Razılıq nişanı
Naviqasiyaya keç
Axtarışa keç
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
Vikianbarda Razılıq nişanı ilə əlaqəli mediafayllar var.