Qarabağ
Qarabağ | |
---|---|
40°00′56″ şm. e. 46°40′49″ ş. u.HGYO |
|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[1]
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.[2] 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.[2]
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.[3] İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[1]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi.[4] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[5]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[6] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.[7] Mehdiqulu xan sonradan xaiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.[8] 1828–1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140.000 erməni köçürüb. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, 19-cu əsrin birinci yarısı ilə (1811-ci il – ermənilər 20,8% müsəlmanlar 79%, 1823-cü il – ermənilər 21,7% müsəlmanlar 78%, 1830-cu il – ermənilər 33% müsəlmanlar 66,6%) 19-cu əsrin ikinci yarısını müqayisə edərkən (1889-cu il – ermənilər 45,5% müsəlmanlar 54%, 1897-ci il — 41,5% müsəlmanlar 57%, 1904-cü il – ermənilər 41,6% müsəlmanlar 57%, 1914-cü il- 41% müsəlmanlar 55%) ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1918-ci ildə milliyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Bunun üçün orada erməni say çoxluğunu süni surətdə təmin etmək məqsədilə müsəlmanların qırılması və qovulması siyasəti aparılmışdır. Daşnaksütyun partiyasının nümayəndələri tərəfindən ilk dəfə olaraq "Dağlıq Qarabağ" termini tətbiq olundu. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını, müsəlmanların payı 70–75%-ə çatan Qarabağın qalan hissəsindən ayırmaq idi. 1918–1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. "Dinc müsəlman əhali amansızcasına qətl edilir və bir çox kəndlər yandırılır", – deyə 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Yusifbəyli Cənubi Qafqazda Qərb dövlətlərinin komandanlığına məlumat göndərib. 1920-ci ilin mart ayına qədər yalnız Zəngəzurda 40-a qədər müsəlman kəndi məhv edilmiş, 60.000 müsəlman qaçqın düşmüşdü. Qarabağın başqa rayonlarından, məsələn, Cavanşir qəzasından da türk əhalisinin kütləvi köçü baş verirdi. Dağlıq Qarabağda və Qərbi Zəngəzurda on minlərlə müsəlmanın qovulması və əllidən çox müsəlman kəndinin məhv edilməsi yolu ilə ermənilərin say çoxluğu təmin edildi. Bu, Qərbi Zəngəzurun Sovet Ermənistanına verilməsi (1920) və Dağlıq Qarabağda erməni muxtariyyətinin (1924) yaranması üçün əsas oldu. 1920–1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özlərinə bu ərazilərdə dövlət yaratmaq istəyi açıq aşkar görünür. 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmaq prosesi başlayır.
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13] 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən döyüşlərdən sonra, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan tərəfindən imzalanan sənədə əsasən, Dağlıq Qarabağ və ətraf rayonları, o cümlədən, Qazax rayonunun işğal altında olan 7 kəndi işğaldan azad edilmişdir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]X əsrə aid ermənicə mənbədə bu adın türk dillərində rəng bildirən "qara" və "bağ" sözlərindən ibarət olması haqqında "sevayçı" ("qara bağ") ifadəsinə rast gəlinir. Qarabağ adının mənası haqqında indiyədək söylənilmiş bütün, o cümlədən onun qara ("çoxluq" və "böyük" və bağ (baxça) sözlərindən ibarət olmaqla "çoxlu bağlı-bağatlı yer" fikri yanlışdır. M.Seyidov bu adın qara "başçı", "böyük" və bağ "xalqın bir hissəsi" sözlərindən ibarət olduğunu yazmışdır. Qarabağ toponiminin xüsusilə -lar şəkilçisi ilə yayılma arealı onun tayfa (el) adı olduğunu göstərir. Qarabağlar (Gürcüstanda Kaspi r-nunda kənd adı), Qarabağ şəhər xarabalığı (Türkiyənin Qars əyalətinin Ərdahan mahalında), Türkiyədə Sürməli mahalının Diqar r-nu həm də Qarabağ adlanmışdır. Ağcaqala ("Kitabi-Dədə Qorqud" da çəkilir) da həmin Qarabağ adındandır. Osmanlı dövlətinin dövründə Qarabağ Ağcaqala sancaqlığının mərkəzi olmuşdur.İrəvan xanlığının ərazisində 8 Qarabağ, Qarabağın və Qarabağlı (Aşağı və Yuxarı Qarabağlar Naxçıvanda Qarabağlar, Tiflis quberniyasının Sıqnax qəzasında Qarabağlı dağ və kənd adı (yenə orada) və s. məhz Qarabağ tayfa adı ilə bağlıdır. "Qarabağ" adının mənşəyi mənası barədə fikirlər müxtəlifdir. Ə.Ələkbərov bu adı Qarqar tayfa adı ilə əlaqələndirmişdir. İlk dəfə Q.Ə.Qeybullayev Qarabağ adının peçeneqlərin Qarabağ tayfa adı ilə əlaqədar olduğunu sübut etmişdir. XIX əsrin I yarısında Gəncə qəzasında yaşamış bir maldar el Qarabağlar adlanırdı. Xanlar r-nunda Qarabağlar kənd adı həmin maldar elin adı ilə bağlıdır. Göyçay rayonunda Qarabağlar kəndi Qurt-Qarabağlar elinin adındandır. Naxçıvanda Qarabağlar kənd adı Kəngərli tayfasının bir qolunun adındandır. Tovuz r-nunda Qarabağlılar Qazax elinin Qarabağlı tirəsinin adındandır.[16]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Azərbaycan-türk mənşəli sözdür. "Qarabağ" adının etimoloji mənasına erkən orta əsrlərə aid tarixi qaynaqlarda (VII əsr) rast gəlinir. Qarabağ bölgəsi əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Elmi mülahizələrə görə, Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi qədim tarixə malikdir. Azərbaycan türkcəsində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "əzəmətli", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.
İlkin mənbələrdə (XII–XIII əsrlərə qədər) Qarabağ sözü ayrı-ayrı, fərqli adlarla verilir. Bu bölgə Gerger, Uti, Utik, Udin, Otena, Kara, Karalar, Arsak v.s adlar altında qeyd edilirdi. Bəzi tədqiqat əsərlərində isə Qarabağ sözünün yaranması Qarabağ bölgəsində yaşayan tayfaların adı ilə də bağlanılır. Bu ərazi Albaniyanın tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı.[17]
Tarix
[redaktə | mənbəni redaktə et]Qədim dövr
[redaktə | mənbəni redaktə et]Orta əsrlər
[redaktə | mənbəni redaktə et]Qarabağ xanlığı
[redaktə | mənbəni redaktə et]1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[1]
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.[2] 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.[2]
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.[3] İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[1]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi.[4] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[5]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[6] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.[7] Mehdiqulu xan sonradan xaiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.[8]
Qarabağ Rusiya imperiyası tərkibində
[redaktə | mənbəni redaktə et]Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920)
[redaktə | mənbəni redaktə et]Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixi torpağı olan Qarabağın bütün ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Beləliklə, Qarabağ, xüsusən də onun dağlıq hissəsi uğrunda Azərbaycan və Ermənistan arasında mübarizə getdi. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi. 1920-ci il martın 22-də Şuşada ermənilərin qiyamı baş verdi. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz idarəçilik hüququnu bərpa etdi.[18][19]
Qarabağ Azərbaycan SSR dövründə (1920–1991)
[redaktə | mənbəni redaktə et]Qarabağ üçüncü Respublika dövründə
[redaktə | mənbəni redaktə et]Qarabağ müharibəsi
[redaktə | mənbəni redaktə et]1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13] 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən uğurlu döyüşlərdən sonra, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və ermənistan Respublikasının prezidenti armen sarkisyan tərəfindən imzalanan sənədə əsasən, əzəli yurdumuz olan Dağlıq Qarabağ və ətraf rayonları, o cümlədən, Qazax rayonunun işğal altında olan 7 kəndi tamamilə işğaldan azad edilmişdir.Qarabağ İşğaldan azad olunmuşdur.
Qarabağ folkloru
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" üzrə xüsusi layihəsi üzrə unudulmuş folklor nümunələrinin, adət və ənənələrin, tarixi-mədəni abidələrin bədii-estetik mahiyyətinə diqqət yetirmək, onu yad təsirlərdən qoruyaraq gələcək nəsillərə çatdırılmasını təmin etmək, folklor nümünələrini, mənəvi irsi qorumaq və təbliğ etmək məqsədilə nəşr edilmişdir. Layihənin icrasına 2012-ci ildən başlanılmış, qısa zaman kəsiyində X cilddən ibarət "Qarabağ: folklor da bir tarixdir" toplusu işıq üzü görmüş, Qarabağ xalq mahnıları və xalq oyunlarından ibarət CD-lər buraxılmışdır. Ümumiyyətlə, layihə çərçivəsində Qarabağ bölgəsindən 300-dən artıq mifoloji mətn, 1250-ə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər və uşaq folkloruna aid digər nümunələr toplanaraq elmi ictimaiyyətə təqdim edilmişdir. Ağdam, Tərtər, Cəbrayıl, Beyləqan və Kəlbəcər rayon sakinlərindən 45-dən artıq uşaq oyunu yazıya alınmış, bir çox oyunlar videolentə köçürülmüşdür.[20]
"Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihə əsasında çap olunan kitablarda bölgədə yaşayan kəbirli, afşar, şahsevən, qaradolaq, təhlə, muğanlı, bozax və s. tayfaların keçmişinə, tarixinə, etnoqrafiyasına dair materiallar, vaxtilə sovet rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında tayfa mənsublarının dilindən yazıya alınmış maraqlı məlumatlar, tarixi şəxsiyyətlərlə bağlı rəngarəng nağıl və rəvayətlər yer almışdır. Bunun sayəsində həmin toplular folklorşünaslarla yanaşı, tarixçilərin, etnoqrafların, dialektoloqların müraciət edə biləcəyi bir mənbə olaraq, Azərbaycan folklorunun müasir vəziyyətini, sosial-iqtisadi dəyişikliklərlə əlaqədar folklorda gedən prosesləri izləmək üçün əvəzsiz əhəmiyyətə malikdir. Burada əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, arxivləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etmək, bölgənin folklor resurslarını müəyyənləşdirmək, eləcə də bu bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Məlumdur ki, Dağlıq Qarabağ və ona yaxın olan ərazilərin işğalından sonra yüz minlərlə insan doğma torpağından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdir.[20]
Bu da öz növbəsində köçkün həyatı yaşayan Qarabağ sakinlərinin yaddaşındakı şifahi yaradıcılıq nümunələrinin unudulmasına, yaşlı nəsildən gənc nəslə ötürülməsi prosesinin xeyli zəifləməsinə səbəb olmuşdur. Buna görə də bölgəyə məxsus folklor nümunələrinin, zəngin adət-ənənələrin toplanaraq yazıya alınması və nəşr edilərək gənc nəslə çatdırılması vacib məsələlərdən biri idi. Layihə ilə bağlı olaraq məcburi köçkünlərin kompakt yaşadığı yerlərə folklor ezamiyyələri zamanı söyləyicilər ilə birbaşa, canlı təmas yaradaraq, fasiləsiz ünsiyyəti təmin edən toplayıcılar sakinlərin yaddaşındakı folklor mümunələrini toplamaqla, nəinki həmin nümunələri məhv olmaqdan xilas etdilər, həm də gənc nəslin doğma tarixi-coğrafi məkanı, həmin məkanın folklorunu, etnoqrafiyasını, ümumilikdə milli-mədəni dəyərlərini daha yaxından tanımasına vasitəçi oldular. Çünki Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası, dili, tarixi, məişəti, coğrafiyası haqqında informasiyanı əks etdirməklə, Qarabağı dünyaya daha yaxından tanıtmaq, hər bölgənin folklorunu (Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, İmişli) zənginliyi və əlvanlığı ilə əks etdirməklə bərabər, dövlətçilik şüurunun formalaşdırılmasında zəngin mənbə rolunu oynayır.[20]
Layihə çərçivəsində görülən işlərin yekunu olaraq 2012-ci il dekabrın 26-da Bakı şəhərində "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda I Respublika Elmi Konfransı, 2013-cü ildə noyabrın 15-də Ağcabədi şəhərində "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda II Respublika Elmi Konfransı, 2014-cü il noyabrın 14-də Tərtər şəhərində "Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmiş və konfrans materialları çap olunaraq ictimaiyyətə təqdim edilmişdir. "Qarabağ: folklor da bir tarixdir" toplusunun cildlərində bölgədəki tarixi-coğrafi məkanlarla, övliyalarla, müqəddəs ocaqlarla bağlı mətnlərin, o cümlədən nağılların, bayatıların və s. toplanması, bəzi xalq oyun və mərasimlərinin videoyazıya alınması göstərir ki, milli-mənəvi dəyərlər unudulmamışdır və sözügedən toplunun nəşr olunması milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan uğurlu addımlardan biridir. Bu nəşrləri, təbii ki, oxumaq, öyrənmək, tədqiq etməklə kifayətlənmək olmaz. Bu gün həmin məsələlərə təhsil müəsssisələrində xüsusi diqqət yetirilməsi vacibdir. Çünki folklor nümunələri xalqın əhvali-ruhiyyəsini, mənəviyyatını, psixologiyasını, mədəniyyətini, adət-ənənələrini, arzu və istəklərini əks etdirməklə yanaşı, aid olduğu dövrün ictimai hadisələri haqqında da müəyyən məlumatlar əldə etməyə imkan yaradır.[20]
Bu mənəvi irs bu gün mütəxəssislərdə böyük maraq doğurur, tarix və folklorun müqayisəli şəkildə tədqiqinə yardımçı olur, nümunələrin əksər hissəsi müəyyən tarixi dövrdə baş vermiş, xalqın, ölkənin həyatında az-çox rol oynamış görkəmli şəxsiyyətlərin başına gələn real tarixi hadisələrlə səsləşir. Xüsusən də tarixi, mədəni abidələrlə bağlı olaraq yazıya alınmış folklor mətnlərində bu, daha qabarıq şəkildə nəzərə çarpır. Söyləyicilərin dilindən yazıya alınmış bu nümunələrdə isə obyektivliyə son dərəcə yüksək səviyyədə riayət edildiyindən, bu folklor nümunələrini araşdırmaya cəlb etmək müxtəlif tarixi şəxsiyyətlərlə, arxeoloji və mədəniyyət abidələri ilə bağlı maraqlı məqamların üzə çıxmasına rəvac verir.[20]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- İkinci Qarabağ müharibəsi
- Qarabağın etnik tərkibi
- Qarabağ mətbəxi
- Qarabağ qəbiristanı
- Qarabağ selestin yatağı
- Qarabağda alban memarlığı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 azerbaijan-news.az. "Qarabağ xanlığı" (az.). Camal Mustafayev. 17 Fevral 2015. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ 1 2 3 4 Azens.az. "Qarabağ xanlığı və banisi Pənahəli xan" (az.). 22 dekabr 2013. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ 1 2 Əmrаhоv Mаis, Çingizоğlu Ənvər, Həsənоv Hаbil.s.172.
- ↑ 1 2 Potier, Tim (2001). Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal. Martinus Nijhoff Publishers, 1. ISBN 90-411-1477-7.
- ↑ 1 2 anl.az. "Kürəkçay faciəsi — Qarabağın Rusiya imperiyası tərəfindən faktiki işğalı tarixidir" (az.). Uğur. 14 may 2013. 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ 1 2 Zemfira Hacıyeva.s.66.
- ↑ 1 2 Busse, H. Abu'l-Fatḥ Khan Javānšīr // Encyclopædia Iranica. İstifadə tarixi: 2011-10-09.
- ↑ 1 2 Mustafazadə Tofiq.s.206.
- ↑ 1 2 Rieff, David. "Without Rules or Pity". Foreign Affairs. Council on Foreign Relations. 76 (2). June 1997. 2008-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2016.
- ↑ 1 2 Lieberman, Benjamin. Terrible Fate: Ethnic Cleansing in the Making of Modern Europe. Chicago: Ivan R. Dee. 2006. 284–292. ISBN 1-56663-646-9.
- ↑ 1 2 Croissant, Michael P. The hddshnia-Azerbaijan Conflict: Causes and Implications. London: Praeger. 1998. ISBN 0-275-96241-5.
- ↑ 1 2 De Waal. Black Garden, p. 286.
- ↑ 1 2 The Central Intelligence Agency. "The CIA World Factbook: Transnational Issues in Country Profile of Azerbaijan". 2009-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2016.
- ↑ 1 2 "Qarabağ müharibəsində nə qədər şəhid vermişik? – Foto". oxu.az. oxu.az. 2017-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ 1 2 3 4 5 6 "Qarabağ müharibəsində ən çox hansı rayon itki verib?". musavat.com. musavat.com. 2016-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005
- ↑ [Şimali Azərbaycanın Qarabağ Regionunun Coğrafi Tarixi] Atatürk Araştırma Merkezi Dergisi, Bəxtiyar Həsənov, səh 448–450
- ↑ "Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində Soyqırımı və Etnik Təmizləmə Siyasəti (1918-1920)". Akademik Tarih ve Düşünce Dergisi. 7(1): 719-732. 2020. 12.05.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2023.
- ↑ "Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə". 12.05.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2023.
- ↑ 1 2 3 4 5 Folklor İnstitutu. Qarabağ: folklor da bir tarixdir. I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı: “Elm və təhsil”. 2012. səh. 464.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Virtual Qarabağ (az.) (ing.) (rus.)
- Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması (az.) (ing.) (rus.)
- Azərbaycan Qarabağda BMT-nin icraçısı kimi // http://www.science.gov.az portalı, 27.10.2020, səh.1-2