Ravanitsa monastırı
Serb Pravoslav Kilsəsi | |
Ravanitsa monastırı | |
---|---|
Манастир Раваница | |
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | 1375 – 1377 |
Tikdirəni | Lazar Xrebelyanoviç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ravanitsa monastırı (serb. Манастир Раваница) ― Mərkəzi Serbiyada Serb Pravoslav monastırı. Monastır 1375–1377-ci illərdə Lazar Xrebelyanoviçin ianəsi ilə inşa edilib və onun qəbri burada yerləşir. Ravanitsa kilsəsi memarlıq və bədii xüsusiyyətlərinə görə yeni bədii hərəkatın doğulduğu yer adlanır.[1]
Ravanitsa monastırı 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur.
Tarix
[redaktə | mənbəni redaktə et]Şahzadə Lazar Kosovo döyüşündəki ölümündən sonra 1375–1377-ci illər arasında inşa edilmiş Ravanitsa monastırında dəfn edilmişdir. Monastır o vaxtdan bəri ziyarət məkanı olmaqla birlikdə, mədəni fəaliyyət və Serbiya xalq məclislərinin mərkəzi olmuşdur.
Tikili 1386, 1398 və 1436-cı illərdə Osmanlı türkləri tərəfindən bir neçə dəfə hücuma məruz qaldı və zərər gördü. Vyananın ikinci mühasirəsindən sonrakı böyük müharibədə bir çox rahib öldürüldü. 1690-cı ildə sağ qalmış rahiblər Şahzadə Lazarın qalıqlarını da götürüb ərazini tərk etdilər. Yalnız 1717-ci ildə rahiblər arasında yeganə xilas olmuş şəxs olan Stefan müəllim Ravanitsaya qayıdıb monastırı talan edilmiş və tərk edilmiş vəziyyətdə tapdı. O, yerli sakinlərin köməyi ilə monastırı bərpa etdi və yeni bir narteks inşa etdi.
Monastır 19-cu əsrin əvvəllərində, Serbiya inqilabı zamanı təkrarlanan hücumlara məruz qaldı. 19-cu əsrin ortalarında monastır yenidən bərpa edildi. İkinci Dünya müharibəsi əsnasında almanlar monastırı bir daha dağıtdılar və 24 fevral 1943-cü ildə arximandrit Makariyeni tutub işgəncə verərək öldürdülər.
İncəsənət
[redaktə | mənbəni redaktə et]Monastırdakı freskaların hamısı eyni vaxtda və eyni sənətkarlar tərəfindən hazırlanmamışdır. Bu freskalar əsasən 1385–1387-ci illərə aid edilir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ravanica". National tourism organization of servia. 23 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2014.
- ↑ Jednodnevni Izleti, Resavska Pećina-Ravanica i Manasija Arxiv surəti 4 sentyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-09-04 at the Wayback Machine
- Starodubcev Tatjana. "On portraits in Ravanica". Zbornik radova Vizantološkog instituta. 49. 2012: 333–354.