Subliminal mesaj
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalə qaralama halındadır. |
Subliminal mesaj və ya şüuraltı mesaj — başqa bir obyektin içinə basdırılmış olan bir işarə və ya mesajdır və normal insan qəbulu limitlərinin altında qalmaq, o anda fərq edilməmək üzrə nəzərdə tutulmuşdur. Subliminal mesajlar insanın şüurlu diqqəti tərəfindən fərq edilə bilməzlər, ancaq bu mesajlarda insanın şüuraltına təsir irəli sürülməkdədir. Subliminal texnikalar reklamçılıq və təbliğat sahələrində tez-tez istifadə edilir. Seriallarda və ya filmlərdə xarakterlərin içdiyi içki markaları, paltarları subliminal mesaj nümunələrindəndir. Bu texnikaların məqsədləri, təsiri, istifadə sıxlığı və rəqabət kimi mövzularda əxlaqa uyğunluğu mövzuları mübahisəlidir. Marka və məhsulların marketinqində cəmiyyətin maraq, ehtiyac və qəbulunu dəyişdirməyə qədər bir çox mövzuda istifadə edilməkdədir. Bir adamı, təşkilatı və ya məhsulu pis göstərmək üçün o şey ilə pis olan bir obyektin eyni temada işlənməsi subliminal mesajın ən məşhur istifadə edilmə şəklidir.Bu ana qədər aparılan çoxsaylı çalışmalara baxmayaraq hələ də bu mesajlar intellektual səviyyəsi və düşüncə qabiliyyəti çox yüksək insanlar tərəfindən belə ilk baxışda 100 % anlaşılmır.Bu da toplumlarımızı istiqamətləndirici reklamlara qarşı müdafiəsiz qoyur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |