Molyer
MOLYER | |
---|---|
fr. Molière | |
Doğum adı | Jean-Baptiste Poquelin |
Təxəllüsü | Molière |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Təhsili |
|
Fəaliyyəti | dramaturq |
Fəaliyyət illəri | klassisizm |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | klassisizm |
Janr | komediya |
Tanınmış əsərləri | |
Molyer Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[3][4][…], Paris[1][2] – 17 fevral 1673[3][4][…], Paris[1]) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır.
Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulmuşdur. Bir sıra əsərləri ekranlaşdırılmışdır. Bu komediyalarda feodal-dvoryan təbəqələri kəskin satira atəşinə tutulur.
"Xəsis", "Skapenin kələkləri", "Jorj Danden və yaxud aldadılmış ər", "Sqanarel", "Tartüf", "Don Juan və yaxud daş qonaq" və bir çox digər əsərləri onun şah əsərləridir.
Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi "Zorən xəstə" komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat etmişdir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Мольер // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 A. L. Molière (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 18. P. 661–667.
- ↑ 1 2 Molière // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Jean-Baptiste Poquelin // Internet Broadway Database (ing.). 2000.
- 15 yanvarda doğulanlar
- 1622-ci ildə doğulanlar
- Parisdə doğulanlar
- 51 yaşında vəfat edənlər
- 17 fevralda vəfat edənlər
- 1673-cü ildə vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Böyük Lüdovik Liseyinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa yazıçıları
- Fransa dramaturqları
- Fransa aktyorları
- Fransız yazıçılar