Sofiya Kovalevskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sofiya Kovalevskaya
Doğum adı Софья Васильевна Корвин-Круковская
Doğum tarixi 3 (15) yanvar 1850[2]
Doğum yeri
Vəfat tarixi 10 fevral 1899(1899-02-10)[3][4][…] (49 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri riyaziyyat[1], mexanika[1], riyazi analiz, qismən diferensial tənlik[d], ədəbiyyat[1]
Elmi dərəcəsi
İş yeri
Təhsili
Elmi rəhbəri Karl Veyerştrass
Üzvlüyü
Mükafatları Knight of the French Order of Academic Palms
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850[2], Moskva, Rusiya imperiyası[5][3][…]10 fevral 1899[3][4][…], Hedviq-Eleonora[d], İsveç[6][7]) — rus riyaziyyatçısı və mexaniki.

Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi.

Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı.

Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi. Buna görə də Sofiya Qərbi Avropaya getmək üçün bir plan hazırladı. Ailə qurmamış gənc qızlara atalarının icazəsi olmadan səyahət icazəsi verilmədiyi üçün Sofiya gənc bir paleontologiya tələbəsi Vladimir Kovalevski ilə ailəsinin etirazlarına baxmayaraq bir rəsmi nikah qurdu. (Eyni ildə məşhur rus yazıçısı Dostoyevski də Sofiyanın özündən böyük bacısı Annaya evlənmə təklifi etmişdi, ancaq ailəsi bu nikaha razılıq verməmişdi.)

Sofiya və Vladimir 1869-cu ildə Rusiyanı tərk edərək Almaniyaya Heydelberqə getdilər. Sofiya orada riyaziyyat və təbiət elmləri təhsili almağına ümid edirdi. Lakin orada qadınların dərslərdə iştirakına icazə verilməməsi ilə qarşılaşdı. Sofiya universitet səlahiyyətliləri ilə danışaraq riyaziyyat və fizika dərslərinə və seminarlarına (Lulia Lermontova ilə birlikdə) qatılmaq izni ala bildi.

1871-ci ildə Sofiya Berlinə getdi və orada diferensial və inteqral hesab mövzusunda böyük mütəxəssis olan Karl Viestrass ilə xüsusi olaraq işlədi. 1874-cü ilin baharında 3 məqalə yayınladı. Eyni ildə Viestrassın cəhdi ilə Göttingen Universiteti onu törəməli diferensial tənliklərlə bağlı çalışmalarındakı uğurlarına görə riyaziyyat doktoru elmi dərəcəsi ilə mükafatlandırdı.

Sofya elmi vəzifədə çalışmaq üçün iş axtarmağa başladı. Lakin o dövr üçün tapa biləcəyi ən yaxşı işin qız liseylərində hesab dərsləri müəllimliyi olduğunu anladı. Altı il müddətində riyaziyyat çalışmalarından uzaq qaldı. Bu müddət ərzində Sofiya ilə Vladimirin rəsmi kağız üzərindəki nikahı artıq bir eşq nikahına çevrilmişdi. Onların öz aralarında Fufa (Sofiya) adı verdikləri bir qızları da olmuşdu. Vladimir pul qazana bilmək üçün çox riskli sayılan işlərə cəhd göstərmişdi. Bu cəhdləri boşa çıxınca ümidsizliyə qapılmış və 1883-cü ildə intihar etmişdi.

Vladimirin ölümündən əvvəl Sofiya riyaziyyat çalışmalarına xüsusi bir çərçivədə yenidən başlamışdı. Abel inteqralları üzərinə 1880-ci ildə elmi konfransda çox yaxşı qarşılanan bir məlumat təqdim etmişdi. 1882-ci ildə işığın sınması ilə bağlı çalışmalara başladı və bu mövzu ilə əlaqəli üç məqalə yayınladı. Növbəti il çox istədiyi elmi dünyaya daxil olmaqla bağlı bir fürsət əldə etdi. 1880-ci ildə iştirak etdiyi konfransda tanış olduğu bir riyaziyyatçı Gösta Mittaq-Leffler onu müvəqqəti də olsa, Stokholm universitetində dərs verməyə dəvət etmişdi. İsveçdə olduğu dövrdə Sofya analizin ən yeni mövzuları ilə bağlı dərslər verdi və həmin mövzularda əhəmiyyətli araşdırmalar apardı.

Beş il sonra professorluq vəzifəsi aldı. Beləliklə, Sofiya bir Avropa universitetində 18-ci yüzillikdə vəzifə daşıyan Laura Bassi və Mariya Qaetana Aqnesidən sonra 19-cu yüzillikdə elmi dərəcə almış ilk qadın oldu. Stokholm universitetində olarkən Sofiya yeni bir jurnal "Acta Mathematica"-nın redaktoru vəzifəsinə də təyin edilmişdi. Eyni zamanda ölkələrarası konfransların təşkil olunmasında da rol almışdı. Ən böyük elmi uğuru 1888-ci ildə "sərt bir cismin sabit bir nöqtə ətrafında dönməsi ilə bağlı" başlıqlı məqaləsini nəşr etdirdiyində gəldi və bu məqaləsi Fransa Elmlər Akademiyası tərəfindən verilən Bordin mükafatı ilə mükafatlandırıldı. Hətta Akademiya Sofiyanın bu çalışmasından o dərəcədə təsirlənmişdi ki, mükafat məbləğini 3 min frankdan 5 min franka qaldırmışdı.

Sofiya 1888-ci ildə bir qrip infeksiyası keçirdi və bu naxoşluğu daha sonra sətəlcəmə çevrildi. Sətəlcəmdən qurtula bilməyən Sofiya 10 fevral 1891-ci ildə Parisdə öldü.