Rəfael Həbibov
Rəfael Həbibov | |
---|---|
Rəfael Şərafət oğlu Həbibov | |
Doğum tarixi | |
Doğum yeri | Əli Bayramlı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Tozlukörpü |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Şərafət |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.
Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.[1]
1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 109.