Qonur yosunlar
Qonur yosunlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Aləm: Yarımaləm: İnfraaləm: Tipüstü: Tip: Yarımtip: İnfratip: Sinifüstü: Sinif: Qonur yosunlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi.
Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır.
Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksəriyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görünüşü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaqların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir. Qonur yosunlar izlərinə və ayrı-ayrı kök-yarpaqlarıa paleogendən başlayaraq rast gəlinir. Daha qədim tapıntıları (Məsələn: Vendotaenida) haqqında məlumatlar şübhəlidir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Phaeophyceae
- Fucophyceae
- Melanophyceae
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ (not translated to mul), (not translated to mul), (not translated to mul) An Updated Classification of Brown Algae (Ochrophyta, Phaeophyceae) (çd.). // Cryptogamie, Algologie 2014. C. 35, burax. 2. S. 117–156. ISSN 0181-1568; 1776-0984 doi:10.7872/CRYA.V35.ISS2.2014.117
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.