Sinan Çətin
Sinan Çətin | |
---|---|
Doğum tarixi | 1 mart 1953[1] (71 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist, kino aktyoru |
Təhsili | |
IMDb | ID0149134 |
Sinan Çətin (türk. Sinan Çetin; 1 mart 1953[1]) — Türkiyə kinorejissoru, aktyoru və prodüseri. O, azərbaycanəsillidir. 12–ci Dəkkə Beynəlxalq Film Festivalında ən yaxşı rejissor mükafatını qazanmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sinan Çətin 1 mart 1953-cü ildə Türkiyənin Van şəhərində, gömrük məmurunun ailəsində anadan olmuşdur. O, ailənin səkkiz övladından biridir. Ana tərəfdən azərbaycanəsilli, ata tərəfdən gürcüəsillidir. İbtidai təhsilini Aşqala rayonunda almışdır.[2][3] Hacettepe Universitetinin Ədəbiyyat fakültəsində sənət tarixi üzrə təhsil almışdır.[4]
Karyerası
[redaktə | mənbəni redaktə et]Sinan Çətin tammetrajlı filmlər və teleseriallar, əsas isə reklamlar çəkmişdir. O, 1999-cu ildə İkinci Dünya müharibəsindən sonra Türkiyənin şərqi hissəsi haqqında tənqidi rəğbət qazanmış libertarian komediya filmi olan "Propaqanda" filmi ilə ingilisdilli dünyada tanınır. Çətin bir çox filmlərdə olduğu kimi bu filmin də həm rejissorluğunu, həm də prodüserliyini etmişdir. Onun 1993-cü ildə çəkdiyi "Berlində Berlin" filmi 18-ci Moskva Beynəlxalq Film Festivalına daxil olmuşdur.[4]
Sinan Çətin 2000-ci illərin əvvəllərində Karl Popper, Ayn Rand, Milton Fridman, Robert Makki və Artur Kostler kimi müəlliflərin əsərlərinin türkcə tərcümələrini nəşr etmişdir. Nəşriyyat 50-yə yaxın kitab nəşr etdikdən sonra fəaliyyətini dayandırmışdır.[5]
Filmoqrafiyası
[redaktə | mənbəni redaktə et]Film və teleseriallar | |||||
---|---|---|---|---|---|
İl | Başlıq | Fəaliyyəti | Qeydlər | ||
Rejissor | Prodüser | Aktyor | |||
1975 | Hanzo | ||||
1980 | Bir Günün Hikayesi | Hə | |||
1982 | Çiçek Abbas | Hə | |||
1982 | Çirkinler de Sever | Hə | |||
1985 | 14 nömrə | Hə | |||
1986 | Gökyüzü | Hə | |||
1986 | Prenses | Hə | |||
1993 | Berlində Berlin | Hə | |||
1995 | Cənab E | Hə | |||
1999 | Propaganda | Hə | Hə | ||
2001 | Komser Şekspir | Hə | |||
2002 | Mumya Firarda | Hə | |||
2004 | Okul | Hə | |||
2005 | Pardon | Hə | |||
2005 | Şans Kapıyı Kırınca | Hə | |||
2006 | Türkiye'nin Hatıra Defteri | Hə | |||
2007 | Romantik | Hə | |||
2008 | Çocuk | Hə | |||
2008 | Plajda | Hə | |||
2011 | Kağıt | Hə | |||
2012 | Çanakkale Çocukları | Hə | |||
2018 | Amerikalı Kız | Hə |
Qısametrajı filmlər
[redaktə | mənbəni redaktə et]- 1977: Baskın
- 1977: Halı Türküsü
- 2008: Mutlu Ol Bu Bir Emirdir
Rejissor olduğu televerilişlər
[redaktə | mənbəni redaktə et]- 1999–2003: Film Gibi
Prodüser olduğu televerilişlər
[redaktə | mənbəni redaktə et]- 2004–2009: Avrupa Yakası
- 2006: Sahte Prenses
- 2008–2009: Mert ile Gert
- 2010–2011: Cümbür Cemaat Aile
- 2007–2011: Komedi Dükkanı
- 2011: Gecekondu
Mükafatları
[redaktə | mənbəni redaktə et]İl | Namizədlik | Mükafat | Nəticə |
---|---|---|---|
1985 | Ən yaxşı rejissor mükafatı | 1985 Antalya Qızıl Portağal Film Festivalı | Qazandı |
1993 | Xalq vəkili mükafatı | Manheym Beynəlxalq Film Festivalı | Qazandı |
2005 | Ən yaxşı serial mükafatı | I Bəyaz İnci Telemükafatı | Qazandı |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Sinan Çetin // filmportal.de. 2005.
- ↑ Asu Maro. "Her 10 yılda bir başka Sinan Çetin". Milliyet. 23 January 2008. 10 February 2012 tarixində arxivləşdirilib.
- ↑ Yükselir, Sevilay. "Baykal'a çok şaşırıyorum". Yönetmen Çetin, Meclis'teki konuşmasını SABAH'a yorumladı. sabah.com.tr. 10 January 2010. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2022.
Azeri bir annenin, Gürcü bir babanın evladıyım.
- ↑ 1 2 "18th Moscow International Film Festival (1993)". MIFF. 3 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 March 2013.
- ↑ "Sinan Çetin Official" (türk). 10 avqust 2020 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sinan Çətin — IMDb səhifəsi
- Her 10 yılda bir başka Sinan Çetin, Asu Maro, 23 January 2008, Milliyet (in Turkish)
- Biyografi.info - Biography of Sinan Çetin (in Turkish)