Qafqaz ağ şamı
Qafqaz ağ şamı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qafqaz ağ şamı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qafqaz ağ şamı (lat. Abies nordmanniana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Təbii şəraitdə Qafqazın qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının, əsasən, şimal istiqamətli yamaclarında, Böyük Qafqazın şimal və cənub yamaclarında, Türkiyədə yayılmışdır. Hündürlüyü 50 m, gövdəsinin diametri 2 m-ə çatan nəhəng gövdəli dekorativ ağacdır. Çətiri sıx ensiz konusvarı formadadır. Budaqları torpağa doğru sallanır, cavan ağacların çətirinin yuxarısı şiş (iti), yaşlı ağaclarınkı isə yumru olur. Gövdəsinin qabığı bozdur. İynəyarpaqları sıx, üstdən tünd-yaşıl, altdan nisbətən açıq-yaşlıdır, alt tərəfdən və kilin hər tərəfindən 8–10 ağ ağızcıq xətlidir, budaq üzərində 10 ilə kimi qalır.
Qozaları 10–20 sm uzunluğundadır, cavan qozalar yaşıldır. Mil və yan kökləri qüvvətli inkişaf edir. Yaxşı boy atması və inkişafı üçün çox rütubətli və çürüntü ilə zəngin gillicə torpaqlar əlverişlidir. Tərkibində əhəng olan torpaqlara dözmür. Havanın rütubətinə davamlıdır. Toxumların uzunluğu 8–12 mm-dir, qatranlıdır, parlaq iri qəhvəyi qanadları toxumdan 2–3 dəfə böyük olur. Toxumları oktyabr-noyabr aylarında tökülür. Olduqca uzunömürlü ağac olub 600–700 il yaşayır. Ağ şamın bu növünün oduncağı yüksək texniki keyfiyyəti ilə fərqlənir. Xüsusilə sellüloz-kağız istehsalında, musiqi alətlərinin hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Qabığında 10 % aşı maddəsi vardır.
Azərbaycanda Abşeron, Quba, Zaqatala və Gəncədə yaşıllaşdırmada istifadə edilir.