Qınıq boyu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qınıq boyu
Qınıq boyu damğası
Yaşadığı ərazilər
 Türkiyə
 Suriya
Dili

Türk

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır.

Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır.

Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır:

" ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır. Zamanımızın xaqanları bunlardandır. Heyvanlarına vurduqları işarət budur: ......"[1] şəklində tanıtdırdığı bir Oğuz boyudur.

Qınıqlar, Səlcuqluların quruluşunda və Anadolunun fəthində böyük rol oynadılar. XIII yüzildə bir kütlə halında Suriyada olan Türkmən qrupu arasında Qınıqlar da vardı. Digər boylarla birlikdə Qınıqlar da Məmlüklərin yanında yer alaraq Çuxurovanın (Anadoluda bölgə) fəthinə qatıldılar. Çuxurovada, Ceyhan çayından Gavur Dağına qədər uzanan bölgədə və bugünkü Osmaniyyə qəzası ilə Ceyhan qəzasının bir qisim torpaqlarını içinə alan bölgədə yurd tutdular.

XIV əsrin son yarısında Məmlüklərlə araları soyudu. 1378-də üzərlərinə gələn Məmlük ordusunu digər Üç oxlu türkmənlərlə bərabər məğlub etdilər. Fəqət, Məmlüklər Üç ox boyları arasına təfriqə saldılar. 1383-də Qınıqlar, Yüreğirlərə hücum etdi. Daha sonra Qazi Burhanəddinin ölkəsində qarışıqlıq yaratdılar. Bu hadisələrdən sonra Qınıqların adı siyasi səhnədə görünməz oldu.

Qınıqlar Osmanlı fəthinin ilk illərində torpağa bağlandılar. XIX yüzilə qədər Çuxurovada Qınıq adını daşıyan bir qəza vardı. Ehtimal ki, Türkiyədə olan bugünkü Toprakkale, qədim Qınıq Qalası olmuşdur. Qalanın quzey doğusunda yer alan qəsəbədə 1522-ci ildə iki məhəllə, 1547-ci ildə beş məhəllə vardı. Bundan başqa, qəzaya 75 kənd və qışlaq bağlı idi. XVI əsrdə Hələbdə, Ankarada və Aydında Qınıq boyuna mənsub icmalar yaşadığı bilinməkdədir. Qınıq qəsəbəsi və kəndləri XVII əsrdə xaraba qaldı. Lakin həmin əsrdə Sivasda bir Qınıq icmasının mövcudiyyəti görülməkdədir. Bu gün Anadoluda Qınıq adını daşıyan bir çox kənd və qəsəbə mövcuddur.

  1. Atalay, Besim (2006). Divanü Lügati't - Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-160-405-2, Cilt I, sayfa 55.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Kafesoğlu, İbrahim. Türk Milli Kültürü. Türk Kültürünü Araştırma Enstitüsü, 1977. sayfa 134