Napalm bombası
Napalm bombası — müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı.
II Dünya müharibəsində, Harvard Universitetinden Louis Fieserin başçılıq etdiyi bir kimya qrupu tərəfindən inkişaf etdirildi. İlk olaraq Sakit Okeanda Tinian müharibəsində istifadə edildi. Vyetnam müharibəsi fotoqrafı olan Kim Phuc, demişdir ki, "Napalm təsəvvür edə biləcəyiniz ən qorxunc silahdır. Su 100 dərəcədə qaynayır, napalm isə 800–1200 dərəcə istilik yaradır." Bəzi vəziyyətlərdə, sürətli öldürdüyündən, qurbanlar çox ağrı çəkmir. Lakin sağ qalanlarda 3. və 2. dərəcəli yanıqlar yaranır.
ABŞ, Vyetnam müharibəsinin sonlarına doğru daha güclü bir Napalma ehtiyacı olduğunu, əsas napalm inhisarçısı DOW Chemicala bildirdi. Bundan sonra daha qorxunc Napalm-B silahı yaradıldı. Bu qarışıqda əsas yanıcı maddə , ənənəvi Napalmdan daha fərqli olaraq KEROSEN (Təyyarə Yanacağı jp-4 jp-8 vs.) istifadə edildi. Bu da daha yüksək bir istiliyin yaranmasını təmin etdi. 1968-ci il Cenevrə Sülh Razılığına əsasən, Napalm istifadəsi qəti surətdə qadağan edilsə də, hələ də Amerika, Fransa, İngiltərə və bir çox NATO-ya üzv ölkələr, kimyəvi silahları ən asan məhvetmə vasitəsi bəhanəsi ilə istifadə edir.