Roza Parks
Roza Parks | |
---|---|
ing. Rosa Louise McCauley Parks | |
Doğum tarixi | 4 fevral 1913[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2005[3][1][…] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | avtobioqraf[d], insan hüquqları fəalı, hüquq müdafiəçisi, ictimai xadim, siyasi fəal[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Roza Luiza Parks (ing. Rosa Louise Parks, doğum soyadı Makkoli, ing. McCauley; 4 fevral 1913[1][2][…], Taskiqi[d], Alabama[4][5] – 24 oktyabr 2005[3][1][…], Detroyt, Miçiqan[6][7]) — amerikalı ictimai xadim, siyasi aktivist və qaradərililərin hüquqları uğrunda hərəkatın banilərindən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rosa Parks ABŞ-nin Alabama əyalətində anadan olub. 1943-cü ildə Amerika Vətəndaş Haqları hərəkatına qatıldı. 1955-ci ildə Alabama əyalətində, qaradərililərə qarşı tətbiq edilən ayrıseçkiliyə qarşı durmuş və sonradan hərəkatın başlanğıcına səbəb olmuş hərəkətlərə bais olmuşdu.
O illərdə, ABŞ-nin cənub əyalətlərində qaradərililər və ağdərililər ayrı-ayrı qapılardan avtobuslara minir və onlar üçün ayrılmış müxtəlif yerlərdə otururdular. Rosa Parks bir gün Montgomerydə avtobusa mindi. O avtobusda olan bir ağ, ağlar üçün ayrılmış yerdə bir yer tapa bilmədikdə, qaradərililər üçün ayrılmış hissədə oturan Rosa Parksdan yerindən qalxıb ona yer verməsini istədi. Sürücü də ona qalxması üçün xəbərdarlıq etdi, amma Parks qalxmadı. Tutuldu və həbs edildi.
Hadisənin baş verməsindən bir ildən artıq bir müddət keçdikdən sonra belə zəncilər avtobusa minmir, hər yerə ayaqla gedirdilər. Etirazlar bir il sonra öz nəticəsini verdi. ABŞ Federal Məhkəməsi avtobuslarda bu təcrübəni qadağan etdi. Ancaq Rosa Parks, Alabamada ağlar tərəfindən cinsi istismara məruz qaldığı üçün şimala doğru hərəkət etməli oldu. Eyni zamanda, Alabama qubernatoru qaradərilləri universitetlərə yazdırmamaq üçün böyük səylər göstərirdi. Böyük hadisələr başladı. Martin Lüter Kinqin rəhbərlik etdiyi daim böyüyən hərəkat 1964-cü ildə qəbul olunan qanunla uğura nail oldu. Rosa Parks bu müqavimətin simvolu halına gəldi.
1999-cu ildə Time jurnalı tərəfindən XX əsrin insan haqları müdafiəçisi seçildi. Parks 1996-cı ildə Prezident Azadlığı medalına layiq görülmüşdür. 1999-cu ilin əvvəlində isə Konqresin qızıl medalına layiq görüldü və bu mükafatı Bill Klintondan aldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Rosa Parks // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://www.npr.org/templates/story/story.php?storyId=4973548&sourceCode=gaw.
- ↑ 1 2 http://www.nytimes.com/books/00/07/16/reviews/000716.16anderst.html.
- ↑ 1 2 http://www.nytimes.com/2005/11/02/national/02cnd-parks.html.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119472678 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
- ↑ http://www.nytimes.com/2005/11/02/national/thousands-pay-final-respects-to-rosa-parks-in-detroit.html.