Stablitron
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. — Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır. Hər zaman stabilitronun kataloqunda bu məlumatlar olur: -gücü -əks istiqamət gərginliyi(VZ) -maksimum əks istiqamət cərəyanı (IZM) -əks istiqamətdə maksimum cərəyan itgisi -Maksimum müqaviməti -Temperatur sabiti. Bu məhdudiyyət aralığında çalışan stabilitronlar istehsal edilir: — Maksimum stabilitron axını (IZM): 12a -stabilitron gərginliyi (VZ): 2–200v arası -Maksimum gücü:100watt — Maksimum əks istiqamət cərəyan itgisi: 150μa (mikro amper) -Maksimum iş temperaturu:175 °C
İş mühiti temperaturu artdıqca stabilitron gərginlik kiçilir. Stabilitron gərginliyinin tənzimi: Stabilitron gərginliyin tənzimi birləşmə səthinin iki tərəfində yaranan boşluq bölgəsinin (neytral bölgə) eninin nizamlanması yolu ilə təmin olunur. Bunun içində çox saf silisium Kristal istifadə edilir və aşqar maddəsinin miqdarı dəyişilir. Boşluq bölgəsi daraldıqca stabilitron daha kiçik əks gərginlikdə keçiriciliyə keçir. [1]
Stabilitronun gücü
[redaktə | mənbəni redaktə et]Stabilitronun gücü, birləşmə səthinin böyüklüyünə və diod istehsalında istifadə edilən silisiumun saflıq dərəcəsi və aşqarın miqdarına bağlıdır. Bundan başqa, diod isindikcə gücü düşəcəyindən, soyudulması ilə bağlı tədbirlərin görülməsi də lazımdır.[2]
Stabilitronların istifadə sahələri
[redaktə | mənbəni redaktə et]Döyünmə dövrəsi
[redaktə | mənbəni redaktə et]Şəkildə göründüyü kimi, iki stabilitron bağlandııqda sadə və təsirli döyünmə dövrəsi əldə edilir. Məsələn: Dövrə girişinə 10v olan bir AC gərginlik tətbiq olunsun və döyünmə prosesi üçün, stabilitron gərginliyi 5v olan iki Z1, Z2 stabilitron istifadə edilsin. AC gərginliyin müsbət əyrisi başlanğıcında Z1 stabilitronu düz qoşulmada keçirəcək, Z2 stabilitronu isə əks qoşulmada keçirməyəcəkdir. Giriş gərginliyi +5v a çatanda Z2 də keçiriciliyə keçər və dolayısı ilə də çıxış ucları arasında +5v yaranır. O cümlədən, R müqaviməti üzərindəki gərginlik düşgüsüdə də 5v olur. AC gərginliyin digər əyrisində də Z1 əks qoşulma halına gəlir və bu dəfə də çıxışda təpəsi döyünən 5v luq mənfi əyri yaranır. R müqaviməti, dövrədən axan cərəyanın stabilitronlari pozmayacaq bir dəyərdə qalmasını təmin edəcək və 5v luq gərginlik düşgüsü yaradacaq şəkildə seçilmişdir.[3]
Stabilitronun gərginlik nizamlayıcı kimi istifadə edilməsi
[redaktə | mənbəni redaktə et]Stabilitron, əsasən, DC dövrlərdəki gərginlik tənzimlə-yicisi üçün istifadə edilir. Buradakı, tənzimləyicidən məqsəd, gərginliyin müəyyən bir qiymətdə sabit tutulmasıdır. Bunun üçün stabilitron, göründüyü kimi, gərginliyi sabit saxlamaq üçün, istənilən dövrə və ya yük müqavimətinə paralel və əksinə polyarma(qütb)-lı olaraq bağlanır. Diod uclarına gələn gərginlik, stabilitron qiymətinə çatdıqda diod keçiriciliyə başlar və ucları arasındakı gərginlik sabit qalır.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Millman, Jacob. Microelectronics. McGraw Hill. 1979. 45–48. ISBN 978-0071005968.
- ↑ Dorf, Richard C., redaktorThe Electrical Engineering Handbook. Boca Raton: CRC Press. 1993. səh. 457. ISBN 0-8493-0185-8.
- ↑ Calibration: Philosophy in Practice. Fluke. 1994. 7–10. ISBN 0963865005.
- ↑ Elektronika-1, Sefa Mecidov