Məmməd Xəlilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Xəlilov
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı naziri
bayraq2
17 mart 1965 – 9 oktyabr 1976
ƏvvəlkiƏsgər Orucov
(kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi)
SonrakıMəmməd Əsgərov
bayraq
Azərbaycan SSR naziri
bayraq2
30 mart 1963 – 30 sentyabr 1963
bayraq
Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri
bayraq2
16 mart 1961 – 17 mart 1965
Əvvəlkibirlik yaradılıb
SonrakıYevgeni Çeqodayev
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini
bayraq2
1960 – 1961
NazirMöhsün Poladov
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1917(1917-09-09)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1976(1976-10-09) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "İgidliyə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Köniqsberqin alınmasına görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru
İmzanın şəkli

Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.

Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.[1]

1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]

1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.[3][4]

Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir.[5] O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.[3]

Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.[6] I Fəxri Xiyabanda dəfn edilmişdir.[7]

  1. М. Р. Хәлилов // Коммунист. № 238 (16367). 12 октјабр 1976-ҹы ил. С. 3.
  2. Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 305.
  3. 1 2 Khalilov, Memed Rzaogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 258.
  4. Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 340.
  5. Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 350.
  6. Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 237 (16366). 10 октјабр 1976-ҹы ил. С. 1.
  7. Xəlilov Məmməd Rza oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 97.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]