Qitə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qitə — Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir.[1] "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur.[2][3]
haqqinda məlumat
[redaktə | mənbəni redaktə et]Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir. Qitə sərhədi, okean tərəfə qurunun sualtı davamını hüdudlayan qitə yamacının ətəyindən keçir. Geomorfologiyada Qitə. Yerin geotekstrukturlarına aid edilən ən iri müsbət relyef formasıdır. Qitə üçün düzən və dağlarla əlaqədar olan qitə platformaları və dağəmələgəlmə vilayətləri (bəzi tədqiqatçılara görə, platforma və geosinklinal zonalar) kimi geostruktur zonalar səciyyəvidir.[4]
Qitələr
[redaktə | mənbəni redaktə et]6 qitə var:
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Под редакцией проф. А. П. Горкина. материк // География. Современная иллюстрированная энциклопедия. — М.: Росмэн. 2006.
- ↑ КОНТИНЕНТ Arxivləşdirilib 2018-01-01 at the Wayback Machine // Большая российская энциклопедия. Электронная версия (2016); Дата обращения: 31. dekabr 2017
- ↑ Континенты // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.