45°17′09″ şm. e. 29°31′26″ ş. u.HGYO

Letea meşəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Letea meşəsi
Sahəsi
  • 5.246 km²
Yaradılma tarixi 1990
Yerləşməsi
45°17′09″ şm. e. 29°31′26″ ş. u.HGYO
Ölkə
Letea meşəsi xəritədə
Letea meşəsi
Letea meşəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Letea meşəsiRumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir.

Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb.[1]

Biomüxtəliflik

[redaktə | mənbəni redaktə et]

Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotudaşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır.[1][2]

Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüşqızılağac kimi ağaclardan ibarətdir. Bunlarla birlikdə meşə həmçinin yarımkollar ilə tamamlanır.[2]

Meşə həmçinin zəngin faunaya malikdir. Meşədəki faunaya kərkincək qızılquş, ağquyruq qartal, rakşi, Şanapipik və Dunay atını misal göstərmək olar. Qoruqda müəyyən edilən təxminən 1600 böcək növü var.[2][3]

  1. 1 2 UNEP-WCMC Protected Areas Programme - Danube Delta Biosphere Reserve. Retrieved on 2008-07-23.
  2. 1 2 3 Danube Delta Biosphere Reserve - General Presentation Arxivləşdirilib 2019-05-23 at the Wayback Machine. Danube Delta Biosphere Reserve Authority. Retrieved on 2008-07-23.
  3. Tulcea: Animalele semi-salbatice ameninta Padurea Letea Arxiv surəti 27 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-09-27 at the Wayback Machine . greenreport.ro. Retrieved on 2008-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]