Magical Girl Raising Project
Magical Girl Raising Project | |
Birinci ranobe cildinin üzlüyü. Personaj: Koyuki Himekava | |
魔法少女育成計画 (Mahō Shōjo Ikusei Keikaku) azərb. Maho-şoco yetişdirmə layihəsi | |
---|---|
Janr | maho-şoco, döyüş |
Manqa | |
Manqaka | Asari Endo |
Rəssam | Maruino |
Nəşriyyat | Takarajimasha |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 8 iyun 2012 – hazırda |
Cildlər | 10 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Asari Endo |
Rəssam | Poçi Edoya |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 26 sentyabr 2014–26 oktyabr 2015 |
Cildlər | 2 (cild siyahısı) |
Fəsil sayı | 11 |
Manqa | |
Magical Girl Raising Project: Restart | |
Yazıçı | Asari Endo |
Rəssam | Nori Senbey |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | iyun 2016 – hazırda |
Cildlər | 1 (cild siyahısı) |
Manqa | |
Magical Girl Raising Project F2P | |
Rəssam | Ryota Yuzuki |
Nəşriyyat | Takarajimasha |
Jurnal | Kono Light Novel wa Sugoi! WEB |
Nəşr tarixi | 29 avqust 2016 – hazırda |
Anime | |
Rejissor | Hiroyuki Haşimoto |
Prodüsser | Emi Kaşimura Minami Ken |
Ssenarist | Takao Yoşioka |
Bəstəkar | Takuro İqa |
Studiya | Lerche |
Digər lisenziyalar | [1] |
Kanal | AT-X, Tokyo MX, BS11 |
Buraxılış tarixi | 1 oktyabr 2016–17 dekabr 2016 |
Seriyalar | 12 (seriya siyahısı) |
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画?, azərb. Maho-şoco yetişdirmə layihəsi) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır.
Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir. Nəticədə, 16 maho-şoco arasında sağ qalmaq uğrunda mübarizə başlayır.
Personajlar
[redaktə | mənbəni redaktə et]Magical Girl Raising Project
[redaktə | mənbəni redaktə et]- Koyuki Himekava/Snow White (姫河 小雪/スノーホワイト, Himekawa Koyuki?)
- Səsləndirən: Nao Toyama[2]
- Gücü: Təhlükədə olan insanların səsini eşitmək
- N şəhərində yaxşı tanınan maho-şocodur. Maho-şoco geyimi güllərlə örtülmüş ağ məktəbli formasından ibarətdir.
- Kano Sazanami/Ripple (細波 華乃/リップル, Sazanami Kano?)
- Səsləndirən: Manami Numakura[2]
- Gücü: Şurikenləri ilə heç bir hədəfi qaçırmamaq
- Tək yaşayan lisey tələbəsidir. Maho-şoco geyimi nindza stilindədir.
- Fəlakət Meri (カラミティ・メアリ, Karamiti Meari?)
- Səsləndirən: Kikuko İnoe[3]
- Gücü: İstənilən silahı gücləndirmək
- N şəhərinin kriminal təbəqəsi tərəfindən tutulmuş maho-şocodur. Maho-şoco geyimi kovboy stilindədir.
- Sanae Mokuo/Ruler (木王 早苗/ルーラ, Mokuō Sanae?)
- Səsləndirən: Yoko Hikasa[2]
- Gücü: Verdiyi əmrlərin sorğusuz-sualsız yerinə yetirilməsi
- N şəhərindəki bir məbəddə özünü kraliça edən maho-şocodur. Maho-şoco geyimi şahzadə stilindədir.
- Tama İnubozaki/Tama (犬吠埼 珠/たま, Inubōzaki Tama?)
- Səsləndirən: Asuka Nişi[2]
- Gücü: Toxunduğu istənilən yerdə diamteri 1 metrə, dərinliyi 5 metrə qədər olan dəlik yaratmaq
- Çox utancaq və qorxaq aızdır və Ruler ilə müttəfiqdir. Maho-şoco geyimi it paltarından ibarətdir.
- Nemu Sanco/Nemurin (三条 合歓/ねむりん, Sanjō Nemu?)
- Səsləndirən: Yumiri Hanamori[4]
- Gücü: İstənilən şəxsin yuxusuna girmək
- 24 yaşlı işsiz, tənbəl qızdır, lakin insanlara kömək etməyi sevir. Maho-şoco paltarı pijamadan ibarətdir.
- Tsubame Murota/Top Speed (室田 つばめ/トップスピード, Murota Tsubame?)
- Səsləndirən: Yumi Uçiyama[2]
- Gücü: Uçan süpürgəsi ilə çox sürətlə uçmaq
- Gülərüz veteran maho-şocodur. Maho-şoco paltarı klassik qara cadugər paltarından ibarətdir.
- Ako Hatoda/Hardgore Alice (鳩田 亜子/ハードゴア・アリス, Hatoda Ako?)
- Səsləndirən: Rina Hidaka[3]
- Gücü: Verilmiş zərəri bərpa edə bilmək
- Gənc maho-şocodur. N şəhərinin sonuncu – 16-cı maho-şocosudur. Maho-şoco geyimi qara rəngdə olub Alisa möcüzələr ölkəsində stilindədir.
- Sota Kişibe/La Pucelle (岸辺 颯太/ラ・ピュセル, Kishibe Sōta?)
- Səsləndirən: Ayane Sakura[2]
- Gücü: Qılıncının uzunluğunu qısaltmaq və uzatmaq
- Snow White-ın müttəfiqi və yaxın dostudur. Maho-şoco geyimi Əjdaha cəngavəri stilindədir. Zirehində əjdaha motivləri görmək mümkündür.
- Ayana Sakanaqi/Swim Swim (坂凪 綾名/スイムスイム, Sakanagi Ayana?)
- Səsləndirən: İnori Minase[2]
- Gücü: Bədənini mayeyə çevirmək
- Çox sakit qızdır və Ruler-in ən sadəqətli müttəfiqidir. Maho-şoco geyimi ağ çimərlik paltarından və qulaqcıqlardan ibarətdir.
- Meşə musiqiçisi Klamberri (森の音楽家クラムベリー, Kuramuberī?)
- Səsləndirən: Mequmi Oqata[3]
- Gücü: Səs dalğalarını kontrol etmək
- N şəhərinin ətrafındakı xarabalıqlarda yaşayan qızdır. Maho-şoco geyimi güllərlə və yarpaqlarla bəzədilib və görünüşü elfi xatırladır.
- Mina Amasato/Minaelle (天里 美奈/ミナエル, Amasato Mina?)
- Səsləndirən: Risae Matsuda[2]
- Gücü: Bədənini istənilən cansızın formasına salmaq
- "İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
- Yuna Amasato/Yunaelle (天里 優奈/ユナエル, Amasato Yuna?)
- Səsləndirən: Satsumi Matsuda[2]
- Gücü: Bədənini istənilən canlının formasına salmaq
- "İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
- Şizuka Aşuu/Weiss Winterprison (亜柊 雫/ヴェス・ウィンタープリズン, Shizuka Ashū?)
- Səsləndirən: Yuu Kobayaşi[4]
- Gücü: Ərazidən asılı olaraq istənilən formada divarlar yaratmaq
- Güclü maho-şocodur, eləcə də, Sister Nana-nın sevgilisidr. Maho-şoco geyimi qalın qış paltosundan ibarətdir.
- Nana Habutae/Sister Nana (羽二重 奈々/シスターナナ, Habutae Nana?)
- Səsləndirən: Saori Hayami[4]
- Gücü: Hər hansı şəxsin fiziki qabiliyyətini artırmaq
- Veteran maho-şocodur. Karyerasını şəhəri qorumağa və şəhərə sülh gətirməyə həsr etmişdir. Maho-şoco geyimi rahibə stilindədir.
- Makoto Ando/Magicaroid 44 (安藤 真琴/マジカロイド44, Makoto Andō?)
- Səsləndirən: Satomi Aray[3]
- Gücü: Hər gün bel çantasından futuristik alət əldə etmək
- Robot maho-şocodur. Maho-şoco geyimi tamamilə robot formasındadır.
Digər
[redaktə | mənbəni redaktə et]- Fav (ファヴ?)
- Səsləndirən: Kurumi Mamiya
- Talisman personajdır.
Media
[redaktə | mənbəni redaktə et]Ranobe
[redaktə | mənbəni redaktə et]Ranobe seriyası Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılmışdır. Ranobenin ilk cildi Takarajimasha nəşriyyatı tərəfindən 8 iyun 2012-ci ildə Kono Light Novel ga Sugoi! Bunko imprinti altında nəşr olunmuşdur.[5] dekabrl 2016-cı ilə kimi 10 cildi buraxılmışdır.[6] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[7]
Cild siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Yapon versiyasının nəşr tarixi | İngilis versiyasının nəşr tarixi |
---|---|---|---|
1 | 魔法少女育成計画 | 6 iyun 2012[5] ISBN 978-4-7966-8039-4 | 20 iyun 2017[8] ISBN 978-0-316-55857-0 |
2 | 魔法少女育成計画 restart(前) | 9 noyabr 2012[9] ISBN 978-4-8002-0182-9 | 14 noyabr 2017[10] ISBN 978-0-316-55991-1 |
3 | 魔法少女育成計画 restart(後) | 10 dekabr 2012[11] | ISBN 978-4-8002-0525-4 |
4 | 魔法少女育成計画 episodes | 10 aprel 2013[12] | ISBN 978-4-8002-0934-4 |
5 | 魔法少女育成計画 limited(前) | 9 noyabr 2013[13] | ISBN 978-4-8002-1849-0 |
6 | 魔法少女育成計画 limited(後) | 9 dekabr 2013[14] | ISBN 978-4-8002-1852-0 |
7 | 魔法少女育成計画 JOKERS | 9 avqust 2014[15] | ISBN 978-4-8002-3070-6 |
8 | 魔法少女育成計画 ACES | 10 sentyabr 2015[16] | ISBN 978-4-8002-4586-1 |
9 | 魔法少女育成計画 episodesΦ | 9 aprel 2016[6] | ISBN 978-4-8002-5443-6 |
10 | 魔法少女育成計画 QUEENS | 10 dekabr 2016[17] | ISBN 978-4-8002-6217-2 |
Manqa
[redaktə | mənbəni redaktə et]Poçi Edoyanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" manqa jurnalında nəşr olunmuşdur. Manqanın iki tankobon cildi buraxılmışdır.[18][19] Nori Senbey tərəfindən hazırlanan "Magical Girl Raising Project: Restart" (魔法少女育成計画restart?) adlı manqa adaptasiyası 2016-cı ilin iyunundan "Comp Ace" jurnalında nəşr olunur. İlk tankobon cildi 30 sentyabr 2016-cı ildə buraxılmışdır.[20] Ryota Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Magical Girl Raising Project F2P" (魔法少女育成計画 F2P?) 29 avqust 2016-cı ildən Kono Light Novel wa Sugoi! WEB xidməti vasitəsilə onlayn şəkildə yayımlanır. Bu manqanın ilk cildi 22 oktyabr 2016-cı ildə buraxılacaq.[21]
Magical Girl Raising Project
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 iyun 2015[18] | ISBN 978-4-04-103140-7 |
2 | 26 mart 2016[19] | ISBN 978-4-04-103867-3 |
Magical Girl Raising Project: Restart
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 iyun 2015[20] | ISBN 978-4-04-104791-0 |
Anime
[redaktə | mənbəni redaktə et]Anime adaptasiyası 2015-ci ilin sentyabrında ranobenin 8-ci cildi vasitəsilə anons edilmişdir.[22] Lerche tərəfindən istehsal olunan anime serialı 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi AT-X kanalında, daha sonra Tokyo MX, BS11 kanalları və GyaO! video xidməti vasitəsilə yayımlanmışdır.[23] Crunchyroll tərəfindən Çin, Tayvan, Honkonq, Makao, Şimali və Cənubi Koreya istisna olmaqla, bütün dünyada nümayiş etdirilmişdir. Rejissoru Hiroyuki Haşimoto, ssenaristi Takao Yoşioka, personaj dizayneri Yukiko Akeydir.[23] .[24] Animenin seriyaları hərəsində 3 seriya olmaqla 4 BD/DVD cildində buraxılacaq.[25]
Anime serialının açılış mahnısı Manami Numakura tərəfindən ifa olunan "Sakebe" (叫べ, Shout?) mahnısı,[26] bağlanış mahnısı isə Nano tərəfindən ifa olunan "Dreamcatcher" mahnısıdır.[2]
Seriya siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Yayım tarixi | İst. |
---|---|---|---|
1 | "Arzu və sehr dünyasına xoş gəlmisiniz!" "Yume to Mahō no Sekai e Yōkoso!" (夢と魔法の世界へようこそ!) | 1 oktyabr 2016 | [27] |
2 | "Sehrli şəkərləri topla!" "Majikaru Kyandī o Atsumeyō!" (マジカルキャンディーを集めよう!) | 8 oktyabr 2016 | [28] |
3 | "Bildirişi yenilə!" "Bājon Appu no Oshirase!" (バージョンアップのお知らせ!) | 15 oktyabr 2016 | [29] |
4 | "Daha çox dost əlavə et!" "Furendo o Fuyasō!" (フレンドを増やそう!) | 22 oktyabr 2016 | [30] |
5 | "Yeni personaj!" "Shin Kyara o Tsuikashimashita!" (新キャラを追加しました!) | 29 oktyabr 2016 | [31] |
6 | "Super nadir əşyalar əldə et!" "Geki reāitemu o Getto shiyou!" (激レアアイテムをゲットしよう!) | 5 noyabr 2016 | [32] |
7 | "Dostluğunu yüksəlt!" "Oyamitsudo o Ageru yō!" (親密度を上げるよう!) | 12 noyabr 2016 | [33] |
8 | "Görüşdə qəfil hadisə!" "Gerira Ibento Hassei-chū!" (ゲリライベント発生中!) | 19 noyabr 2016 | [34] |
9 | "Yeni qaydaların elanı" "Rūru Henkō no Oshirase" (ルール変更のお知らせ) | 26 noyabr 2016 | [35] |
10 | "Ani döyüş şansı!" "Ran'nyū Batoru Kakuhen-chū!" (乱入バトル確変中!) | 3 dekabr 2016 | [36] |
11 | "Server təmirdədir" "Sābā Mentenansu Chū desu" (サーバーメンテナンス中です) | 10 dekabr 2016 | [37] |
12 | "Fayl tapılmadı" (File not found) | 17 dekabr 2016 | [38] |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Crunchyroll Announces Winter 2017 Anime Lineup". Crunchyroll. January 20, 2017. 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Magical Girl Raising Project Anime Casts Yōko Hikasa, Inori Minase, More". Anime News Network. August 26, 2016. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 3 4 "Magical Girl Raising Project Anime Reveals 4 New Cast Members in 4th Promo Video". Anime News Network. September 8, 2016. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 3 "Magical Girl Raising Project Anime Casts Saori Hayami, Yu Kobayashi, Yumiri Hanamori". Anime News Network. September 1, 2016. April 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016.
- ↑ 1 2 "魔法少女育成計画" (yaponca). Takarajimasha. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 "魔法少女育成計画 episodesΦ" (yaponca). Takarajimasha. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "Yen Press Licenses Sound! Euphonium, Magical Girl Raising Project Novels, Grimgar of Fantasy and Ash Manga". Anime News Network (ingiliscə). 23 noyabr 2016. 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "Magical Girl Raising Project, Vol. 1". Yen Press. 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
- ↑ "魔法少女育成計画 restart(前)" (yaponca). Takarajimasha. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "Magical Girl Raising Project, Vol. 2". Yen Press. 2017-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
- ↑ "魔法少女育成計画 restart(後)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 episodes" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 limited(前)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 limited(後)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 JOKERS" (yaponca). Takarajimasha. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 ACES" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "魔法少女育成計画 QUEENS" (yaponca). Takarajimasha. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2017.
- ↑ 1 2 "魔法少女育成計画 (1)" (yaponca). Kadokawa Shoten. 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 "魔法少女育成計画 (2)" (yaponca). Kadokawa Shoten. 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 "魔法少女育成計画restart (1)" (yaponca). Kadokawa Shoten. 16 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
- ↑ "魔法少女育成計画 F2P". Kono Light Novel wa Sugoi! WEB (yaponca). 16 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
- ↑ "Mahō Shōjo Ikusei Keikaku Magical Girl Survival Novels Get Anime". Anime News Network. September 8, 2015. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ 1 2 "Magical Girl Raising Project TV Anime's Promo Video Previews Opening Song, October 1 Premiere". ANN (ingiliscə). 9 avqust 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "More Details on Crunchyroll's "Magical Girl Raising Project" Anime Simulcast". Crunchyroll (ingiliscə). 30 sentyabr 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2016.
- ↑ "Blu-ray&DVD". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
- ↑ "Magical Girl Raising Project TV Anime's Promo Reveals Cast, Theme Song, October Premiere". ANN (ingiliscə). 21 iyul 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "夢と魔法の世界へようこそ!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ "マジカルキャンディーを集めよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
- ↑ "バージョンアップのお知らせ!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
- ↑ "フレンドを増やそう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
- ↑ "新キャラ追加しました!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2016.
- ↑ "激レアアイテムをゲットしよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2016.
- ↑ "親密度を上げるよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2016.
- ↑ "ゲリライベント発生中!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2016.
- ↑ "ルール変更のお知らせ". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekanr 2016.
- ↑ "乱入バトル確変中!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.
- ↑ "サーバーメンテナンス中です". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.
- ↑ "File not found". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- mahoiku.jp — Animenin rəsmi saytı (yap.)
- Magical Girl Raising Project (anime) Anime News Network Ensiklopediyasında
- Manqa seriyaları
- 2012-ci ilin Yaponiya romanları
- Ranobelər
- 2014-cü ilin manqaları
- 2016-cı ilin manqaları
- 2016-cı ilin anime serialları
- Yaponiya romanları
- Yaponiya veb-komiksləri
- Yapon dilində romanlar
- Maho-şoco anime və manqaları
- Döyüş anime və manqaları
- Kadokawa Shoten manqaları
- Seynen anime və manqaları
- Yen Press komiks başlıqları
- Lerche
- Tokyo Metropolitan Television verilişləri
- Ranobelərə əsaslanan anime və manqalar
- Ranobelərə əsaslanan televiziya verilişləri
- Uydurmada ölüm oyunları