Stolüstü tennis
Stolüstü tennis | |
---|---|
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
Yaranma tarixi | 1891[1] |
Xüsusiyyətləri | |
Oyunçu sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər.
1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı.
1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı.
Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Bir başqa İngilis, E. C. Goode, 1902-ci ildə taxta raketkanın səthini nahamar rezinlə örtərək topa səhv verməyi bacardı. Eyni il İngiteredə Ping Pong Federasiyası quruldu lakin ad haqqının Parker Brothers firmasında olmasından və avadanlığın çox bahalı səviyəyə çıxmasın səbəbindən 3 il sonra bağlandı.
Buna baxmayaraq digər istehsalçıların ümumi bir ad olan table tennis (stolüstü tennis) adı altında satdıqları avadanlığlarla bu idman İngiltərə və Avropada səssizcə yayıldı. 1921-ci ildə İngiltərədə yeni bir stolüstü tennis federasiyası quruldu. Arxasından da 1926-cı ildə İngiltərə, İsveç, Macarıstan, Hindistan, Danimarka, Almaniya, Çexoslovakiya və Avstriya Berlində etdikləri yığıncaqda Fédération Internationale de Tennis de Table (International Table Tennis Federation – Beynəlxalq Stolüstü Tennis Federasiyası) quruldu.
İlk dünya çempiyonanatı 1927-ci ildə Londonda keçirildi. Bu ildən 2-ci dünya müharibəsinə qədər bütün çempiyonanatlar Macarıstanın hegemonluğu altında keçdi. Bu zamanların ən yaxşı oyunçuları qadınlarda yeddi dünya çempiyonanatı qazanan Macar Mariya Mednyanski (Maria Mednyanszky) və beş dəfə dünya çempionu olan yenə Macar Viktor Barna idi. Çexoslovakiya və Rumıniyalı idmançılar da bəzi çempiyonanatları qazandılar.
Amerika Ping Pong Federasiyası 1930-cu ildə quruldu lakin yalnız Parker Brothers firmasının avadanlığı istifadə edilə bildiyi üçün üzv sayı çox ola bilmədi. 1933-cü ildə iki rəqib federasiya daha quruldu. Bunlar U. S. Həvəskar Stolüstü Tennis Federasiyası və Milli Stolüstü Tennis Federasiyasıidi. Bu üç qrup 1935-ci ildə birləşərək U. S. Stolüstü Tennis Federayonu adını aldı. 1994-cü ildə də adını U. S. A. Table Tennis olaraq dəyişdirdi.
İkinci dünya müharibəsindən sonra bir müddət daha orta Avropalı oyunçuların hegemonluğu sürdü. 1953-cü ildən etibarən Asiyalı oyunçuların hegemonluğu başladı. Asiyalı ulduz oyunçuların birdən ortaya çıxmalarının bir səbəbi Yapon Horoi Satohun1952-ci ildə ilk dəfə istifadə etdiyi süngərli rezin istifadə edilməyə başlamasıdır. Bu yeni vəsait oyunu sürətləndirdi və oyunçuların topa daha çox səhv vermələrinə imkan təmin etdi.
Asiyalı oyunçular "Penholder tutuşu" adı verilən və raketka sapının baş barmaq ilə işarə barmağı arasında tutulduğu bir tutuş şəkli inkişaf etdirdilər. Bu tutuş şəklində hər növ vuruş üçün raketkanın eyni yüzünü istifadə edirdi (artıq bu tutuş ilə raketkanın hər iki yüzünü də istifadə edən oyunçular vardır). Bu tutuş bu gün bir çox yuxarı səviyyəli beynəlxalq oyunçu tərəfindən istifadə edilməkdədir.
1988-ci ildə stolüstü tennis kişi və qadınlarda təklər və cütlər müsabiqələrini ehtiva edən olimpik bir idman halına gəldi.
Stolüstü Tennis Federasiyaının 2003-cü il tarixli qərarına görə, topun diametri 2 mm böyüdülmüşdür. Bunun nəticəsində oyunun sürəti 15%.Beləliklə televiziyada oyunu izləmək daha asanlaşdı.