Adlandırılması
[redaktə | mənbəni redaktə et]Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir.[2] Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir.[3]
Mineraloji tərkib
[redaktə | mənbəni redaktə et]Riolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur.[1]
Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur. SiO2 miqdarı 73%-dən yüksək, alminium əmsalı al’=1–10. Dəyişilmə dərəcəsi, püruzların ölçüsü və tərkibinə, əsas kütləsinin teksturuna görə çoxlu növ müxtəlifliyi vardır. Sinonim: Liparit, Miyenit, Mikropiromid.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Riyolit tikinti və ya istehsalatda nadir hallarda istifadə olur. Buna səbəb onun məsaməliliyi və tezı qırılabilən olmasıdır.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Rhyolite Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine. geology.com
- ↑ Rhyolite. alexstrekeisen.it
- ↑ Rhyolite Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. mindat.org