Psevdoefedrin
Psevdoefedrin adrenomimetik, vazokonstriktor, bronxodilatator, antikongestif dərmandır. İynəyarpaqlı efedra bitkisinin tumurcuqlarından efedrin ilə birlikdə alınan alkaloid.
Suda və etanolda asanlıqla, xloroformda orta dərəcədə həll olunan, rəngsiz iynəşəkilli kristallar və ya zəif spesifik qoxulu ağ kristal toz.
Farmakoloji xüsusiyyətlərinə görə efedrinə bənzəyir, lakin daha zəiif və az zəhərlidir.[1]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Psevdoefedrin böyüklərdə bronxial astma (yüngül və orta dərəcəli formalar) və astmatik bronxit üçün istifadə olunur. Lakin hazırda daha effektiv təsirli bronxodilatator agonistlər ( orciprenaline, fenoterol, salbutamol və s.), metilksantinlər ( teopek və s.), antikolinerjiklər ( troventol, atrovent və s.) mövcuddur.
Hal-hazırda psevdoefedrin sistemli istifadə üçün müxtəlif birləşmələrin tərkibində istifadə edilir : dekstrometorfan + parasetamol + psevdoefedrin (preparatlar "Grippex", "Gripend", "Daleron Cold 3"), parasetamol + psevdoefedrin xlorfenamin (dərman "AntiFlu"). Ancaq arzuolunmaz təsirlərə görə, xüsusən də yuxusuzluğun tez-tez inkişafı və qan təzyiqinin artması səbəbindən çox geniş istifadə edilmir.[2]
Psevdoefedrin narkotik vasitə olan psixostimulyator metamfetaminin evdə hazırlanması üçün istifadə edilə bilər və buna görə də bu dərmanı ehtiva edən dərmanların dövriyyəsi məhduddur.[3]
Farmakoloji təsiri
[redaktə | mənbəni redaktə et]Alfa-adrenergik, beta-adrenergik, bronxodilatlayıcı və vazokonstriktor təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır, kardiostimullaşdırıcı təsir göstərir və qan təzyiqini artırır.
Tənəffüs yollarının selikli qişasının damarlarının alfa-adrenergik reseptorlarını oyadır və onların sıxılmasına səbəb olur. Toxumaların hiperemiyasını, şişkinliyi və burun tıxanıqlığını azaldır, burun nəfəs yollarını açır.
Daxilə qəbul edildikdən sonra 15-30 dəqiqə ərzində təsir etməyə başlayır, maksimum təsir 30-60 dəqiqədə çatır və təsir müddəti 3-4 saat davam edir. Qismən qaraciyərdə metabolizə olunur. Böyrəklər tərəfindən xaric olunur (55-75 % dəyişməmiş halda).
Tətbiqi
[redaktə | mənbəni redaktə et]- Göstərişlər
Bronxial astma (yüngül və orta), xroniki obstruktiv ağciyər xəstəliyi, arterial hipotenziya.
Rinit (kəskin, vazomotor, allergik), sinusit (kəskin, yarımkəskin), aerootit, otit (kəskin), o cümlədən evstaki borusunun iltihabı, kəskin eustaxit, kəskin traxeobronxit.[4] Psevdoefedrini həmçinin analgetiklər, antihistaminlər, öskürək əleyhinə dərmanlar, bəlğəmgətiricilər və antibiotiklərlə kombinasiyalı terapiyada köməkçi vasitə kimi tətbiq edirlər.
Stressli sidik qaçırma (öskürək və ya digər səylər zamanı) və uretral sfinkter zəifliyinin müalicəsində müsbət təsir göstərmişdir.
- Əks göstərişlər
Hiperhəssaslıq, arterial hipertenziya, koronar ateroskleroz, serebral ateroskleroz, xroniki ürək çatışmazlığı, tirotoksikoz, yuxusuzluq, hamiləlik, uşaqlar (12 yaşa qədər).
- Ehtiyatla
Şəkərli diabet, qlaukomaya meylli, prostat hipertrofiyası.
- Hamiləlik və körpələrin ana südü ilə qidalanması zamanı
Hamiləlik dövründə istifadəsi məsləhət deyil (hamilə qadınların üzərində tədqiqatlar aparılmayıb). Heyvanlar üzərində aparılan tədqiqatlar isə dölə teratogen təsir göstərməyib, lakin psevdoefedrin heyvanlarda dölün orta bədən çəkisini və uzunluğunu, sümüklərdə ilik əmələ gəlmə sürətini azaldır.
- Yan təsirləri
Tremor, ürək döyüntüsü, zehni həyəcan, yuxusuzluq, sidik tutulma, iştahanın azalması, qusma, tərləmənin artması, allergik reaksiyalar (dəridə səpkilər).
Doza rejimi
[redaktə | mənbəni redaktə et]Daxilə, qida qəbulundan asılı olmayaraq, sutkada 2-3 dəfə 0,03-0,06 qr. Müalicə kursu 10-20 gün.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Приём противокашлевых и противопростудных препаратов может приводить к летальному исходу у детей раннего возраста". Безопасность лекарственных средств и НЛР. НИИАХ СГМА. 2007-03-22. İstifadə tarixi: 2008-05-12.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Псевдоэфедрин — описание вещества, фармакология, применение, противопоказания, формула". РЛС® (rus). 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
- ↑ Тарасов А. А., Каманин Е. И., Крюков А. И. и др. Острый бактериальный риносинусит: современные подходы к диагностике и антибактериальной терапии в амбулаторных условиях // Клиническая микробиология и антимикробная химиотерапия . 4 (журнал). № 1. 2002.
- ↑ News, GxP. "EMA проверит содержание псевдоэфедрина в противопростудных ЛП". GxP News (rus). 2023-02-10. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
- ↑ Соколов, Николай. "Комитет по безопасности EMA проверит содержащие псевдоэфедрин лекарства от простуды". pharmvestnik.ru. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.