Nəbi Nəbiyev
Nəbi Nəbiyev | |
---|---|
Nəbi Nəbiyev Əliabbas oğlu | |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Əliabbas Nəbiyev |
Elmi adı | coğrafiya elmlər doktoru |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutu |
Mükafatları |
Nəbi Nəbiyev Əliabbas oğlu (1925, Karrar, Göyçay qəzası) — coğrafiya üzrə fəlsəfə doktoru, iqtisad elmləri doktoru, professor, akademik.
Həyatı
[redaktə | mənbəni redaktə et]N. Ə. Nəbiyev 1925-ci ildə Azərbaycanın Kürdəmir rayonunun Karlar kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib.
Böyük Vətən müharibəsində 2 orden və 15 medalla təltif edilmişdir. 1947-ci ildə keçmiş V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdu.
4 övladı var.
2011-ci il fevral ayının 25-də Bakıda rəhmətə getmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1951-ci ildən Azərbaycan EA Coğrafiya institutunda elmi katib, kiçik elmi işçi işləyib.
1957-ci ildə Akademiyanın İqtisadiyyat İnstitutuna keçirilmişdir. Orada aparıcı elmi işçi vəzifəsində işləyib.
1958-ci ildə "Azərbaycan SSR qərb rayonlarının iqtisadi-coğrafi xarakteristikası və təsərrüfatının gələcək inkişafı" mövzusund namizədlik dissertasiyası müdafiə edib.
1983-cü ildə "Azərbaycan SSR-də mineral sərvətlərdən kompleks istifadə edilməsi və istehsalın yerləşdirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
Azərbaycan EA iqtisadiyyat institutunda fəaliyyəti dövründə kiçik elmi işçi, baş elmi işçi, 25 il "Təbii sərvətlərin iqtisadiyyatı", və "Təbii sərvətlərdən istifadə edilməsi" şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində, ali məktəblərdə müvafiq fənlərin tədrisində, eləcə də dövrü mətbuatda elmin təbliğində N. Nəbiyevin xidmətləri vardır. Bir sıra elmi şuraların üzvü olan N. Nəbiyev 20-yə qədər Respublika, ümumittifaq, beynəlxalq miqyaslı elmi konfranslarda, simpoziumlarda aktual məsələlərə dair məruzələrlə çıxış etmişdir.
Azərbaycan Respublikasının prezident təqaüdçüsüdür.[1]
Elmi əsərlər
[redaktə | mənbəni redaktə et]N. Nəbiyev 17 monoqrafiyanın (onlardan 4 müştərək müəlliflə), 250-yə qədər elmi, elmi-kütləvi məqalənin müəllifidir.
- "Azərbaycan mineral xammal sərvətlərindən kompleks istifadə edilməsi", (1978)
- "Təbii sərvətlər və istehsal", (1983)
- "Təbii sərvətlər və ekoloji mühit" (1987) (professor N. A. Vəliyevlə)
- "İqtisadiyyat, cəmiyyət və ekoloji mühit", (2000),
- "Təbii sərvətlərin istifadəsi və mühafizəsi" (1989) adlı monoqrafiyaların müəllifidir.
N. Nəbiyevin toponimika elmi sahəsində də böyük xidmətləri vardır.
- "Coğrafi adların mənşəyi", (1969)
- "Coğrafi adların sirri", (1969)
- "Coğrafi adlar" (1982) adlı əsərləri nəşr edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ B. Budaqov Azərbaycan Coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh. 63–64