31°00′ şm. e. 65°30′ ş. u.HGYO

Qəndəhar vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəndəhar vilayəti
کندهار ولايت

31°00′ şm. e. 65°30′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qəndəhar
Tarixi və coğrafiyası
Sahəsi
  • 54.022 km²
Hündürlük
1.216 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.431.876 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu AF-KAN
Qəndəhar vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu.[1]

Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər[2], inzibati mərkəzi Qəndəhar şəhəridir.[3] Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir.[4]

2006-cı ilə olan məlumata əsasən:[5]

  • Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
  • Vilayətin 2 kəndində 8 min nəfər bəluc əsilli əhali yaşayır.
  • Vilayətin 6 kəndində 4 min dari əsilli əhali məskunlaşıb.
  • Vilayətin 7 kəndində 19 min nəfər digər spesifik dillərdə danışan əhali yaşayır.

İnzibati cəhətdən vilayət 17 rayona bölünür.[6]

  1. ,R.İ.Dadaşova, Səfəvilərin son dövrü
  2. "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  3. "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
  4. "Program for Culture & Confilict Studies: Kandahar Province". 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
  5. "Arxivlənmiş surət" (PDF). 2009-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-07-03.
  6. "Kandahar". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-01.