Las Navas de Tolosa döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Las Navas de Tolosa döyüşü
Rekonkista
Las Navas de Tolosa döyüşü
Tarix 16 iyul 1212
Yeri Xaen, Əndəlus, İspaniya
Səbəbi Rekonkista
Nəticəsi Müsəlmanların məğlubiyəti
Münaqişə tərəfləri

Əlmohadlar
türk könüllüləri

Kastiliya krallığı
Araqon krallığı
Portuqaliya krallığı
Navarra krallığı
Cəngavər ordeni
Fransa krallığı könüllüləri
Leon krallığı könüllüləri

Komandan(lar)

Məhəmməd ən-Nəsir

VIII Alfons mərkəz
Rodriges Himenes de Rada
VII Navarralı Sanço sağ cinah
II Pedro Araqon sol cinah

Tərəflərin qüvvəsi

xristian mənbələrində xeyli şişirdilir

mübahisəli

İtkilər

xristian mənbələrində xeyli şişirdilir

mübahisəli

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Las-Navas-de-Tolosa döyüşü, yaxud əl-Ukab döyüşü; (ispan -Batalla de Las Navas de Tolosa; ərəb -معركة العقاب) — rekonkistanın ən böyük döyüşü. 16 iyul 1212 ildə Kastiliya, Araqon, Navarra və Portuqaliyanın birləşmiş qüvvələri ilə Əlmohadların orduları arasında baş vermiş döyüş. Müsəlmanların strateji məğlubiyəti ilə nəticələnmişdi. Döyüş, xristianların müsəlmanları Pireney yarımadasından qovulmasını şərtləndirən dönüş noqtəsi hesab olunur.

Döyüş ərəfəsi siyasi və hərbi vəziyət

[redaktə | mənbəni redaktə et]

Böyük Yaqub əl-Mənsurun 1199 ildə ölümündən sonra, onun fərsiz xələfi gənc Məhəmməd ibn Əbu Yusuf Yaqub ən-Nəsir(yaxud Məhəmməd ən-Nəsir; xristianlar onu Miramamolin adlandırırdılar; 1199-1213) Əlmohadların TunisdəƏlcəzairdə nüfuzlarının bərpası ilə məşğul oldu. Vəziri İbn Caminin ona təsiri böyük idi. Xəlifə VIII Alfonso ilə atəşkəs rejiminə razılaşmışdı. Və indi xristianların Alarkosa görə revanş almaq üçün imkanları yarandı. Sonrakı onillik ərzində Kastiliya öz sərhəd istehkamlarını gücləndirdi, ordusunun sayını artırdı və yarımadanın başqa xristian dövlətləri ilə əlaqələrini möhkəmləndirdi.

Xristianların fəallaşması

[redaktə | mənbəni redaktə et]

1210 ildə Alfonso qərara gəldi. Müsəlmanlarla razılaşmanı pozaraq, Lamançanın kolonizasiyasını başladı. 1211 ildə kral Madrid, Qvadalaxara, Kuenki və Ukles şəhərlərinin yığma qoşunlarını Hətivə və Aralıq dənizi üzərinə basqına apardı. Bu torpaqlar boşaldıldı, çoxlu qalalar dağıdıldı, xeyli insan əsir aparıldı. Göründüyü kimi müsəlmanlarla İspaniyada VIII əsrdə ilk toqquşmalardan fərqli olaraq, yerli roman əhalisinin davamçıları bu dəfə müsəlmanlara qarşı xristian krallar tərəfində fəal iştirak edirdi. Əlbəttə 500 il ərzində çox şey dəyişmişdi, xristianların düşərgəsindəki o zamankı ziddiyətlər indi müsəlman düşərgəsində daha çox idi, baxmayaraq ki xristian dövlətlər da bir biri ilə didişirdi. Yəqin ki ərəblər də yerli əhaliyə 500 il əvvəli xilaskarlar kimi görsənmirdi.

Müsəlmanların əks-tədbirləri

[redaktə | mənbəni redaktə et]

Bu təxribata cavab olaraq ən-Nəsir Afrikadan Kordovaya, xristian mənbələrinə görə, 120 min atlı və 300 min piyada qoşunun başında gəldi. Bəzi vassal Əndəlus əmirləri ona qoşuldu, və 1211 ilin yayı əlmohadlar, Lamançanın cənubundakı son Kalatrava qalasını, Salvatyerranı mühasirəyə aldı. Alfonso yenə yürüşə başladı, amma şəhər icmaları ona yetərincə dəstək vermədilər. Kastilyalılar köməksiz halda, avqustda təslim olan Salvatyerraya yardım etməkdə aciz qaldılar. Lakin xəlifə üçün bu Pirrus qələbəsi idi –Salvatyerranın müdafiəçiləri Kastiliya qüvvəsini toplayana qədər qalanı əldə saxladılar.

Döyüş hazırlıqları

[redaktə | mənbəni redaktə et]
Roma papası III İnokentini təsvir edən XIII əsr freskası

1211 ilin sentyabrında Alfonso bütün vassallarını 16 mayda onun yanına gəlməyə çağırdı. Toledo Arxiyepiskopu və gələcək tarixçi Rodroqo Himenes de Rada(1170-1247) Fransaya, Seqoviyanın yepiskopu Jerardo isə Romaya yardım istəməyə getdilər. Roma papası III İnokenti böyük səlib yürüşü təşkil etdi. Böyük pontifik 1212 aprelində, qoşulmayanları o dünyada cəzalandırmaqla, qoşulanları isə cənnətlə müjdələyərək bütün kilsələrə və dünyəvi icmaları ispan krallarının yürüşünə qoşulmağa çağırdı. O eləcə də Santyaqo və Toledo arxiyepiskoplarına, Leonlu IX Alfonsonu və ya hər hansı başqasını, onlara belələrini kilsədən uzaqlaşdırmaq hüququ verərək, müsəlmanlarla hər cür razılaşmadan çəkindirmək əmrləri verdi. Romada xüsusi təntənəli ayinlər keçirildi. Müsəlman mənbələrinə görə, 1212 kampaniyası ərəfəsində xristianlar “Portuqaliyadan İstanbula qədər” yardım yalvarışlarında bulundular. Lakin, ingilislərin hücumundan ehtiyat edən Fransız II Filipp, cənuba getməkdən çəkindi, Nant yepiskopu Joffrua şimalın yeganə yürüşdə iştirak edən maqnatı idi. Cənubi Fransadan, Anju, Puatu, Bretan, Limojdan, Periqor, Sentonj, Bordo, Lombardiya və Qavaudon daxil çoxsaylı piyada və atlı (ultramontanos) ilə arxiyepiskoplar Giyyom(Bordo) və Arno-Amori(Narbonna) gəldilər. Toledoya gəlişlərini səlibçilər yəhudilərin döyülməsi ilə başladılar, onları şəhər cəngavərləri bu işdən saxlaya bildi. 1212 iyunu Toledoda İspaniya tarixinin ən böyük xristian ordusu yığıldı. Zadəganlar, o cümlədən Kastiliya və Araqonun 16 qrandı (onlardan Biskayya senyoru Diyeqo Lopes de Aro, və alferes Alvaro Nunyes de Lara), şəhərlərin çoxsaylı qoşunları, Tarraqona, Barselona, Toledo və öz qoşunları ilə daha 4 kastiliyalı prelat, hərbi ordenlər –tampliyerlərin, Santyaqo(Pedro Arias; bu ordenin kontingenti süvari dəstələri ilə seçilirdi) və Kalatravanın (Rodriqo Dias) magistrları, hospitalyerlərin prioru Gitre Almidos. Yenə cənubi-fransız və başqa səlibçilər –VIII Alfonsonun qeyd etdiyinə görə, 2000 cəngavər, 10000 başqa süvari və 50 min piyada (Rodriqo Himenes sonra yazırdı ki, onlar 10000 dən çox cəngavər və 100 min piyadadan ibarət idi). İyunun əvvəlində qraf-kral Araqonlu II Pedronun(II Pere) 3000 katalon-araqonlu cəngavər qoşunu və Lyeiden güclü arbaletçilər dəstəsi; onlar üçün Pedro VIII Alfonsodan “lazımı məvacib” almışdı. Yenə çoxsaylı portuqal dəstəsi (Las-Navas de Tolosada portuqal kontingenti tərkibində Məbəd cəngavərləri atlıları fərqləndilər), onların kralı Gombul II Alfons(1185-1223, 1211 ildən hakimiyətdə) öz köklüyünə görə yürüşdə iştira edə bilmədi. Yürüşün başqa iştirakçıları arasında hətta, öz monarxlarının qadağasına baxmayaraq, bir neçə leonlu və, əfv olunan bir neçə qaçaq kastiliyalı da vardı. Ümumiyətlə, Rodriqo Himenesin qeydinə görə Kastiliya, Araqon, Leon, Qalisiya, Portuqaliya və Asturiya 10 min kabalyeros və 100 min piyada çıxardılar. Kral qoşunları Toledo bağlarında yerləşdirdi və zəruri pul vəsaiti, at və müxtəlif amunisiya ilə təchiz etdi. Şəhər yığma qoşunları yürüşə “yaraq, at və zəruri hər şeylə yaxşı təchiz olunmuş” hazır halda gəldilər, ancaq başqa məsrəfləri, o cümlədən qeyri-kastiliyalı cəngavərlərin gündəlik azuqəsi ümçün 20 solid və qeyri-kastiliyalı piyadalar üçün 5 solid, araqonluların və qeyri-nizami, puatuluların döyüş və yük atlarının və bunları olmayan qeyrilərinin çadır, araba, təçhizat, yaraq və yük xərclərini kral xəzinəsi ödəyirdi.

Arxiyepiskop Rodriqonun hesblamalarına görə, ordu üçün təkçə qatırların sayı 60 min idi. 1212 il kampaniyası kastiliyalı ruhanilər üçün onların, dövlət xərclərinə güzəştə getdikləri illik gəlirlərinin yarısı hesabına başa gəldi. Yürüş qabağı kral “olmayanlara amma buna layiq olanlara cəngavər rütbəsi verdi”

Tərəflərin döyüş öncəsi əməliyatları

[redaktə | mənbəni redaktə et]
Navarralı Güclü Sanço Las Navas döyüşündə, Ronselvalyas vitrajları

Dözülməz isti vardı, qoşunlar ləng yığışırdı, gözləməli olurdular. İstiyə dözümsüz səlibçiləri bu qıcıqlandırırdı. Ancaq 20 iyunda qoşunlar cənuba Qvadiana vadisinə doğru yürüdülər. Üç sütunla gedirdilər – səlibçilər (onlara Diyeqo Lopes başçılıq edirdi), araqonlular və kastiliyalılar. İki gündən sonra xəlifənin ordusu (əndəluslular, bərbərlər, ərəblər, tam guya ki 600 min) Sevilyadan, Baesa yaxınında dağ rayonu Xaenə sarı hərəkət etdilər və burada dayanıb hadisələrin gedişini gözlədilər. 24 iyunda ultramontanos (ordunun avanqardı) hücumla Malaqon qəsrini aldılar və bütün müdafiəçilərini qırdılar. Səhərisi gün oraya krallar və yük gəldi. “Fransızlar”(bütün səlibçiləri belə adlandırırdılar) istidən gileylənirdilər və qayıtmağı təklif edirdilər, amma onları yürüşü davam etməyi inandırdılar. 27 iyunda xristianlar, Qvadiananın dayaz yerlərində səpələnmiş dəmir bizlərdən yan ötərək köhnə Kalatravanı mühasirəyə aldılar. Qala çayın sahili, divarla, qullələrlə və maşinlarla və İbn Qadinin 70 əskərilə yaxşı müdafiə olunurdu. II Pedro, kalatravalı-cəngavərlər və fransızların bir hissəsi 30 iyunda əsas istehkama hücum etdilər, lakin müsəlmanlar dözdülər, və Alfonso 1 iyulda müdafiəçilərin azad buraxılması qarşılığında ərəblərin kapitulyasiyasını qəbul etməli oldu. Əsas hissəsi araqonlulara və səlibçilərə çatan yalın qəniməti bölüşdürərək, krallar Kalatravanı öz ordeninə qaytardılar. Şəhərin itkisini müsəlmanlar böyük qəza kimi qəbul etdilər, xəlifə Kalatravanın müdafiəsinin təşkilatçısı Yusuf ben Kadini eda etdirdi). İki gün sonra arxiyepiskop Giyyom və səlibçilərin əksəriyəti “ xeyir- niyyətə və əmələ xilaf çıxaraq” və ola bilsin ki Kaltravanın təslim edilməsinin bu qədər rəhimli şərtlərindən və istidən narazılıq edərək andlarını pozdular və evlərinə qayıtdılar. Geri qayıdarkən onlar Toledo şəhərini talan etmək istədilər, lakin şəhərlilər darvazaları onların üzünə bağladılar. Ancaq Narbonnlu Arno-Amori (əslən katalan) öz admları ilə, Tibo de Blason (əslən kastilyalı), və onun dəstəsi, VyennaPuatudan bir neçə cəngavər, cəmi təxminən 130 cəngavər və bir neçə piyada kralla qaldılar. Bu barədə xəbərlər xəlifəni Xaeni tərk etməyə və şimala Baesə tərəf çıxmağa sövq etdi. Alfonso irəliyə Lamançanın cənub hissəsinə üz tutdu. Alarkos, Karakuel, Banavente və Pyedrabuena qəsrləri yenildi. Bu bəhanə ilə müsəlmanlarla “dostluğunu”(1198-1200 illərdə o Afrikada əlmohadlara xidmət edirdi) və kastiliyalılara qarşı nifrətini unudan VII Güclü Navarralı Sançonun (1154-1234, 1194 ildən hakimiyətdə) başçılığı ilə 200 cəngavər də səlibçilərə qoşuldu. Qoşun toplandı və həlledici döyüş üçün hazır idi. Yolda ikən kral, onların seyrəlmiş saylarını iki dəfə üstələyən nəhəng müsəlman ordusunun, şəxsən xəlifənin başçılığı altında, Kastilya ilə Əndəlusu ayıran Syerra-Morenanın dərinliklərində, ora aparan yeganə keçid Muradalın arxasında cəmləşdiyini öyrəndi. Qoşunun başqa komandanları ilə məşvərətləşib, Kastiliya kralı Salvatyerranı müsəlmanların əlində buraxıb onları qarşılamağa qərara aldı. Lakin, 13 iyunda şırıma yaxınlaşanda, kral gördü ki o ən dar və hündür yerində müsəlmanlar tərəfindən qapanıb. Azuqə və təçhizat ehtiyatları tükənməkdə idi və artıq Toledoya qayıtmaq barədə danışmağa başladılar ki, (həmişə belə hallarda olduğu kimi) axşam bir nəfər çoban Muradalın yanından keçməklə növbəti (Puerto del Rey?) kanyonuna başqa yol göstərdi. Bu cığırla xristianlar Massa del Rey düzünə çıxdılar və düşərgə saldılar. O yol hətta kalatravalılara da naməlum idi, və bu işdən sonra yoxa çıxan çobanı, çoxları Madridin himayədarı, müqəddəs İsidor sandılar. Alfonso Syerra-Morenanı keçdi və, dağ yamaclarından cənubda Tolosanın düzənliklərində (ispanca “navas”), Xaendən 64 km şimala, Hisn əl-İqab adlandırılan yerdə(ya da əl-Ukab; ispanca Kastilyo de la Kvesta, dağ qəsri, indi Kastro Ferral) qoşunlarını döyüş qaydasında yerləşdirərək Əndəlusa daxil oldu. Kolluqlu, kəsişən ərazidə. Məhz burada rekonkistanın ən böyük döyüşü baş verdi.

Döyüşün başlaması

[redaktə | mənbəni redaktə et]
Rodriqo Himenes de Radanın latın dilində yazdığı (De rebus Hispaniae) əsəri xristianların bu döyüşlə bağlı əsas məlumat mənbəyi sayılır

14 və 15 iyulda hər iki tərəf qoşunlarını meydana – arxada ehtiyatı saxlayaraq, mərkəz və cinahlara üç alayı bir xəttə çıxarırdılar. Müsəlmanlarda əlavə qabaqda, yüngül silahlanmış bərbərlərdən, ərəblərdən və oxçular dəstəsindən avanqard da durmuşdu, döyüş onların xristianların sıralarına təhrikçi hücumu ilə başladı. Xəlifənin özü, 10 min –qvardiyaçı-zəncinin əhatəsində vəzir Əbu Səid ben Cami ilə aryerqardda idi. Qvardiyaçılar san ki bir birilərinə zəncirlənmişdilər(əslində bu, ola bilsin ki zəncirlənmiş adi payalı çəpər idi). Əmir-əl-üməra qırmızı çadırın qarşısında, bir əlində qılın o birisində Quran, əynində sələfi Əbd əl-Möminin qara paltarı, qalxanın üstündə oturmuşdu, həm də -İbn Əli Zarın yazdığına görə -eyni vaxtı xəlifə atının yüyənini də saxlayırdı. (Qələbədən sonra Alfonso papaya xəlifənin bayrağını –o bizim vaxta qədər qalır,-amma bəziləri onu ən-Nəsirin çadırın parçası hesab edirlər, qənimət kimi göndərdi.) A.Uisinin qiymətləndirməsinə görə, xristianların sayı 70-80 min, müsəlman tarixçisi onların sayını 160 min göstərir, əlmohadların tərəfində isə 100-150 min nəfərlik qoşun vardı. Rodriqo Himenes müsəlman süvarilərinin sayını 80 min nəfər göstərir. Məlumatlar var ki, Alarkos və Las Navasda əlmohadların tərəfində türk-oxçular dəstəsi (agziz) vuruşub. Amma onların piyada ya da atlı olması aydın deyil, lakin Rodriqo Himenes Las Navasda “parflarabənzər”, yəni süvari müsəlman oxçuları təsvir edir (similis Parthis saggitarum).

Lakin hər iki gün iş qarşılıqlı atışma ilə bitirdi, “biz rəqib haqqında daha çox öyrənmək istəyirdik –onun sayı, yerləşməsi və vəziyəti barədə” (VIII Alfonsonun papaya məruzəsindən). Xristianların astagəlliyini ən-Nəsir zəiflik kimi qəbul etdi, və artıq Baesa və Xaenə, tezliklə əsir götürəcəyi üç xristian padşahın qoşunlarını güddüyü barədə məktublar göndərdi. Nəhayət, 16 iyunda herold döyüş gününü elan etdi. Xristianlar gecə yarısı oyandı, messanı dinlədilər və, “qələbə ya ölümə hazır” düşərgədən çıxdılar. Sübh tezdən onlar 3 korpusla: Pedro Araqonlunun rəhbərliyi ilə sol cinah, Sanço Navarralının-sağ, mərkəzdə Diyeqo Lopes de Aronun avanqardı, və əsas qüvvələr hərbi ordenlər Qonsalo Nunyes de Laranın komandası altında. VIII Alfonso özü Rodriqo Himeneslə, kastiliyalı zadəganların ikinci xətti və hərbi ordenlərin arxasında, aryerqrdda qaldı. O ki qaldı döyüşdə iştirak edən yığma qoşunlara, Ceyms Pauersin təbirincə, “əgər iştirakları barədə elan edən bütün icmalar, doğrudan da bunu etsəydilər, onda qoşunların sütunu Santanderaya qədər uzanardı”.

Təsvirlərdən görünür ki şəhərli qoşunları hər üç alayda, o cümlədən Navarralı Sançonun başçılığı altında sağ cinahda Avila, Seqoviya, Medina del Kampo və Toldeo yığması. Alarkona kabalyerosları da döyüşdə idi. Ancaq Las Navasdakı başqa milislərin(yığma qoşun) təstiqlənmiş başqa siyahısını tərtib etmək imkanı yoxdur. Hulio Qonsales Talavera, Madrid, Uete, Kuenkinin, Alarkon, Sorii, Sepulved, Kuellar, Atyens, Burqos, Karrionun və “sairənin” milisinin adını çəkir, lakin hər hansı bir istinad göstərmir. Şəhər piyadaları hər iki cinahda süvarilərlə qarışıq idi ki rəqib onları yandan ala bilməsin (Alfonsonun papaya məktubu), yaxud təcrübəsiz piyadalar müsəlmanların təzyiqi altında təşvişə düşüb qaçmasın (Rodriqo Himenesin xronikası). Piyadalar arasında oxçu çox idi.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Vuruş sübh tezdən, bazar ertəsi, hicri 609 ilin səfər ayının 15, 16 iyul 1212, xristianlar müsəlman avanqardına hücum etdilər, onu dağıtdılar və əsas qüvvələrin üzərinə yeridilər. Sonra qoşunlar, bir neçə saat ərzində heç bir tərəfin uğur qazanmadığı əlbəyaxaya girişdilər. Bu vaxt xəlifə rezervinin bir hissəsini döyüşə apardı, və xristianlar tərəddüd etməyə başladılar, döyüşçülərin bir hissəsi(dəqiq bəlli deyil kimlər) qaçmağa üz qoydular. Bu böhranlı vəziyətdə kral anladı ki ikinci Alarkosa dözə bilməz, və axıracan döyüşərək ölmək qərarına gəldi. O Rodriqo Himenesa müraciət edərək dedi: “ Arxiyepiskop, deyəsən biz burada ölməli olacağıq”. Və olduqca nikbin cavab eşitdi: “Heç də yox! Siz burada düşməni zəbun edəcəksiniz!” Sonra Rodriqo öz rezerv dəstəsi ilə və (üzərində İsanın, Məryəmin təsviri; onu kanonik Dominqo Paskual daşıyırdı ) Toledonun sancağı ilə müsəlmanlara zərbə endirdi; üzərində Kastiliyanın heraldik nişanları olan kral sancağını daşıyan Alvaro Nunyes de Laranın ardınca, eyni vaxtı həm də qaçanları geri, sıraya qayıtmağa çağıraraq. Aryerqardın, və ola bilsin Pedro və Sançonun, qüvvələri ilə dəstəklənən sancaq döyüş meydanı üzərində qalxanda, uğur müsəlmanlardan üz çevirməyə başladı, və onlar geri çəkilməyə başladı. Əndəluslular birinci qaçmağa başladılar. (Sonra ən-Nəsir onlara başçılıq edən əmirləri edam etdirdi). Ən-Nəsir özü də döyüşdən Xaen istiqamətində oradan isə Mərakəşə qaçdı. Narbonnlu Arno-Amorinin yazdığı kimi, o hələ gecə məğlubiyəti hiss edərək, xəzinələrlə dolu dəvələrini və qatırlarını döyüş ərəfəsindəki gecə oradan yola salmışdı. Bundan sonra afrikalı qoşunlar geri çəkilməyə başladı, və tezliklə böyük itkilərlə, xristian süvariləri tərəfindən təqib edilərək qaçdılar. Xristianlar əsir götürmürdü, 22 km məsafədə, deyilənlərə görə, guya müsəlmanlardan 60-100 min arası ölən vardı. Xristianların itkiləri müxtəlif mənbələrə görə 25-115 min arasında idi. Xristianların ələ keçirdikləri qəniməti daşımaq üçün 2000 qatır lazım gəldi. Onun əsas hissəsi araqonlulara qaldı. 18 iyulda xritisnlar Las-Navası tərk etdilər, Bilçes, Ferral, Banyos və Tolosa qəsrlərini tutdular və orada qarnizon qoydular. 1150 ildən bu yana ilk dəfə Əndəlus və Alqarveyə yol açıldı. Baes(19 iyul) və Ubeda(23 iyul) yenildilər, onların divarları uçuruldu, tarlalar məhv edildi, evlər yağmalandı, əhali isə təslim şərtlərinə zidd olaraq qul kimi aparıldı. Ancaq qaliblərin arasında baş vermiş taun Alfonsonu Toledoya qayıtmağa və qoşunları buraxmağa məcbur etdi.

Döyüşün sonu

[redaktə | mənbəni redaktə et]

Yolda o, döyüşə gecikən hersoq VI Avstriyalı Leopoldla qarşılaşdı. Toledoda böyük, təntənəli prosesiya ilə qarşılanaraq, VIII Alfonso (qələbə xətrinə hətta öz gerbini dəyişən) VII Sançoya bir neçə sərhədyanı qəsri verdi, Leonlu Alfonsla müsəlmanlara qarşı ittifaq barədə razılaşdı, papaya namə göndərdi(IV İnokenti onu Romada bəyan etdi) və bütün xristian aləmindən təbriklər qəbul etməyə başladı. Hətta Vinçester annalları bu qələbəni qeyd etdilər, Narbonnlu Arnoya görə 60 min müsəlman öldürüldü, onun məktubunu Qərbi Avropanın bütün monastırları aldı. Narbonnun arxiyepiskopu hesab edirdi ki, bu albiqoy bidəti üzərindəki qələbənin təstiqidir və ümumiyətlə katolik inancın təntənəsidir.

Əslində Las Navas de Tolosa döyüşünün, (60 min müsəlmanın öldürüldüyü) Baesanın yenilməsi və Quadalkuivirin yuxarılarındakı vadiyə reyddən başqa, birbaşa mühüm nəticələri olmadı. Lakin bu müsəlmanların yenilməzliyi barədə əfsanəyə İspaniyada son qoydu və İspaniyanın cənubunun istilasına yol açdı. 1213 fevralında, sərt qışa baxmayaraq, kral qoşunu Las Kevas və Əlkalaya apardı, mayda o strateji vacib şəhər olan Əlkarası aldı. Lakin iyulda, Əndəlusda müstəqil reyd aparan Təlaver qoşunu Əlkala de Quadayra yanında Sevilya hakimi tərəfindən darmadağın edildi. Öz növbəsində, Tahoya hücumdan ağır qənimət yükü ilə qayıdan Kordova qubernatorunun oğlu Toledonun qoşunu tərəfindən hücuma məruz qaldı və məğlub edildi. Qaliblər təntənəli surətdə yaraq –yasağı, atları və məğlub edilmiş əndəlusluların və bərbərlərin başlarını şəhərlərinə gətirdilər.

Həmin il 34 yaşında xəlifə ən-Nəsir öldü.

Qələbə xristianlara birbaşa nəticələr vermədi. Kastiliyalıların uğurları 6 oktyabr 1214 ildə Alfonsonun qəfil ölümü ilə bitdi. Həmin il Diyeqo Lopes de Aro və Pedro Fernandes de Kastro öldülər. Las Navasın qəhrəmanları –Fernando və Qonsalo de Lara -1218 ildə Kastiliyadan qovuldular və xəlifənin xidmətində öldülər. Bir neçə illiyə xristian hücumu dayandı. Lakin VIII Alfonsonun nəvəsi III Fernandonun uğurları Rekonkistanın bu qələbələrinə borclu idi. Navarra üçün Las Navas onun rekonkistada iştirakının hüdudu oldu. İnnən belə müsəlmanlarla artıq sərhədi olmayan bu dövlət Fransa siyasi orbitinə cəlb edilir. Güclü Sanço Navarra taxtında sonuncu ispan sülaləsi nümayəndəsi oldu.

Əlmohadlar üçün Las Navas sonun əvvəli oldu. Las Navas de Tolosa məğlubiyəti ilə Kordovanın yenilməsi arasında 1212-1236 illər barədə İbn Xəldun yazırdı: “əl-Əndəlus, daxilindəki şəhərlər və qəsrlər qədər padşahların olduğu özünəməxsus ölkə təəsuratı oyadırdı”

Xristian feodallar üçün ərazi ekspansiyası üçün yeni imkanlar açıldı.