Pinski bataqlığı
Pinski bataqlığı | |
---|---|
belar. Прыпяцкія балоты | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 135 ± 1 m, 133 m[1] |
Yerləşməsi | |
51°48′55″ şm. e. 24°57′10″ ş. u.HGYO | |
Ölkələr | |
|
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir.
Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır. Bu örtüyün altında Kvars qumu, onun altında isə granit təbəqəsi yerləşir. Qumlar da öz növbəsində gil suxurların üzərində yerləşir.
Flora
[redaktə | mənbəni redaktə et]Pinski bataqlığı üçün qamışla örtülmüş su-bataqlıq kolluqları farakterikdir. Bu qamışlıqlar da yaz gursululuq dönəmində suyun altında qalır. Bu səbəbdən yerli əhali bir yerdən digər yerə hərəkət etmək üçün qayıqlardan istifadə etmək məcburiyyətində qalır[2]
Bataqlığın adacıqlar olan hissəsində enliyarpaqlı sıx meşələr yerləşir.
Pinsk bataqlığının hissələri
[redaktə | mənbəni redaktə et]İri bataqlıqlar: Xolça, Moroçno, Dedkovo, Qorodişen, Dubnik,Domaşnis, Çernevski-Lednejova.
Tarixi
[redaktə | mənbəni redaktə et]Konsepsiyalardan birinə görə Pinski bataqlığı Balto-Slavyan dil dillərinin parçalanmasına kömək edən təbii bir maneə rolunu oynamış, nəticədə balik və slavyan dilləri formalaşmışdır[3].
1874-cü ildə Pinski batraqlığının qurudulmasına təşəbbüs göstərilmişdir. Hətta 1889-cu ilə kimi 2827 verst uzunluğunda kanallar qazılmışdır.
Barbarossa əməliyyatını hazırlayan alman komandanlığı Pripyat bataqlığını təbii maneə kimi nəzərə almışdır: «Mərkəz» qrupu bataqlığın şimalından, «Cənub» qrupu isə onun cənubundan keçmək məcburiyyətində qalmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ GeoNames (ing.). 2005.
- ↑ "Основные закономерности географического распространения болот". 2004-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
- ↑ Фредерик Кортландт Baltic, Slavic, Germanic Arxivləşdirilib 2020-11-24 at the Wayback Machine // Baltistica LI(1) 2016. P. 84.