Skrill
Skrill (2011-ci ilə qədər - "Moneybookers") - yalnız elektron poçt ünvanından istifadə etməklə pul göndərmək və almaq imkanı verən elektron ödəmə sistemidir. Londonda 18 iyun 2001-ci ildə yaradılmışdır.
İstifadəçilər kredit və debet kartlardan pul göndərə və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan bir çox ölkələrdəki bank hesabından pul köçürmələri edə bilirlər. Şəxsi hesabı olan iştirakçılar üçün Skrill demək olar pulsuzdur (iştirakçılar arasında pul köçürmələri maksimum 20 avroya başa gəlir). İşgüzar hesablar ixtisaslı iddiaçılar üçün əlyetərdir və qəbul edilən ödəmələrdən komissiya tutulur. Pulun hesabdan çıxarılması VİSA kredit və ya debet kartına bank çekiylə və ya bir çox ölkələrə beynəlxalq SWIFT -pulköçürmələr ilə icra edilə bilər.[1] Təhlükəsizlik tədbiri olaraq Skrill standartı istifadəçinin hesabından pulköçürmələrin maksimal məbləğini məhdudlaşdırır. Bir çox rəqib xidmət sistemindən fərqli olaraq (onlayn ötürmə vasitələri) Skrill servisdən istifadə olunmasından öncə şəxsin yoxlanılmasını tələb edir; bu, fırıldaqçılıq ehtimalını minimuma endirir və çirkli pulların yuyulmasının qarşısını alır. Əlavə yoxlama addımları istifadəçinin hesabından pulköçürmələrin ümumi məbləğini 90 gün ərzində tədricən 50 min avro ekvivalentədək yüksəldir, sonrasında isə, əlavə yoxlamadan sonra, limitlər sistem istifadəçisinin xahişi ilə tam aradan qaldırıla bilər.
2015-ci ildə elan edilmişdi ki, Optimal Payments Plc şirkəti Skrill ödəmə sistemini almaq üçün barədə razılıq əldə etmişdir. Təxmini dəyəri 1.1 mlrd. avroya hesablanmışdı. Sövdələşmə 2015-ci ilin üçüncü rübündə başa çatdırıldı.[2]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ "Skrill rəsmi veb-sayt". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
- ↑ "Skrill və Neteller nəhayət vahid ödəmə sisteminə çevriləcək". 2018-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.