Mövlanə (din)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mövlanə (ərəb. مولانا‎) — İslamda din baxımından lider sayılan və ya İslam elmlərində uğur qazanmış şəxslərə verilən addır. Xüsusilə Hindistan yarımadasında İslam alimləri və dini liderlər üçün tez-tez istifadə olunsa da, Qərbi Asiyada çox istifadə edilmir. Türk və fars ədəbiyyatında tez-tez Cəlaləddin Rumini xatırlamaq üçün istifadə olunur və buna görə də bu şəxsin adının bir hissəsi və ya özünəməxsus ləqəbi və ya ünvanı kimi yanlış anlaşılır. Mövla sözündən əmələ gələn bu söz "mövlamız" və ya "ağamız" mənasındadır[1]. Afrikadakı digər dillər kimi, suahili də sözü orijinal ərəb mənşəsindən götürsə də, onu daha ümumi mənada istifadə edir. Bu dildə söz ümumiyyətlə öz icması tərəfindən hörmət edilən və iş görən insanlara verilir. Dini vurğu daşımaq məcburiyyətində deyil, dünyəvi kontekstdə də istifadə edilə bilir.

  1. "Mevlana". osmanlicaturkce.com. 23 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2024.