Sidr (alkoqollu içki)
Sidr | |
---|---|
| |
Növü | Alkoqollu (1,2-12%) |
Mənşəsi | |
Rəngi | Açıq-sarı |
Vikianbarda əlaqəli mediafayllar |
Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki.[1]
Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır.[2]
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Almadan qıcqırdılmış içki" mənasında cidre şəkildə yazılan söz 1130-1140 illərin arasında köhnə fransız dilində Vas tərəfindən yazılan xronikalarda işlənilir. Bu söz Latın dilindən gəlib (gec və ya kilsə Latıncasında sicera kimi, "qıcqırdılmış içki" mənasında işlənilirdi).[3][4] Latıncaya o, qədim yunan síkera (σίκερα, yəni "güclü spirtli içki"), qədim yunancaya isə ivritdə həmin mənada olan shekhár (שכר) sözündən gəlib.[5]
ABŞ və Kanadada spirtli sidr üçün hard cider ifadəsi, spirtsiz alma şirəsi üçün isə sweet cider və ya soft cider ifadələri işlənilir.[6]
Tarix
[redaktə | mənbəni redaktə et]Əvvəl Böyük Karl (VIII—IX ə.) alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan hazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur.[7]
Ölkələrə görə
[redaktə | mənbəni redaktə et]Birləşmiş Krallıq
[redaktə | mənbəni redaktə et]Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır.[8][9][10] Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı.[11] Eyni zamanda CAMRA (Campaign for Real Ale; ing. Əsl Pivə üçün Hərəkət), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı.[12]
Fransa
[redaktə | mənbəni redaktə et]Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.[13]
Hazırda, Fransada sidr ancaq almalardan hazırlana bilər.[14]
İtaliya
[redaktə | mənbəni redaktə et]Keçmişdə, sidr Şimali İtaliyada geniş şəkildə istehsal olunurdu. Halbuki, faşit dövründə şərab istehsalçıları qorumaq məqsədi ilə çıxan, 7%-dən az spirti olan meyvələrdən hazırlanmış spirtli içkilərin qadağasına görə, ölkədə sidr istehsalı azalmışdı.[15]
Portuqaliya
[redaktə | mənbəni redaktə et]Şimali Portuqaliyanın keçmişində də, sidr çox populyar idi. XI əsrədək, orda sidr istehsalı şərab istehsalından böyük idi.[16]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dworkin, Martin; Falkow, Stanley. The Prokaryotes: Proteobacteria: alpha and beta subclasses. Springer. 2006. səh. 169. ISBN 9780387254951. 28 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2011.
- ↑ Lea, Andrew. "The Science of Cidermaking Part 1 - Introduction". 9 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2011.
- ↑ "Site du CNRTL : étymologie de cidre". 2023-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-23.
- ↑ Dictionnaire historique de la langue française, sous la direction d'Alain Rey, réédition 2010, Tome I, p. 719b. [1]
- ↑ T. F. Hoad, English Etymology, Oxford University Press, 1993 ISBN 0-19-283098-8, p. 76b.
- ↑ Jarvis, B. "Cider ScienceDirect Topics". www.sciencedirect.com. 2014. 2022-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ Fermented Beverage Production — Andrew Geoffrey Howard Lea, John R. Piggott — Google Книги
- ↑ "National Association of Cider Makers". 2001-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-21.
- ↑ Bowers, Simon. "Bulmers to take on Magners in a cider decider". London: The Guardian. 2006-06-26. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-06-20.
- ↑ "Interesting Facts". National Association of Cider Makers. 14 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 February 2009.
- ↑ "Consider cider". The Guardian. 9 August 2011. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2014.
- ↑ Gallagher, Paul. "Pear cider boom angers purists". The Independent. 25 November 2012. 29 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2014.
- ↑ "About "Cidre"". La Chouette. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2014.
- ↑ Blenkinsop, Philip. "Insight: Cider, the golden apple of brewers' eyes". Reuters. 20 December 2012. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2014.
- ↑ Henry Tiziana. "SIDRO: TRA I FOLLETTI E LE FATE ..." sottocoperta.net. 26 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2011.
- ↑ Hélder Marques. "A Região dos Vinhos Verdes" (PDF). Faculdade de Letras da Universidade do Porto. 1987. səh. 139. 19 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 July 2012.