Luvilər
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Luvilər - E.ə. 2300-cü illərdə Anadoluda tanınan bir xalq. Luvilər Luvi dilində danışdıqları bəllidir. Luvi dili Hind-Avropa dil qrupuna daxil olduğu müəyyən edilmişdir.[1] Anadolu torpaqlarının Xetlərdən öncəki tarixi hələlik tam müəyyən edilməmişdir. 1906-cı ildə Xetlərin paytaxtı Xattuşaşda tapılmış mixi yazıların oxunması ilə Anadoluda Yunan köçündən çox əvvəl buranın yerli xalqı olan Luvilərin yaşadığı müəyyən edilmişdir. Xetlərin mixi yazılarında bu xalqdan Luvian/Luvili olaraq bəhs edilir. Xet dövlətinin süqutundan sonra Xetlərin dili unudulmağa başlamış, Luvilərin dili isə biraz dəyişiklikliyə məruz qalaraq yaşamaqda davam edirdi. Xetlərin yazılarında Luvilərdən bəhs edərkən, Xetlərin Luvilərə ikinci sinif insanlar kimi münasibət bəslədiyi aydınlaşır.[2] Xetlərin Anadoluya hakimliyi dönəmində hər zaman ona qarşı üsyanlara rəhbərlik edən Luvi şəhər dövlətlərindən Arzava Xetlərin əsas düşmənlərindən biri idi. Bundan başqa digər şəhər dövlətlərdə (Hapalla, Mira, Şeva, Kizuvatna, Tarhuntaşa, Viluşa) bəzən xetlərə tabe olur, bəzən isə müstəqilləşirdilər.